Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ürək-damar xəstəlikləri yalnız “genlərimizin bizə hədiyyəsi” deyil, həm də həyat tərzimizə bağlı problemdir

Bakı, 13 iyul, AZƏRTAC

Hazırda Mərkəzi Klinikada kardiologiya sahəsində dünya standartlarına tam uyğun və ən son texnologiyalardan istifadə edilir. Bu da ən kiçik ürək patologiyalarının belə erkən müddətdə aşkarlanmasına şərait yaradır. Onu da qeyd etmək istərdim ki, klinikamızda dünyanın aparıcı tibb ocaqlarının çoxundan daha keyfiyyətli və uğurlu müayinə, müalicə, eləcə də profilaktika işləri aparılır. Aldığımız yüksək nəticələr bunun göstəricisidir. Klinikamız Avropa Kardiologiya Cəmiyyətinin və Dünya Səhiyyə Təşkilatının bu sahədə mövcud protokolları əsasında fəaliyyət göstərir. Bu da xəstələrin müalicəsi ilə yanaşı, həkim üçün də çox faydalıdır.

Bu sözləri Mərkəzi Klinikanın kardiologiya şöbəsinin müdiri, Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müəllimi, Türk Dünyası Kardioloji Birliyinin vitse-prezidenti, Əməkdar Həkim Firdovsi İbrahimov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.

F.İbrahimov deyib ki, Avropa Kardiologiya Cəmiyyətinin və Dünya Səhiyyə Təşkilatının protokolları on minlərlə insanın üzərində aparılan tədqiqatlar nəticəsində hazırlanıb. Protokolların hazırlanmasında Avropa Kardiologiya Cəmiyyətinin bir üzvü olaraq mən də yaxından iştirak etmişəm. Bu da həm ölkəmizin təbliği, həm də azərbaycanlı mütəxəssisin bu prosesə cəlb olunması baxımından sevindirici haldır. Bu, həm də Mərkəzi Klinikada kardiologiya sahəsinin inkişafının da göstəricilərindən biridir. Kardiologiya sahəsində doğruluq cihazlarının istər müayinədə xəta payının ən aza endirilməsi, istərsə də müalicədə dünya standartlarına cavab verməsi çox vacibdir və bu klinikamızda mövcuddur.

Şöbə müdiri bildirib ki, Mərkəzi Klinikada ən sadə diaqnostik üsuldan başlamış ən son və müasir texnologiyalarla peşəkar mütəxəssislər tərəfindən xəstəliklərin düzgün qiymətləndirilməsi və müalicəsi həyata keçirilir. EKQ, ExoKQ, Stress test, Holter monitorinq kimi standart müayinə metodları ilə yanaşı, TEE, Kardiak MR, CT anqioqrafiya kimi müasir müayinə metodları geniş tətbiq olunur. Bu müayinələr dünyanın aparıcı klinikalarında ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılır. Transezofagial exokardioqrafiya ambulator olaraq anadangəlmə və qazanılma qüsurlarının daha detallı araşdırılmasında, ürək boşluqlarında tromb varlığının təyini üçün həyata keçirilir. Bununla da səyirici aritmiyası olan yüzlərlə xəstənin insult keçirməsi önlənir. Bilirsiniz ki, Mərkəzi Klinika invaziv kardiologiyanın beşiyi hesab olunur. Qürurla deyə bilərəm ki, koronar angioqrafiya və stend implantasiyası sahəsində artıq qürur duyulacaq səviyyədədir.

- Firdovsi müəllim, bəs ürəyin işemik xəstəliyi nədir və bu problemin ilkin simptomları hansılardır?

- Əvvəla, təəssüflə qeyd etmək istərdim ki, kardiologiyanın bu qədər inkişafına baxmayaraq, ürək-damar sistemi xəstəlikləri hələ də dünyada ölümün birinci səbəbi olaraq qalır. İşemiya dedikdə tac damarların tutulması və ya damar keyfiyyətinin aşağı olması səbəbindən ürək əzələsinin yetərincə qanla təchizatının pozulması nəticəsində yaranan patoloji vəziyyət nəzərdə tutulur. Damarlarda yaranan tıxanıqlığa görə ürək öz funksiyasını tam olaraq yerinə yetirə bilmir. Simptomlar ilkin dövrlərdə fiziki aktivlik zamanı meydana çıxır. Bu, özünü hərəkət zamanı sinədə, kürəkdə yaranan yanma, göynəmə xarakterli ağrı, pilləkən qalxarkən təngnəfəslik, sinədə sıxılma kimi şikayətlərlə göstərə bilər. Amma bu, o demək deyil ki, işemiyası olan hər xəstədə biz bu simptomları görməliyik. Ürəyin işemik xəstəliyi bəzən daha əvvəl xəstədə heç bir şikayət olmadan birbaşa miokard infarktı hətta ani ölümlə qarşımıza çıxa bilir.

- Ürək-damar xəstəlikləri tam olaraq genetika ilə bağlıdır, yoxsa keçirdiyimiz həyat tərzinin bu xəstəlikdə rolu daha çoxdur?

- Bu sual kardiologiyanın mübahisəli mövzularından biridir. Bu sahədə çoxlu genişmiqyasli araşdırmalar aparılıb. Kobud şəkildə izah etsəm ailə üzvləri arasında 55 yaşdan aşağı kişi və 65 yaşına çatmamış qadın infarkt keçirən şəxs genetik risk daşıyır. Siqaret, düzgün qidalanmama, hərəkətsizlik, təzyiq və şəkər kimi ürək damar xəstəliklərinin əsas risk faktorlarına orqanizmin verdiyi cavab da irsiyyətdən birbaşa asılıdır. Belə ki, düzgün qidalanan, siqaret çəkməyən, şəkəri və ya təzyiqi olmadığı halda ürəyin işemik xəstəliyinə tutulan insanlar da var. Ailəvi hiperxolesterinemiyası olan insanlarda ürək-damar xəstəliyi çox gənc, hətta uşaq yaşlarda başlanır. Bu xəstələrdə qanda xolesterinin miqdarı həddən artıq yüksək olur. Göz ətrafında, dizdə ksantoma dediyimiz xolesterin çıxıntıları əmələ gəlir. Belə xəstələrin bütün ailə üzvlərində lipid spektrinin müayinəsi mütləqdir. Xəstəliyin daha erkən yaşda aşkarlanması infarkt və ani ölüm kimi faciəvi nəticələrin vaxtında qarşısının alınması deməkdir. Bir şey də qeyd edim ki, irsiyyətində ürək xəstəliyi olan hər insan infarkt keçirəcək və ya ürək xəstəsi olacaq deyə bir hal yoxdur. Bu da onu göstərir ki, ürək-damar xəstəliyinə tutulmaq təkbaşına “genlərimizin bizə hədiyyəsi” deyil, daha çox keçirdiyimiz həyat tərzinə bağlıdır.

- Bu xəstəliyin aşkarlanması istiqamətində əsasən nə kimi müayinələr aparılır?

- Ürəyin işemik xəstəliyi diaqnostikası o qədər də çətin olmayan bir patologiyadır. Xəstənin şikayətlərinə uyğun olaraq, EKQ çəkilir, ExoKQ müayinəsi aparılır, “stress test” icra olunur. Qanda xolesterinin miqdarına baxılır. Xəstələrin risk qrupları təyin edilir, aşağı və orta risk qrupları yaxın təqibə alınır. Ciddi risk qrupundakılar daha ətraflı araşdırılır və lazımı müdaxilələr edilir. Ailə üzvlərinin birində şübhəli hal müəyyən edildikdə digər ailə üzvlərinin də müayinə olunması tövsiyə edilir. Belə ki, xəstəliyin vaxtında aşkarlanması gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması baxımından çox vacibdir. Müalicənin düzgün və zamanında aparılması isə xəstəliyin yaranmasının və irəliləməsinin əhəmiyyətli dərəcədə azalması deməkdir.

- Risk altında olanlar nə kimi profilaktik tədbirlər görməlidirlər?

- Hipertoniya xəstəliyi, şəkərli diabet və xolesterinin yüksək olması ürəyin işemik xəstəliyinin yaranmasında rol oynayan əsas amillərdəndir. Ölkəmizdə təzyiqli xəstələrin duz istifadəsi çox kontrolsuzdur. Normal halda gün ərzində 2-5 qr duzdan istifadə edilməlidir. Lakin biz duz sevən xalq olduğumuza görə təzyiqə nəzarət etməkdə çətinlik çəkirik. Daha bir səbəb isə artıq çəki və hərəkətsizlikdir. Bizim xalqın yağlı xörəklər yemə alışqanlığı var. Riskli xəstələr mütləq qida rejimlərinə ciddi riayət etməlidirlər. Heyvan mənşəli yağlardan uzaq durmalı, quyruq, piy yeməməlidirlər. Qısacası, siqaret çəkməmək, spirtli içki qəbulunu minimuma endirmək, çəkiyə nəzarət etmək, fiziki cəhətdən fəal olmaq və düzgün qidalanmaqla bu xəstəlikdən qorunmaq mümkündür. Genetik meyilli insanlar isə bu rejimə əməl etməklə ən azından xəstəliyə tutulma yaşını uzada bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Doqquz kiloqramdan çox narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb

FHN: Nizami küçəsində anbarda baş verən yağın söndürülüb  YENİLƏNİB VİDEO

FHN: Nizami küçəsində anbarda baş verən yağın söndürülüb  YENİLƏNİB VİDEO

Türkiyə parlamentinin spikeri dünyanın 30 ölkəsindən gəlmiş uşaqlarla görüşüb

Avarçəkmə üzrə “Prezident Kuboku” reqatasında iştirak edəcək ölkələr açıqlanıb

Populyar “Dubay şokoladı” qlobal miqyasda yaşıl püstə defisiti yaradıb

“Milan” mövsümün sonunda baş məşqçisi ilə vidalaşacaq

Pekin “tarif müharibəsi” fonunda Çinin maraqlarına zidd olan heç bir razılaşmaya getməyəcək

Türkmənistanda fəaliyyət göstərən müəssisədən pomidor məhsulu idxalına məhdudiyyət qoyulub

Filarmoniyada Azərbaycan bəstəkarı Leonid Vaynşteynin 80 illiyinə həsr olunmuş konsert təşkil edilib

Avropa çempionu olmuş Azərbaycan akrobatı Lüksemburqda xüsusi mükafata layiq görülüb

Azərbaycan ailəsinin inkişaf dinamikası: Müasir çağırışlar kontekstində struktur və dəyərlər sisteminin TƏHLİLİ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bilim Azərbaycan” layihəsi çərçivəsində növbəti imtahanı təşkil olunub

AzMİU-da “Dizayn Həftəsi”: Təhsil, yaradıcı ideyalar və innovativ yanaşmalarla zəngin günlər

Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Dünyanın ən çirkli havası olan şəhərinin sakinləri tənəffüs yolları xəstəlikləri ilə mübarizə aparır

Kənd təsərrüfatı naziri Tərtər və Bərdədə intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub

Baş Prokurorluqda ekoloji hüquqpozma faktları üzrə cinayət işləri başlanıb

Hüquqi şəxsin və ya fərdi sahibkarın müflis elan edilməsi barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalına inteqrasiya edilib

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsində ilk sınaq imtahanı keçirilib

Fransalı tanınmış futbolçu Litva klubunun sahibi olub

Ötən həftə 893,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Səhiyyə Nazirliyində Qlobal Fondun yeni təyin olunan Portfolio meneceri ilə görüş keçirilib

Köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb

Orta əsrə aid saxsı nümunəsi üzərində Nizaminin beytinin həkk olunduğu müəyyənləşdirilib

Milli Depozit Mərkəzinin “Elektron müraciət sistemi” istifadəyə verilib

Qazaxıstan dünyanın turizm xəritəsində mövqeyini möhkəmləndirir

Yəmən ABŞ-ın hərbi gəmilərinə zərbələr endirib

Sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsinə dəstək üçün 450 min manat həcmində qrant ayrılıb

Avropada anbarlara qaz vurulması son səkkiz ayın ən yüksək səviyyəsinə çatıb

Çində ilk 10G genişzolaqlı internet şəbəkəsi istifadəyə verilib

Abdullah Avey: Türkiyənin 24-cü Milli Mexanika Konqresi Bakıda keçiriləcək

BMU-da “Konstitusiya və Suverenlik İli” nə həsr olunan praktik seminar

Laçında 100 ildən çox davamlılığı olan dam örtükləri istehsal edilir

Bolqarıstanda gənə və ağcaqanadlar tərəfindən ötürülən xəstəliklər artmaqdadır

“Möcüzə qida – ana südü" mövzusunda konfrans keçiriləcək

İçərişəhərin və Qala Qoruğunun simvoluna çevrilən püstə ağacı: 37 illiyə 37 yaşıl toxunuş

Əbu-Dabidə görmə əngəllilər üçün xüsusi çimərlik açılıb

David Aptsiauri: İqtisadi amil Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın əsas komponentlərindəndir

Kanada nəzəri cəhətdən Avropa İttifaqına daxil ola bilər

Müdafiə nazirinin müavinləri Qətərə səfər ediblər

Azərbaycan Misirdəki Dünya Kubokunda iki gimnastla təmsil olunacaq

Bəşəriyyətin inkişafında yeni mərhələ olan ekoloji sivilizasiya konsepsiyasının müəllifi akademik Urxan Ələkbərovdur

Birinci rübdə əlilliyi olan 8,7 min uşağa reabilitasiya xidmətləri göstərilib

Marsın rütubətli və isti keçmişinə dair yeni dəlillər aşkarlanıb

Prezident İlham Əliyev Papa Fransiskin vəfatı ilə əlaqədar Müqəddəs Roma Kilsəsinin Kamerlenqosuna başsağlığı verib

AMEA ilə Manas Universiteti arasında əlaqələr genişlənir

ABŞ-ın Oklahoma ştatında şiddətli qasırğalar üç nəfərin ölümünə səbəb olub

Azərbaycan Özbəkistanın axtarışa verdiyi şəxsi ekstradisiya edib

Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrell Həzrətlərinə

Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb VİDEO

Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb VİDEO

İmişlidə 23 şagirdin 200-dən çox bal topladığı məktəbdən reportaj FOTO VİDEO

İmişlidə 23 şagirdin 200-dən çox bal topladığı məktəbdən reportaj FOTO VİDEO

Xocalının Ballıca kəndinə daha 21 ailə köçürülüb - FOTO VİDEO

Xocalının Ballıca kəndinə daha 21 ailə köçürülüb - FOTO VİDEO

Ödəmə terminallarından oğurluq edənlər saxlanılıb VİDEO

Ödəmə terminallarından oğurluq edənlər saxlanılıb VİDEO

Bakıdakı dünya çempionatına təyinat alan çexiyalı hakim: Bu, karyeramın ən böyük nailiyyətidir - EKSKLÜZİV

Arkadi Qukasyan Xocalı soyqırımı ilə bağlı suallara cavab verib: Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var idi

Yardımlıda saxlanılan narkokuryerlərdən külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb VİDEO

Yardımlıda saxlanılan narkokuryerlərdən külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb VİDEO

ABŞ-ın Yəmənin paytaxtına endirdiyi hava zərbələri nəticəsində 12 nəfər ölüb

Britaniyada həbsxana əməkdaşları elektroşok silahları tələb ediblər

Futzal üzrə Azərbaycan Tələbə Liqasında qrup mərhələsinə yekun vurulub

Dünya bazarında qızıl kəskin bahalaşıb

Sabah paytaxtda 24, bölgələrdə isə 27 dərəcə isti olacaq

Dekan: Məqsədimiz topladığımız təcrübəni dizaynla maraqlanan şəxslərlə paylaşmaqdır

İtaliya A Seriyasının oyunları Roma Papasının ölümü ilə əlaqədar təxirə salınıb

Paytaxtda kommunal layihənin uğuru

Şəki Dövlət Dram Teatrında Xalq yazıçısı Anarın əsəri səhnələşdirilib

® “Azercell” və “UiPath” Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır

Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub

Bank kartlarını oğurlayan yeni “Android” virusu aşkarlanıb

Çimərlik voleybolu üzrə Azərbaycan yığmaları Türkiyədə təlim-məşq toplanışı keçəcəklər

® Uşaq cərrahı Vüsal Cəfərov Avropa Uşaq Cərrahiyyəsi “Board” imtahanını uğurla keçib

Azərbaycanın stolüstü tennisçiləri Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər

® Milli Biznesin İnkişafı Forumunun nəqliyyat məsələlərinə həsr olunmuş xüsusi sessiyası keçirilib

Antonio Konte “Napoli”dən ayrıla bilər

“Türk Barometri 2024” Konfransı: Türk dövlətləri təhsil və elm sahəsində birgə gələcək qurur VİDEO

“Türk Barometri 2024” Konfransı: Türk dövlətləri təhsil və elm sahəsində birgə gələcək qurur VİDEO

Britaniyada xəstəxana sıxlığı böhran həddinə çatıb

Üç ayda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı 58 fakt aşkarlanıb

Azərbaycanlı uşaqlar türkiyəli həmyaşıdlarını təbrik ediblər

ABŞ-ın vitse-prezidenti Hindistana gedib

“Abşeron”un türkiyəli voleybolçusu: Final oyunlarında daha az səhv edən komanda çempion olacaq

Türkiyənin vitse-prezidenti: Ankara ABŞ tariflərinin iqtisadiyyata təsirini yaxından izləyir

Esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Təbii qazın qəbulu və regionlar üzrə paylanması haqqında” 2-qaz №-li rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 27 may tarixli 63/14 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Roma Papası Fransisk vəfat edib

Milli Hidrometeorologiya Xidməti: Bəzi çaylarda sululuq artıb

Ailə üzvləri haqqında arayışı artıq “mygov” platformasında əldə etmək mümkündür

Aprelin 21-də Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü qeyd olunur

Azərbaycan millisinin baş məşqçisi: Bu futbolçularla daha yaxşı nəticələr əldə edə bilərik

MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb

Bakıda yanğınla əlaqədar müəyyən yollarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

FHN Şəmkirdə yanğın təhlükəli hotelin fəaliyyətini dayandırıb

Nəsli tükənmiş heyvanların yenidən canlandırılması: Ulu qurd nümunəsi - ARAŞDIRMA

Oğuzda cücə ferması yanıb

Dövlət Əmək Müfəttişliyi Xidməti üç beynəlxalq mükafata layiq görülüb

Qatvik Britaniyanın ən pis göstəriciyə malik hava limanı seçilib

Bu ilin birinci rübündə 2 tondan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

Aprelin 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

“Azərreyl”in kapitanı: Bu mövsüm problemlərimiz çox olsa da, finala vəsiqə qazanmağı bacardıq

Baş direktor: Gürcüstan-Azərbaycan tərəfdaşlığı Cənubi Qafqazın iqtisadi inkişafında lokomotiv rolunu oynayır – MÜSAHİBƏ