UNİBANK VİSA ÇİP KARTLARININ EMİSSİYASINA BAŞLAYACAQDIR
Unibank Kommersiya Bankı yaxın günlərdə VİSA İnternational beynəlxalq ödəmə sisteminin çip plastik kartlarının emissiyasına başlayacaqdır.
Bankın əməliyyat meneceri Nərminə Əkbərova demişdir ki, yeni kartların emissiyası çərçivəsində Unibank Visa Classic və Visa Gold çip kartları buraxacaqdır. Çip kartları onların alınması üçün sifarişlər daxil olduqca emitasiya ediləcəkdir və Unibankın maqnit plastik kartları ilə yanaşı fəaliyyət göstərəcəkdir.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda ilk dəfə olaraq Unibankın çip kartlarını maksimum uzun müddətə - 4 il müddətinə almaq mümkün olacaqdır.
N.Əkbərova əlavə etmişdir ki, çip kartlarına keçid banka disput əməliyyatlarının sayını azaltmaqda kömək edir. Daha uzunömürlü olan çip kartları maqnitsizləşmə riski olmadan 6-8 il xidmət edə bilər. Smart-kartlar kənar müdaxilədən daha yüksək müdafiə dərəcəsinə malikdir. Bundan əlavə, çip kartı eyni vaxtda bir neçə kartın - ödəmə, diskont, yanacaq, nəqliyyat və s. kartların funksiyalarını yerinə yetirir.