UNEC alimlərinin məqaləsi “IGI Global” nəşriyyat evində çap olunub

Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) alimlərinin elmi araşdırması “Peşə stresinin mürəkkəblikləri və strategiyaları üzrə tədqiqat kitabçası” (Handbook of Research on the Complexities and Strategies of Occupational Stress) adlı elmi araşdırmalar məcmuəsində dərc olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dünyanın nüfuzlu “IGI Global” nəşriyyat evində çap olunan elmi məcmuədə UNEC-in alimləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Kanada, Malayziya, Hindistan, İspaniya, Slovakiya, Pakistan, Çin və İndoneziya universitetlərinin tədqiqatçılarının məqalələri də yer alıb.
Məqalənin müəllifləri UNEC-in “SABAH” mərkəzinin rəhbəri, Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının dosentləri Aida Quliyeva və Ülviyyə Rzayevadır.
UNEC-in alimləri tərəfindən elmi məcmuədə “İnnovativ texnologiyaların tətbiqindən irəli gələn peşəkar stres: Azərbaycan üzrə nümunə” (Professional Stress From the Implementation of Innovative Technologies: Case of Azerbaijan) adlı fəsil təqdim olunub.
Tədqiqatın məqsədi müəssisə işçiləri tərəfindən innovasiyaların qəbulu nəticəsində yaranan streslərin mexanizmlərinin, informasiya stresi amillərinin araşdırılmasından və məlumat bolluğundan yaranan psixoloji stres nəzəriyyəsinə müasir baxış ilə bağlı suallara cavabların axtarılmasından ibarətdir.
Fəsildə təşkilati transformasiya şəraitində işçilərin peşəkar streslərinin kəskinləşməsinin əsas səbəbləri araşdırılır və əldə olunmuş müəyyən nəticələr təqdim edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [21:33]
DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib
- 16.05.2025 [21:02]
Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb
- 16.05.2025 [19:15]
bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib
- 16.05.2025 [18:28]
Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər
- 16.05.2025 [17:53]