Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq
Bakı, 9 iyun, AZƏRTAC
16 yaşına qədər olan uşaqlar üçün müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Bu, ümumi qadağaların və ya tam məhdudiyyətlərin tətbiqi demək deyil.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.
O bildirib ki, söhbət yalnız müəyyən platformalardan gedir. Həmin platformaların siyahısı yaxın vaxtlarda aidiyyəti qurumlar tərəfindən təqdim ediləcək. Çünki bütün platformalar zərərli deyil. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə müxtəlif məqsədlər üçün istifadə olunan platformalar mövcuddur. Lakin müşahidələr göstərir ki, bəzi platformalarda uşaqların həddindən artıq aktivliyi onlarda rəqəmsal asılılığın formalaşmasına səbəb olur.
“Rəqəmsal asılılıq təkcə kibercinayətkarlıq və digər mənfi hallarla məhdudlaşmır, eyni zamanda, uşaqların psixoloji vəziyyətinə də ciddi mənfi təsir göstərir”, - deyə deputat əlavə edib.
Fotoqraf - Nicat Haşımov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:50]
Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub
- 09.06.2026 [18:18]