ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ ÜÇÜN DƏRSLİKLƏR NƏŞR EDİLƏCƏKDİR
Təhsil Nazirliyində 2008 - 2009 - cu tədris ilində ümumtəhsil məktəblərinin I sinifləri üçün milli kurrikulum əsasında dərslik komplektlərinin hazırlanmasına, nəşrinə və çapına dair tender keçirilmişdir.
Nazirlikdən AZƏRTAC - a bildirmişlər ki, tender komissiyasının iclasında 2008-2009-cu tədris ilinə I siniflər üçün dərslik komplektlərinin hazırlanması məsələsi müzakirə edilmiş, növbəti tədris ilinə13 adda dərslik, müəllimlər üçün 21 adda vəsait və şagirdlər üçün 15 adda iş dəftərinin çapı nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, 34 adda 740 min 500 nüsxə dərslik və müəllimlər üçün vəsait dövlət hesabına çap olunaraq ümumtəhsil məktəblərinə pulsuz veriləcəkdir. Şagirdlər üçün iş dəftəri isə nəşriyyatların hesabına çap olunacaqdır.
İclasda nəşriyyat-poliqrafiya müəssisələrinin rəhbərləri də iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]