UNİBANKDA İKİNCİ DƏFƏ BRİLYANTLAR OYNANILMIŞDIR
UniBankda “Brilyant depoziti” lotereya aksiyası çərçivəsində ikinci dəfə brilyantlar oynanılmışdır. Qalib müstəqil müşahidəçilərin nəzarəti altında təsadüfi kompyuter seçimi üsulu ilə müəyyənləşdirilmişdir.
Ümumi çəkisi 1 karat olan üç brilyant bankda azı 1000 manat (dollar) avro əmanəti olan müştərilər arasında oynanılmışdır. Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ikinci iyunda “Proqressiv” depozitinin sahibi qalib gəlmişdir.
Xatırladaq ki, hər 1000 manat (dollar) avro depozit qələbə üçün 1 şansdır. Əmanətin məbləği böyük olduqca, udmaq şansı da artır.
“Brilyant depoziti” aksiyası bu ilin aprelindən 2009-cu ilin aprelinədək davam edəcəkdir. Aksiya çərçivəsində hər ay ümumi çəkisi 1 karat olan 3 brilyant oynanılır. On ikinci final oyunu Novruz bayramına həsr ediləcək və onun qalibi ümumi çəkisi 3 karat olan üç brilyant alacaqdır. Bütün qiymətli daşların çəkisini, rəngini, xalisliyini və cilalanmanın keyfiyyətini göstərən müvafiq sertifikatları vardır. Oyunda bankın aksiya dövründən əvvəl və sonra depozit yerləşdirmiş əmanətçiləri də iştirak edirlər.