“ÜZEYİR MUSİQİ GÜNÜ”... MUSİQİ MƏDƏNİYYƏTİ DÖVLƏT MUZEYİNDƏ
Muzeydən AZƏRTAC-ın müxbirinə demişlər ki, tədbirdə mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü, professor Sevda Məmmədəliyeva, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, xalq artistləri Şəfiqə Axundova, Azər Rzayev və başqaları çıxış edərək, Ü.Hacıbəyovun 90 illiyi tamam olmuş “Arşın mal alan” operettasının sənətkarlıq xüsusiyyətlərindən danışmış, eyni zamanda, YUNESKO-nun dəstəyi ilə bu günlərdə buraxılmış “Azərbaycanın qədim musiqi alətləri və musiqisi” adlı disk və sənətsünaslıq namizədi, Bakı Musiqi Akademiyasının dosenti Fərəh Əliyevanın yeni çapdan çıxmış “Musiqi tariximizin səhifələri” kitabı haqqında təəssüratlarını bildirmişlər.
Sonra diskin və kitabın təqdimat mərasimi olmuşdur.
Axırda Məcnun Kərimovun bədii rəhbərliyi ilə qədim musiqi alətləri ansamblının ifasında xalq mahnıları səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]