REGİONLAR
Uşaq incəsənət məktəbinin şagirdləri “Şuşanın dağları” yaradıcılıq festival-müsabiqəsində qalib olublar
Sumqayıt, 1 may, Ətrabə Rzayeva, AZƏRTAC
Təhsil Nazirliyi və Sumqayıt şəhər 1 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşanın dağları” adlı yaradıcılıq festival-müsabiqəsi keçirilib. Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri festival-müsabiqəyə qatılaraq qaliblər sırasında yer alıblar.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri yaradıcılıq festival-müsabiqəsində birinci yerə layiq görülüblər. Xanəndəlik sinfi üzrə 3-cü sinif şagirdi Nuray Şahsuvarlı və 4-cü sinif şagirdi Ziya Mikayıllının mahnı nominasiyası üzrə çıxışları münsiflər tərəfindən yüksək qiymətləndirilib. Şagirdləri festival-müsabiqəyə müəllimləri Əsgər İsmaylov və Cəmilə Əliyeva hazırlayıb.