“ÜMUMVƏHDƏT FƏLSƏFƏSİ VƏ MÜASİR ELM” MÖVZUSUNDA İKİGÜNLÜK ELMİ-NƏZƏRİ SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə təşkilatçılığı ilə “Ümumvəhdət fəlsəfəsi və müasir elm” mövzusunda ikigünlük elmi-nəzəri seminar işinə başlamışdır.
Tanınmış filosofların və təbiətşünas alimlərin iştirak etdikləri seminarı giriş sözü ilə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə açaraq bildirmişdir ki, tədbirin əsas məqsədi müştərək imkan və səylərdən istifadə etməklə gələcək tədqiqatlar üçün fəlsəfi metodologiya müəyyənləşdirmək, müxtəlif elmləri təmsil edən alimləri vahid mövzunun müzakirəsi ətrafında birləşdirmək, onların arasında təmas yolu ilə intellektual və mənəvi təkmilləşmə imkanlarının genişləndirilməsinə nail olmaqdır.
AMEA-nın prezidenti Mahmud Kərimov və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev son dərəcə əhəmiyyətli bir mövzunun müzakirəsinə həsr olunmuş seminarın işinə uğurlar arzulamışlar.
Sonra seminarın birinci sessiyası çərçivəsində mövzu ətrafında çıxışlar başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]