ÜZEYİR HACIBƏYOVUN RUS DİLİNDƏ ENSİKLOPEDİYASI NƏŞR EDİLMİŞDİR
Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova müxbirimizə demişdir ki, tanınmış bəstəkarlar və müsiqişünaslar tərəfindən hazırlanmış ensiklopediyada Üzeyir bəyin həyat və yaradıcılığı, əsərləri, qohumları və yaxınları barədə məlumatlar, bəstəkar haqqında yazılan məqalələr və ona həsr olunmuş əsərlər öz əksini tapmışdır.
Qeyd edilmişdir ki, sentyabrın 16-da Bəstəkarlar İttifaqında kitabın təqdimat mərasimi keçiriləcəkdir. Mərasimdə tanınmış bəstəkarlar, ensiklopediyanın hazırlanmasında rolu olan şəxslər və incəsənət xadimləri iştirak edəcəklər.
Eyni zamanda, tədbirdə Üzeyir Hacıbəyovun əsərlərindən ibarət konsert proqramı da səsləndiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]