ÜST-nin Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görüş keçirilib



Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycanda səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görüş keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, institutun rektoru professor Nazim Qasımovun sözlərinə görə, ÜST ilə olan qarşılıqlı əməkdaşlıq şəraitində ölkədə mühüm işlər görülüb, uğurlu layihələr həyata keçirilib: “Təşkilatın Azərbaycan üzrə nümayəndəliyi respublikamızda səhiyyənin təkmilləşdirilməsi işində Səhiyyə Nazirliyi və yerli icra strukturları ilə birgə fəaliyyət göstərib”.
Görüş zamanı ÜST-nin Avropa ofisi və Azərbaycan üzrə nümayəndəliyinin səhiyyədə insan resursları, ilkin səhiyyə xidməti, tibb bacısı siyasəti və xəstəxanalar istiqamətində gördüyü işlər haqqında fikir mübadiləsi aparılıb.
Qonaqlar institutda aparılan tədris, elmi və kliniki işlərlə yaxından tanış olaraq, tədris bazasının fəaliyyətini izləyiblər.
Qeyd edək ki, ÜST-nin Qiymətləndirmə Missiyası ölkədəki başqa aparıcı tədris və müalicə müəssisələri ilə də tanış olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]