Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Varşavada “Azərbaycanın multikultural kimliyində xristian mirası” adlı fotosərgi təşkil edilib

Vyana, 29 may, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Varşava şəhərinin mərkəzi küçəsində yerləşən “Ziyarət bacıları kilsəsi”nin (“Kościołem Sióstr Wizytek”) önündə “Azərbaycanın multikultural kimliyində xristian mirası” adlı fotosərgi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Nərgiz Qurbanova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian Dini İcmasının sədri Rasim Xəlilov, Bakı Yeparxiyasının ictimai təşkilatlarla qarşılıqlı əlaqələr şöbəsinin rəhbəri protoiyerey Mefodiy Əfəndiyev, Azərbaycanın katolik icmasının nümayəndəsi Kamala Kannan Selva Kumar, Varşava Arxiyepiskopluğunun arxiyepiskopu Mixal Yanoxa, Polşa Respublikası Seyminin Xarici Əlaqələr Komitəsinin sədri Pavel Koval, Polşanın müxtəlif qurumlarının nümayəndələri, eləcədə Azərbaycan diasporunun üzvləri və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə səfir Nərgiz Qurbanova Azərbaycanda multikulturalizm ənənələri barədə məlumat verərək tarixən ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh şəraitində birgə yaşadığını söyləyib. Təsadüfi deyil ki, Roma Papası II İohann Pavel 2002-ci il mayın 22-23-də ölkəmizə səfəri zamanı Azərbaycanda tolerantlıq mühitini yüksək qiymətləndirib və bu tolerantlıq mühitinin ölkə üçün qürur mənbəyi olduğunu qeyd edib.

Səfir Azərbaycanda xristianlığın hələ İsa Məsihin şagirdləri dövründə yayılmağa başladığını, bu dini yaymaq məqsədi ilə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına apostolların gəldiyini, burada xristian dininin yayılmasının apostollar Varfolomey və Faddeyin, eləcə də Faddeyin şagirdi olan Yeliseyin adı ilə bağlı olduğunu əlavə edib. Yeliseyin fəaliyyəti nəticəsində indiki Şəki rayonunun Kiş kəndi ərazisində “Şərq kilsələrinin anası” kimi məşhurlaşan Qafqazın ilk xristian kilsəsinin əsası qoyulub. Daha sonra Qafqaz Albaniyasının digər yerlərində də xristian icmaları meydana gəlib, beləliklə həvari mənşəli Alban Kilsəsi təşəkkül tapıb. Səfir Alban kilsəsinin nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən qədim kilsələrdən biri sayıldığını vurğulayıb.

O, Alban Apostol Kilsəsinin varisləri olan və Qəbələ rayonunda məskunlaşan udilərin öz dinlərini və adət-ənənələrini bu günədək qoruyub saxlamasını ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrinə sadiq qalmasının bariz nümunəsi olduğunu qeyd edib.

Səfir N.Qurbanova Azərbaycanda bütün dinlərin mənsublarının dövlət qayğısı ilə əhatə olunduğu, bunun əyani sübutu olaraq Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə hər il dövlət büdcəsindən müsəlman və qeyri-müsəlman dini icmalarına, o cümlədən xristian dini qurumlarına maliyyə yardımı ayrıldığı, onların ibadət evlərinin təmir və bərpa edilməsi istiqamətində işlər görüldüyü barədə məlumat verib.

N.Qurbanova sözügedən sərginin təşkilində mühüm rol oynamış Heydər Əliyev Fondunun bu il 20 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb, habelə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun Azərbaycanın mədəni və mənəvi dəyərlərini xaricdə fəal şəkildə təbliğ etdiyi, eyni zamanda bütün dünyada, o cümlədən xristian irsinin qorunmasına yönəlmiş sosial və mədəni layihələrdə iştirak etdiyi barədə məlumat verib. Səfir həmçinin Fondun Fransada, Bolqarıstanda və Vatikanda həyata keçirdiyi layihələrdən söz açıb. Fondun Müqəddəs Taxt-Tac ilə əlaqələrindən bəhs edən N.Qurbanova bütün xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edən Müqəddəs Sebastian, Komodilya, Müqəddəs Marçellinio və Pietro katakombalarının, Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı “Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü” barelyefinin bərpasının Fond tərəfindən həyata keçirildiyini vurğulayıb. Səfir məhz yuxarıda qeyd olunan fəaliyyətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə - IX Piy Ordeninin Böyük Xaçına layiq görüldüyünü əlavə edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycanın multikulturalizm modelindən, ölkəmizdə fərqlə mədəniyyət, dil və inanc daşıyıcılarının birgə qarşılıqlı hörmət və sevgi əsasında yaşadığından bəhs edib. O bildirib ki, Azərbaycan tolerantlıq və multikulturalizm dəyərlərini dövlət siyasəti müstəvisinə qaldırmış nadir ölkələrdəndir. R.Həsənov bu istiqamətdə dövlət qurumlarının yaradılmasını qeyd edərək dövlətin öz ərazisində olan mədəni və dini müxtəlifliyi qorumaqda maraqlı olduğunu əlavə edib. O, xristian dünyasının qədim kilsələrindən olan Kiş məbədinin, Qafqazın ən qədim məscidinin məhz Azərbaycanda yerləşdiyini vurğulayıb.

Belə bir sərginin məhz Polşada keçirilməsinin təsadüf olmadığını qeyd edən R.Həsənov bunu ölkələrimiz arasında yüksək əməkdaşlıq və etimad mühitinin olması ilə yanaşı, eyni zamanda, polyakların Azərbaycanda neft sənayesinin inkişafında, Bakıdakı tarixi binaların arxitektura quruluşunun formalaşmasında önəmli rol oynaması, habelə Azərbaycanın müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak etməsi ilə izah edib. O qeyd edib ki, ötən il rəhbərlik etdiyi Mərkəz tərəfindən “Polyakların Azərbaycanda fəaliyyəti” adlı kitabı da nəşr edilib.

Varşava Arxiyepiskopluğunun arxiyepiskopu Mixail Yanoxa çıxışında 2022-ci il sentyabr ayında bir qrup Polşa din xadimlərindən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycana səfərini xatırlayıb, ölkəmizdəki dini həmrəylik, tolerantlıq mühitindən bəhs edib.

Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili qonaqlara ölkəmizdə Alban kilsəsinin tarixi, ölkəmizin müxtəlif bölgələrində mövcud alban məbədləri, qədim albanların varisləri olan udilər, onların maddi-mədəniyyət irsi barədə məlumat verib.

Azərbaycanın katolik icmasının nümayəndəsi Kamala Kannan Selva Kumar iştirakçılara Azərbaycanın xristian icması barədə məlumat verib, Müqəddəs Məryəm Katolik Kilsəsi barədə danışıb və bu kilsənin polyak icması, eləcə də Roma Papası II İohann Pavel ilə əlaqəsini vurğulayıb. Həmin kilsəsinin zənglərinin Polşanın ozamankı Prezidenti tərəfindən hədiyyə edildiyini bildirən katolik icmasının nümayəndəsi həmçinin II İohann Pavelin 2002-ci ildə ölkəmizə səfəri zamanı dini tolerantlıq və multikultural harmoniya ilə bağlı səsləndirdiyi fikirlərə istinad edib.

Qeyd edək ki, sərgidə xristianlığı qəbul etmiş ilk ölkələrdən olan Qafqaz Albaniyasının xristian mirası, polyak katolik mirası, Azərbaycanda mövcud katolik, protestant, pravoslav kilsələri və Heydər Əliyev Fondu tərəfindən Vatikanda və digər ölkələrdə bərpa edilən dini abidələrə aid fotolar nümayiş olunub. Sərgi iki həftə ərzində davam edəcək.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqşünaslıq İnstitutunda Milli Qurtuluş Günü qeyd edilib

Azərbaycan ilə Belarusun iddialı planlarını həyata keçirmək üçün imkanları çoxdur

BSU-da “Birinci Beynəlxalq Balkanşünaslıq Tədqiqatları” konfransı keçirilib

İşğaldan azad edilmiş rayonlarda təşkil olunan kəsim məntəqələrində səyyar laboratoriyalar fəaliyyət göstərəcək

Allahşükür Paşazadə: Qurban bayramı ilə Milli Qurtuluş Gününün eyni zamana təsadüf etməsi həmrəyliyimizi daha da gücləndirir

ASCO 8 min ton yükdaşıma qabiliyyətinə malik tanker sifariş verib

Azərbaycan Hərb Tarixi Muzeyində “Xalqımızın taleyini dəyişən tarixi gün” adlı tədbir keçirilib

Azərbaycanlı bəstəkar türkiyəli tələbələr tərəfindən rol modeli olaraq seçilib

Paytaxtın Nizami rayonunda ictimai iaşə müəssisəsində toyuq əti dönərinin satışı dayandırılıb

Mərkəzi Asiya ölkələrinin bank nümayəndələrini görüşü keçirilib

Ombudsman: İqlim dəyişikliyi kontekstində insan hüquqlarının müdafiəsi üçün qlobal strategiyaların həyata keçirilməsinə ehtiyac var

Naxçıvanın ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

Azərbaycan Serbiya ilə müdafiə sənayesi və birgə istehsal sahələrində əməkdaşlıq edəcək

Milyonlarla zəvvarın iştirak etdiyi Həcc ziyarəti başlayıb

® “Gənc Qan Donorlarının IV Ümumrespublika Forumu” keçirilib

Bu il “Gənc istedadlar” liseyindən 46 şagird məzun olur

Ölkəyə qaçaqmalçılıq yolu ilə 23 kiloqram marixuana gətirən daha bir narkokuryer saxlanılıb

Ayxan Abbasovun “Şamaxı” klubundakı köməkçiləri bəlli olub

Naxçıvanda istehlakçılara qaytarılan ƏDV-nin məbləği 2,5 dəfə artıb

Azərbaycan millisinin kapitanı: Avropa çempionatında Türkiyə millisinə və Arda Gülərə azarkeşlik edəcəyəm

Bu il ixrac olunan polietilenin həcmi açıqlanıb

Şahzadə Uilyam Britaniyanın gizli kəşfiyyat xidməti ilə görüş keçirib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzalayıb

Ölkəmizin tərəqqi və inkişafı yolundakı nailiyyətləri Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir

Qırğızıstan alimləri Dilçilik İnstitutunda olublar

Rektor: BANM Braziliyadakı ali təhsil müəssisələri ilə əməkdaşlıq etməyə hazırdır

Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu keçiriləcək

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

Paris Fond Birjası və biznes mediası Le Penin seçkilərdə mümkün qələbəsindən narahatdır

Şair Əkbər Qoşalının əsərləri tatar və qırğız antologiyalarında çap olunub

Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin tədqiqatçıları Şərqi Zəngəzur və Qarabağda olublar

Londonda avtobus dayanacağında tapılan tablo 25 milyon funt sterlinqə satıla bilər

Bakı metrosunda yay qrafiki tətbiq ediləcək

Ukrayna portalında Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc edilib

Azərbaycan İƏT-ə üzv dövlətlərin fərdi məlumatların mühafizəsi üzrə məsul qurumlarının I forumunda təmsil olunub

Sənaye məhsulunun 64 faizdən çoxu mədənçıxarma sektorunda istehsal edilib

“Yüksəliş” müsabiqəsinin yarımfinalçılarının sayı açıqlanıb

“İqlim dəyişikliyinə uyğunlaşma” üzrə təlimlərin yekun təqdimatı keçirilib 

Türkiyə parlamentariləri Rusiyaya səfər edəcəklər

Naxçıvanda Milli Qurtuluş Günü qeyd edilib

“İnsan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Yaponiya Təhsil Nazirliyində və Parlamentində Azərbaycan diasporuna dair bəzi məsələlər müzakirə olunub

Ədəbiyyat İnstitutunun əməkdaşları Ankarada Əta Tərzibaşıya həsr olunmuş konfransda məruzə ediblər

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Azərbaycan İstiqlal muzeyini ziyarət edib

YAP Sabunçu rayon təşkilatı Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirib

“Magistr” jurnalının 4-cü nömrəsini iyunun 20-dən etibarən əldə etmək mümkün olacaq

Sumqayıtda 3927 məzun üçün son zəng səslənib

“28 May” stansiyasının və Dəmiryol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb

Azərbaycan samboçusu beynəlxalq multiidman turnirində bürünc medal qazanıb

Metal nanohissəciklərin canlı orqanizmlərə təsirinin xüsusiyyətləri öyrənilir

“Boeing” şirkəti “787 Dreamliner” təyyarələrinin keyfiyyətini yoxlayır

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının startı təxirə salınıb

Akademik Zərifə Əliyeva adına Liseydən bu il 182 şagird məzun olur FOTO

Avro-2024 Almaniyaya 1 milyard dollar gəlir gətirə bilər

Dövlət Xidmətinin rəisi vətəndaşların həqiqi hərbi xidmətə qəbulla bağlı müraciətlərini dinləyib

Narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycan I Liqasında ötən mövsümün tamaşaçı sayı açıqlanıb

Azərbaycan Slovakiya ilə Müdafiə nazirlikləri arasında əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Ətrafa çirkab suları axıdan 11 avtoyuma məntəqəsinin sahibi inzibati məsuliyyətə cəlb olunub

Pedaqoji Universitetin “Brend tələbə”ləri ilə görüş keçirilib

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Salyanda vətəndaşlarla görüşüb

COP28 nümayəndələri: COP29-da adekvat, əlverişli və əlçatan dəstəyi səfərbər edən yeni maliyyə hədəfi yaradılacaq

Avropa çempionatının gənc ulduzları - SİYAHI

Azərbaycanın müdafiə naziri Çinin hərbi nümayəndə heyəti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Qırğız Respublikası ilə dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumunu təsdiqləyib

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADPU-da pedaqoji internatura nəticələrinin qiymətləndirilməsinə başlanılıb

“İİV-ə görə müayinə olunaq, sağlam olaq” adlı layihəyə start verilib

Naxçıvanda hərbçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir

Tədqiqat: İnkişaf etmiş ölkələrdə kişilər qadınlardan daha çox ət yeyir

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BDU-da yeni ixtisas və ixtisaslaşmalar açılacaq

COP29 Sədrliyi COP29 Akademiyasının fəaliyyətinə start verib

Fransızların 57 faizi Makronun istefasını istəyir - Sorğu

Direktor: Doqquz şagird liseyi bu il xüsusi nümunəli attestatla bitirir

Qazaxıstan şəkər ixracına müvəqqəti qadağa qoyub

Kiyevdə Milli Qurtuluş Günü qeyd olunub

İqlim dəyişkənliyi şəraitində təbii floranın müasir vəziyyəti və biomüxtəlifliyin qorunması - forum

Bu il baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan 27 uşağa xidmət göstərilib

Masallıda istismarına icazə verilən obyektlərin çıxarışları sahibkarlara təqdim olunub

Azərbaycanda günəş enerjisi istehsalı 8 dəfə artıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

“Əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib

“Ali riyaziyyatdan məsələ və misallar toplusu”nun II hissəsi nəşr edilib

Avro-2024: Kuboku “Allians Arena” stadionuna əfsanəvi futbolçunun həyat yoldaşı gətirəcək

Qazaxıstan və Rumıniya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcminin artırılmasını müzakirə ediblər

Soydaşlarımız Milli Qurtuluş Günü münasibətilə ABŞ-ın Meyn ştatında ağac əkiblər

Bu il 132-134 nömrəli Təhsil Kompleksindən 139 şagird məzun olur

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç vaxt unudulmayacaq

Avro-2024: Şahzadə Uilyamın 6 yaşlı oğlundan ingiltərəli futbolçulara gözlənilməz məsləhət

® “Kapital Bank”dan digər banklarda nağd krediti və kredit kartı olan müştərilərə sərfəli təklif

Milli Hidrometeorologiya Xidmətinin rəisi: Qurban bayramı günlərində Azərbaycanda hava əsasən yağmursuz keçəcək