ÜZEYİR MUSİQİ GÜNÜ QEYD OLUNMUŞDUR
Mərasimdə mədəniyyət nazirinin müavini Ədalət Vəliyev, Bəstəkarlar İttifaqının birinci katibi, xalq artisti Vasif Adıgözəlov, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxış edərək, Üzeyir Hacıbəyovun fövqəladə fitri istedadından, onun böyük fədakarlığından, təhsilindən, elmindən, eyni zamanda, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmasından danışmışlar.
Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və dirijorluğu ilə Dövlət simfonik orkestrinin, Dövlət xor kapellasının və nəfəs alətləri orkestrinin ifasında Üzeyir Hacıbəyovun “Koroğlu” operasının uvertürası və əsərlərindən parçalar səslənmişdir.
Sonra bayram tədbiri Dövlət incəsənət muzeyinin həyətində davam etdirilmişdir. Burada Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi ölməz bəstəkarın əsərlərini ifa etmişlər.
Axırda bayram iştirakçıları dahi bəstəkarın Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. Məzarın üzərinə gül-çiçək dəstələri qoyulmuş, Dövlət xor kapellasının ifasında “Leyli və Məcnun” operasından “Şəbu-hicran” xoru səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [23:49]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [21:50]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]