Ümumtəhsil müəssisələrinin iştirakı ilə “Oxu günü” təşkil ediləcək
Bakı, 5 aprel, AZƏRTAC
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Oxu günü” keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Oxu günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərinin inkişafı məqsədilə təşkil olunur. Aprel ayı ərzində keçiriləcək belə tədbirlər respublikanın ümumi təhsil müəssisələrinin iştirakı ilə baş tutacaq.
Tədbirlərdə ümumtəhsil məktəblərinin şagirdləri təqdimatlarla çıxış edəcəklər.
“Oxu günü”ndə, həmçinin məktəblilərin iştirakı ilə ayrı-ayrı əsərlərin müzakirələri aparılacaq, pantomim tamaşa, kitabların fərdlər üzərində əhəmiyyətini vurğulayan səhnəciklər və digər təqdimatlar göstəriləcək. Təqdimatlarda gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş vətəndaş kimi yetişməsində müstəsna əhəmiyyəti olan kitabın rolu nümayiş ediləcək.
Aprel ayı ərzində respublikanın rayon və şəhərlərinin ümumi təhsil müəssisələrində belə tədbirlər təşkili bir neçə ildir ki, ənənəyə çevrilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]