Ümumdünya Ərzaq Proqramı Əfqanıstanla bağlı xəbərdarlıq edib

Bakı, 9 sentyabr, AZƏRTAC
Ümumdünya Ərzaq Proqramı (WFP) bildirib ki, bu ilin may-oktyabr aylarında 12,4 milyon əfqan ciddi ərzaq çatışmazlığı ilə üzləşəcək.
AZƏRTAC “TOLOnews” telekanalına istinadla xəbər verir ki, WFP-nin hesabatına görə, onların təxminən 2,5 milyonu təcili ərzaq yardımına ehtiyac duyur. Kəskin qida çatışmazlığı beş yaşınadək olan 2,8 milyon uşağa təsir edir.
Bəzi ekspertlər hesab edir ki, beynəlxalq yardım qısa müddətdə effektiv ola bilər. Onlar uzunmüddətli perspektivdə yoxsulluğun azaldılması üçün sahibkarlıq layihələrinə sərmayə qoyulmasının vacibliyini vurğulayırlar.
İqtisadiyyat Nazirliyi Əfqanıstanda ərzaq təhlükəsizliyi problemlərini ölkədə tətbiq edilən məhdudiyyətlər, xaricdə olan vəsaitlərin dondurulması və iqlim dəyişikliyi ilə əlaqələndirir.
Bundan əvvəl BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi Əfqanıstanda ehtiyacı olanlara yardım məqsədi daşıyan humanitar yardım büdcələrinin azaldılmasından narahatlığını bildirib. Bildirilib ki, 2024-cü ilin sonuna dörd ay qalsa da, beynəlxalq ictimaiyyət tələb olunan büdcənin cəmi 25 faizini təmin edib. Hazırda hər iki əfqandan biri yoxsulluq içində yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2025 [16:36]
“Tesla” pilotsuz taksi xidmətinin işə salınması planını təsdiqləyib
- 21.05.2025 [16:09]
Ötən il Almaniyada 200 minə yaxın şirkət fəaliyyətini dayandırıb
- 21.05.2025 [16:07]
“SpaceX” şirkəti orbitə daha 23 internet peyki çıxarıb
- 21.05.2025 [15:26]
Media: Apreldə Avropadan ABŞ-a işgüzar səfərlər 26 faiz azalıb
- 21.05.2025 [15:10]
İrəvanda polis Rusiya əleyhinə etiraz aksiyasına müdaxilə edib
- 21.05.2025 [14:56]