UNEC Xanım Tədqiqatçılar Şurasının üzvləri elmi əməkdaşlıq barədə müzakirələr aparıblar

Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva Azərbaycanla yanaşı, Macarıstan, Rumıniya, Polşa, Latviya, Türkiyə və Gürcüstanın ali təhsil müəssisələrindən olan tədqiqatçı xanımlarla onlayn görüş keçirib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Nərgiz Hacıyeva Xanım Tədqiqatçılar Şurasının missiyası, beynəlxalq və yerli konfranslar, UNEC-də beynəlxalq indeksli jurnallarda dərc olunan elmi məqaləyə görə ödənilən qonorar, birgə elmi tədbirlərin təşkili və elmi məqalələrdə həmmüəlliflik qaydaları barədə mərkəzin üzvləri üçün geniş təqdimatla çıxış edib.
Sonra xanım tədqiqatçılar öz tədqiqat sahələri barədə məlumat verib, maraqlı və səmərəli elmi müzakirələr aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [12:52]
Astarada Əlişa qalasında qədim dövrə aid hovuz kompleksi aşkarlanıb
- 21.06.2025 [12:32]
Azərbaycan Universitetinin 31-ci “Məzun günü” keçirilib
- 21.06.2025 [12:16]
Məktəbəhazırlıq qruplarına qəbul başlayıb
- 21.06.2025 [11:39]