Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

UNESCO-da “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr edilmiş konfrans başa çatıb VİDEO

Paris, 13 dekabr, AZƏRTAC

Türk dünyasının ən qiymətli kitablarından biri - Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO çərçivəsində qeyd olunub.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO üzrə Milli komissiyalarının təşəbbüsü və Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də UNESCO yanında Daimi Nümayəndəliklərin birgə təşkilatçılığı ilə “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans uğurla başa çatıb.

Beynəlxalq konfransa Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev moderatorluq edib. O, bu gün türkdilli dünyanın zəngin dil və mədəni irsinin sübutu, şah əsəri olan Mahmud Kaşğari yaradıcılığının əbədi irsinin qeyd edildiyini bildirib: “Bu qərar bəşəriyyətin ortaq irsinin bir hissəsi kimi belə mədəni sərvətlərin qorunmasının vacibliyini vurğulayır, UNESCO-nun dünyada dil və mədəni kimlikləri qeyd edən və qoruyan təşəbbüsləri dəstəkləməyə sadiqliyini nümayiş etdirir”, - deyə daimi nümayəndə qeyd edib.

Konfrans Mahmud Kaşğarinin XI əsrdə yaratdığı monumental əsərinin əhəmiyyətini yenidən araşdırmaq, onun müasir dövr üçün aktuallığını vurğulamaq və bu irsin gələcək nəsillərə ötürülməsi üçün yeni təşəbbüslər irəli sürmək kimi məqsədlərini geniş auditoriyaya çatdırıb.

Açılışda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ortaq Türk mədəni irsinin ən qiymətli əsərlərindən olan “Divanü lüğat-it türk”ün 950 illik yubileyinin 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunmasının böyük əhəmiyyət kəsb etdiyindən, bu şah əsərin tarixi mahiyyəti və hazırda mədəniyyətlərarası dialoqda oynadığı rolundan söz açıb.

UNESCO Baş direktorunun Prioritet Afrika və Xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko konfrans iştirakçılarını salamlayıb. O, Mahmud Kaşğarinin bu əsərinin təkcə Türk dünyası deyil, həm də qlobal mədəni irs üçün böyük əhəmiyyətini vurğulayıb, “Divanü Lüğat-it-Türk”ü türk xalqlarının tarixini əks etdirən ensiklopediya adlandırıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdir əvəzi, filologiya üzrə fəlsəfə doktoru dosent Vəfa Abdullayeva-Nəbiyeva “Divanü lüğat-it-türk” əsərinin Azərbaycanda tədqiqi, Azərbaycan dilinə tərcüməsi və nəşri haqqında ətraflı məlumat veriblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır!” kəlamını xatırladaraq, bugünkü beynəlxalq konfransın məhz bu fikrin davamı olduğunu diqqətə çatdırıblar.

Bununla yanaşı, tədbir çərçivəsində orijinalı İstanbulda Ali Emiri Efendi kitabxanasında saxlanılan “Divanü lüğat-it türk”ün xüsusi hazırlanmış replikası, eləcə də əsərin tarixini və Mahmud Kaşğariyə dair məlumatları özündə əks etdirən stendlər nümayiş olunub.

Qeyd edək ki, UNESCO-nun 42-ci Baş Konfransında leksikoqraf və filoloq Mahmud Kaşğarinin (1074-cü il) yazdığı “Divanü Lüğat-it-Türk” (Türk ləhcələri və dilləri məcmuəsi) əsərinin 950 illiyini 2024-2025-ci illər üçün UNESCO ilə əlaqəli ildönümlər siyahısına daxil edilib. Bu qərar Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın birgə təklifi əsasında Macarıstan, Mavritaniya, Mərakeş, Qətər və Tacikistanın dəstəyi ilə qəbul olunub.

Konfrans Türk dövlətlərinin UNESCO yanında milli komissiyalarının, eləcə də daimi nümayəndəliklərinin dəstəyi ilə həyata keçirilib.

Tədbirdə Türk dövlətlərinin Fransada akkreditə olunmuş səfirləri, UNESCO üzrə Milli Komissiyaların Baş katibləri və UNESCO yanında daimi nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Macarıstan və digər ölkələrdən olan görkəmli alimlər, beynəlxalq qurumların nümayəndələri, eləcə də Türk dünyasının tanınmış ziyalıları iştirak və çıxış ediblər.

Konfransın sonunda UNESCO yanında daimi nümayəndə E.Abdullayev yekun çıxış edərək, “Divanü Lüğat-it-Türk”ün linqvistik şedevrdən qat-qat artıq, mədəniyyətləri, dilləri və tarixi birləşdirən körpü olduğunu bildirib.

Sonda UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə nəşr edilmiş “Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” kitabının təqdimatı olub.

UNESCO-da “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr edilmiş konfrans başa çatıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Mançester Siti" Özbəkistan millisinin futbolçusunu transfer edib

Tələbə gənclər təşkilatları 20 Yanvar - Ümumxalq Hüzn Gününün ildönümü ilə bağlı silsilə tədbirlər keçirib

Superliqa: "Trabzonspor"dan böyük hesablı qələbə

Rumıniyada 20 Yanvar faciəsinin 35-ci il ildönümünə həsr olunmuş anım tədbiri keçirib

Aktauda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Ankarada 20 Yanvar faciəsinin şəhidləri yad edilib

Prezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb

Tramp qısa müddətdə Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirəcəyini açıqlayıb

Tramp: Amerikanın qızıl dövrü başlayır

20 Yanvar şəhidləri İsraildə anılıb

Donald Tramp ABŞ-ın yeni prezidenti qismində and içib VİDEO

Hamburq limanında bərənin qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb

Praqada 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNƏCƏK

Moldova portalı Qanlı Yanvar hadisələrindən yazıb

20 Yanvar – Ümumxalq Hüzn Günü Budapeştdə yad edilib

Bayden və Tramp andiçmədən əvvəl Ağ evdə görüşüblər

Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Bayden administrasiyası tarixdə riyakarlıq nümunəsi kimi qalacaq ŞƏRH

İçərişəhərdə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı tədbirlər keçirilib

Avstriyanın Qrats şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib

20 Yanvar yaddaşlara Vətən sevgisinin izharı kimi həkk olundu  – Məqalə

Komitə sədri İqdırda Azərbaycan icmasının üzvləri ilə görüşüb

Qazaxıstan nəşri 20 Yanvar faciəsindən yazıb

Azərbaycan könüllüləri Şəhidlər xiyabanını ziyarət ediblər

İtaliya saytı 20 Yanvar faciəsindən yazıb

İqdırda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş konfrans keçirilib

Konstitusiya Məhkəməsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO

Putin Trampı təbrik edib

Şəhidlik zirvəsinə ucalan vətən övladlarının əbədi xatirəsi ehtiramla yad edilib

Varşavada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

Ekspert: Azərbaycan-Gürcüstan tərəfdaşlığı Orta Dəhlizin uğurlu fəaliyyətinin əsas elementidir – MÜSAHİBƏ

Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib VİDEO

Mərkəzi Bankın rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

İtaliya mediası 20 Yanvar faciəsindən yazır

20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib

AMEA-nın kollektivi Şəhidlər xiyabanını ziyarət edib

BANM-də 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Litvada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

ANAMA nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Qərbi Azərbaycan İcmasının kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

İtaliyalı senator 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

Fərid Səfərli Azərbaycana qaytarılıb

Latın Amerikası mətbuatı 20 Yanvar faciəsindən yazıb

20 Yanvar faciəsinin 35-ci ildönümü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd olunub

Ümumxalq Hüzn Günü Düşənbədə qeyd olunub

İspaniya mətbuatı: Karlo Ançelotti mövsümün sonunda “Real Madrid”dən ayrılmaq qərarına gəlib

“Mançester Yunayted” 131 ildən sonra antirekordunu təkrarlayıb

Sarayevoda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Böyük Britaniyanın xarici işlər naziri: ABŞ-ın Çaqos adaları razılaşmasını yenidən nəzərdən keçirməsi doğrudur

Ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin şərəf və qəhrəmanlıq salnaməsi

“Adjara.PS” portalında “1990-cı il 20 Yanvar faciəsi öyrənilməli və olduğu kimi gələcək nəsillərə çatdırılmalıdır” adlı məqalə dərc olunub

20 Yanvar şəhidlərinin xatirəsi Gürcüstanın bölgələrində də ehtiramla anılıb

Əlcəzairdə 20 Yanvar faciəsi geniş şəkildə yad edilib

Gürcüstanın Bolnisi və Qardabani rayonlarında 20 Yanvar şəhidlərin xatirəsi anılıb

Azərbaycan nümayəndə heyəti Qarsdan Naxçıvan sərhədinədək dəmir yolunun tikintisi layihəsi ilə tanış olub

Laçında “20 Yanvar – Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib

Sankt-Peterburqda 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

“Kəpəz”in kapitanı: Tovuzda heç kim bizdən bu hesabı gözləmirdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar şəhidlərinin xatirəsi Parisdə ehtiramla anılıb VİDEO

Batumidə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Serbiyada 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib

İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Lənkəranda Şəhidlər abidə kompleksi ziyarət olunub

Qazaxda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

“Fənərbağça” braziliyalı futbolçu ilə anlaşdı, bu gecə İstanbula gəlir

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Xankəndi ağ örpəyə bürünüb

Nazir: Azərbaycan ABŞ-la qarşılıqlı hörmət əsasında formalaşmış bir münasibətin tərəfdarıdır

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO

Cənubi Koreya özünün “Dəmir günbəz”ini yaradır

Astanada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib

Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib VİDEO

Göyçayda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AFFA rəsmisi: Futbolumuzda inkişafa nail olmaq üçün böyük məsafə qət etməliyik

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

20 Yanvar şəhidlərinin xatirəsi Haaqada ehtiramla anılıb

İsveçdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO

Böyük Britaniyada ilk dəfə göz yuvasından şiş çıxarılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Naxçıvanda 20 Yanvar faciəsinin 35-ci ildönümü yad edilib

20 Yanvar azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsidir

Xarici İşlər Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verib

20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Maqdeburqda fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbiri keçirilib

Daşkəsəndə Şəhidlər xiyabanı ziyarət olunub

Bakı Dövlət Universitetinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Yanvar hadisələri zamanı şəhid olan sumqayıtlı alimlərin xatirəsi yad edilib

Gəncədə Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

FHN: Qəbələdə dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb VİDEO

İtaliyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib VİDEO

Ağdamda “Şəhidlər" abidə kompleksinin önünə tər qərənfillər düzülüb

Türkiyənin Hələb Baş konsulluğu yenidən fəaliyyətə başlayıb

Ukraynalı jurnalist: Qanlı Yanvar terroru sırf siyasi xarakter daşıyırdı

Mingəçevirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Tərtərdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb