ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVƏ HƏSR EDİLMİŞ İNŞA-YAZI MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 8-də “Avropa” mehmanxanasında “Qarant sığorta” şirkətinin VI-X sinif şagirdləri arasında keçirdiyi ümummilli liderimiz Heydər Əliyevə həsr edilən “Mənim, sənin, xalqımızın ümummilli lideri” mövzusunda inşa-yazı müsabiqəsinə yekun vurulmuşdur.
“Qarant sığorta” şirkəti idarə heyətinin sədri Vaqif Həsənov çətin, kəşməkəşli dövrlərdə Heydər Əliyevin Azərbaycan dövlətini və xalqını zamanın ən ağır sınaqlarından çıxararaq, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi tərəqqisinə nail olduğunu bildirmişdir.
Tədbirdə 220 nömrəli məktəbin direktoru Almaz Əsgərova 100 inşa yazısının içərisindən ən layiqlilərinin seçildiyini, bu müsabiqədə öz hisslərini daha səmimi və dolğun ifadə edən şagirdlərə üstünlük verildiyini bildirmişdir.
Müsabiqənin 5 qalibinə - Nail Məmmədova (Bakı şəhəri, 261 nömrəli məktəb-lisey), Nərmin İsmayılovaya (Bakı şəhəri, 220 nömrəli məktəb-lisey), Şəlalə Həşimovaya (Bakı şəhəri, 211 nömrəli məktəb), Qənirə Vəlizadəyə (Abşeron rayonu, Saray qəsəbəsi, 3 nömrəli məktəb) və Mədinə Haşımlıya (Abşeron rayonu, Digah qəsəbə orta məktəbi) diplom və hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]