Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaxtilə Azərbaycan fəlsəfəsi kantşünaslıqla, hegelşünaslıqla məşğul idi. Bəs indi? – professor İlham Məmmədzadə ilə MÜSAHİBƏ

Vaxtilə Azərbaycan fəlsəfəsi kantşünaslıqla, hegelşünaslıqla məşğul idi. Bəs indi? – professor İlham Məmmədzadə ilə MÜSAHİBƏ

Bu gün aydın olur ki, Azərbaycan fəlsəfəsində Kantı və Hegeli öyrənməklə heç də iş bitmir. Hazırda əsas məsələlərdən biri süni intellektin fəlsəfəsidir və rəqəmsal sosiologiyadır. Fəlsəfə və Sosiologiya İnstitutunda yeni ideyalar yaranır və yanaşmalar inkişaf edir.

Bakı, 10 mart, Gözəl Ağayeva, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi həm də Fəlsəfə və Sosiologiya İnstitutunun yubileyidir. Akademiyanın ilk institutları sırasında Fəlsəfə İnstitutu da olub.

Bu barədə AZƏRTAC-a müsahibəsində AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə söyləyib.

Professor İlham Məmmədzadə bildirib ki, rəhbəri olduğu institutun qarşısında duran əsas məsələlərdən biri süni intellektin cəmiyyət həyatında rolundan irəli gəlir: “Əsas məsələlərdən biri süni intellektin fəlsəfəsidir və rəqəmsal sosiologiyadır. Bu iki məsələ bizim üçün çox önəmlidir. Fikrimcə, bu, təkcə fəlsəfə və sosiologiya üçün deyil, ümumilikdə elmin inkişafı, cəmiyyətin şüurunun dərinləşməsi və genişlənməsi ilə bağlı olan məsələlərdir”.

İnstitutun direktoru bildirib ki, digər mühüm məsələ görülən işlərin və aparılan tədqiqatların azərbaycançılıq ideologiyası ilə bağlı olmasının zəruriliyidir: “Fəlsəfə və sosiologiya elmləri həm də ideoloji məsələlərlə sıx bağlıdır; deməli, təbliğatla, tədqiqatla birləşdirilmə prosesləri getməlidir və bu işlərlə bizim institut məşğuldur. 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli”dir və bu mövzulara biz diqqət yetiririk. Xatırladım ki, 2024-cü il milli ideya ilə bağlı idi. Milli ideya həmrəyliyi, cəmiyyətin milli şüurunun inkişafını, habelə ekoloji şüuru, eləcə də fəlsəfənin və sosiologiyanın digər istiqamətlərini ehtiva edir. Söhbət təkcə sosiologiyadan deyil, rəqəmsal sosiologiyadan gedir. Lakin məsələ bununla da bitmir. Söhbət həm də rəqəmsal şüurun, süni intellektin fəlsəfənin predmetlərinə təsirindən gedir. Çalışırıq ki, bu məsələdə fəlsəfəmiz və sosiologiyamız ön planda olsun.

İnstitutumuzda daxili imkanlar və mövcud ştat vahidi hesabına yeni şöbələr yaradılıb, bəzi şöbələrin adında isə qismən dəyişiklik edilib. Yeni şöbələrdən biri Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbəsidir. Bu məsələlərdə biz çalışırıq ki, eyni zamanda, qonşu dövlətin ideologiyasını bilək, onun zəif və güclü tərəfini ölçə bilək. Bu işlər etnofəlsəfəni və etnososiologiyanı müəyyən mənada praktikaya yaxınlaşdırır”.

Qeyd edək ki, Fəlsəfə və Sosiologiya İnstitutunda İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi (adı qismən dəyişib) şöbəsi, Beynəlxalq münasibətlər və geosiyasət şöbəsi, İslam fəlsəfəsi və dinşünaslıq (adı qismən dəyişib), Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsi, Fəlsəfi hüquqi təlimlər və suverenlik şöbəsi də yaradılıb.

Professor İlham Məmmədzadə diqqətə çatdırıb ki, əvvəllər fəlsəfə yalnız universal elm kimi başa düşülürdü. Bu gün isə zamanın tələbinə uyğun olaraq bizə həm milli fəlsəfə, həm də milli sosiologiya lazımdır. Bu, universal elmin inkarı deyil. Bu, universal elmin və Azərbaycan elminin toqquşmasıdır, birləşməsidir, bir-birinə təsiridir və s.

“Vaxtilə Qərb fəlsəfəsini öyrənməklə iş bitmiş hesab olunurdu. Vaxtilə Azərbaycan fəlsəfəsi kantşünaslıqla, hegelşünaslıqla, ideologiya ilə məşğul idi. İndi isə aydın olur ki, Kantla və Hegellə bu işlər bitmir. Aydındır ki, biz öz şüurumuzu da öyrənməli və təhlil etməliyik. Şüura təsir də etməliyik. Təsiri də öyrənmək lazımdır. Bunu ona görə öyrənməliyik ki, təkcə biz yox, bütövlükdə dünya insanın şüuruna təsir edir. Bu şüura rəqəmsallıq təsir edir, onun müsbət və mənfi tərəfləri var. Fikrimcə, bunların hamısını öyrənmək nəinki fəlsəfənin və sosiologiyanın işidir, bütövlükdə bəlkə də AMEA-nın əsas məsələsidir”, - deyə filosof-alim vurğulayıb.

İnstitutun direktoru AMEA-da həyata keçirilən islahatlara, yenilənmə prosesinə də diqqət çəkib. O qeyd edib ki, faktiki olaraq AMEA özündə ictimai və humanitar elmləri cəmləşdirir. Bu, AMEA qarşısında yeni vəzifələr qoyur: “Amma bu müasirlik fəlsəfənin və sosiologiyanın fundamental elmlərlə fənlərarası tədqiqatlar aparmasını heç də inkar etmir. Məsələn, mən süni intellekt fəlsəfəsi istiqamətində tədqiqat aparıram. Süni intellekt fəlsəfəsi faktiki olaraq beyin və şüur arasında təhlillər aparır. Bir tərəfdən beyin anlamı bizə biologiyadan, neyrofiziologiyadan gəlir, - bununla bioloqlar məşğul olurlar. Bizim institut isə şüurla məşğuldur. Şüur və beyin - onların əlaqəsi necə öyrənilməlidir? Belə çıxır ki, biologiyasız bunu dərk etmək mümkün deyil, digər tərəfdən biologiya da fəlsəfənin köməyi olmadan çətin ki, insan beynini, yaddaşını araşdırsın. Bütövlükdə, insan beyni və şüur məsələsinə bir kontekstdə yanaşılmalıdır”.

Professor qarşıda duran vacib məsələlərdən birinin də Azərbaycan fəlsəfəsinin dünyada təbliği olduğunu söyləyib. “İnstitutumuzun əməkdaşlarının məqalələri “Scopus” və “Web of Science” bazalarına aid jurnallarda çap olunur. Biz çalışırıq ki, belə tanınmış jurnallarda Azərbaycanın fəlsəfəsi və rəqəmsal sosiologiyası əks olunsun. Bəzən böyük çətinliklərlə qarşılaşsaq da, onları dəf etməyə çalışırıq”.

Direktor Fəlsəfə və Sosiologiya İnstitutunun AMEA-nın 80 illiyi çərçivəsində yeni nəşrlər, tədqiqatlar ərsəyə gətirəcəyini, konfranslar, seminarlar keçirəcəyini, bu tədbirlərdə xarici alimlərin də iştirak edəcəyini söyləyib.

“Ümumilikdə, Fəlsəfə və Sosiologiya İnstitutunda yeni ideyalar yaranıb, yanaşmalar inkişaf edir və çalışırıq ki, onlar, necə deyərlər, tükənməsin”, - deyə professor İlham Məmmədzadə fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Yollarda görünüş məhdudlaşacaq!

Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 18 metrədək güclənib - FAKTİKİ HAVA

Böyük Britaniyada hər beş yetkin insandan biri hələ də iş axtarmır

Fransa Bankı: 2024-cü ildə xalis zərər 7,7 milyard avro olub

Gəncədə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib

Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə vəsait hazırlanıb

Brüsseldə Azərbaycan Mədəniyyəti Günü keçirilib

Naxçıvanda “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” yaradılıb

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Novruz bayramı ərəfəsində Lənkəranda yerli turistlər üstünlük təşkil edir - REPORTAJ

Sabah magistral yollarda görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Şamaxıda avtomobil dərəyə yuvarlanıb, xəsarət alanlar var VİDEO

Ayxan Abbasov Antalyada Emre Belezoğlu ilə görüşüb

Sağlamlıq imkanları məhdud 50-dək uşaq oftalmoloji müayinədən keçib

MDB dəmir yolu administrasiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Aktau şəhərində Azərbaycan guşəsi açılıb

Şalva Papuaşvili: “Fransa səfirinin biganəliyinin nəticəsidə İctimai Yayım Xidmətinin jurnalisti nifrət hədəfinə çevrilib”

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib

Ordubadda ağır yol qəzası olub, 4 nəfər xəsarət alıb

Şimali Makedoniyadakı faciəli yanğında xəsarət alanlardan 4 nəfəri İtaliyaya gətirilib

BMT-nin Baş katibi: Paris iqlim Sazişinin məqsədləri hələ də əlçatandır

Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib VİDEO

Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsini ziyarət edilib

Papa Fransisk tənəffüs dəstəyi olmadan nəfəs almağa başlayıb

BSU-nun rəhbərliyi Qubada məktəblilərlə görüşüb

Şagird: Naxçıvan Dövlət Universitetində IELTS mərkəzinin olması böyük fürsətdir

“Deutsche Bank” 2 min iş yerini ixtisar edəcək

Polşada Novruz bayramı qeyd olunub

Gürcüstan parlamenti narkotik cinayətlərinə görə cəzanı sərtləşdirir

Azərbaycanlı tələbə: Məqsədim ölkəmizin kosmos və innovasiya sahəsində güclü mövqe qazanmasına töhfə verməkdir

Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir

Laçında kreativ Novruz suvenirləri hazırlanıb VİDEO

Cəbrayılda Novruz ilə bağlı bayram konserti təşkil olunub VİDEO

Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb

Azərbaycana yaz fəsli qədəm qoydu

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Cağaloğlu Anadolu Liseyi qardaşlaşıb

SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb

Qəbələdə şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb

NBA: Daha 11 oyun keçirilib

Xırdalanada yaşayış binasında yanğın baş verib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Məbud Məhərrəmov VİDEO

İğdırda Azərbaycan-Türkiyə Novruz tədbiri keçirilib

Babək rayonunda minik avtomobili yanıb

İlk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” layihəsi keçiriləcək

YAP Gəncə şəhər təşkilatı bayram sovqatı paylayıb

Argentina millisində növbəti itki yaşanıb

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Çingiz Abdullayev VİDEO

Niderland millisinin aparıcı üzvü sıradan çıxıb

İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib

Azərbaycan teatrının əfsanəvi Məcnunu

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Millətlər Liqası: Türkiyə Macarıstanı, Xorvatiya Fransanı qəbul edəcək

“Bir sual, bir cavab”: Novruz xatirələri – Salman Qəmbərov VİDEO

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO

Bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət olunub VİDEO

“Bir sual, bir cavab”: Novruz xatirələri – Mənsum İbrahimov VİDEO

Vatikan uşaqlar üçün video oyun hazırlayıb

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Novruz bayramı və yaz fəsli: fərqlər və eyniliklər – alimin mülahizələri

Azərbaycanlı tələbələrin Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başa çatıb

Britaniyada şəxsi silah satışları ilə bağlı qaydalar sərtləşdiriləcək

Azərbaycanda Novruz bayramıdır

132/110/35/10 kilovoltluq yeni "Culfa" yarımstansiyasında sınaq-sazlama işləri yekunlaşıb

Çində kosmosda faydalı qazıntılar çıxarmaq üçün robot hazırlanıb

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

İtaliyanın bu qəsəbəsində evlər 1 avroya satılır

Azərbaycanın investisiya mühiti Türkiyədə tanıdılır

Qazaxıstanda yüzlərlə silah aşkar edilib

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

ABŞ-ın Merilend ştatının qubernatoru Novruz bayramı ilə bağlı bəyanat imzalayıb

Ukrayna F-16 qırıcılarının yeni partiyasını qəbul edib

Şuşada Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir

3 ölkə Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib

Bağdad Universitetində Azərbaycanla bağlı doktorluq dissertasiyası müdafiə edilib

ABŞ Dövlət katibi və milli təhlükəsizlik müşaviri Zelenski ilə Tramp arasında danışıqlara dair bəyanat yayıblar

“Santander” bankı Britaniyada filiallarının dörddə birini bağlayacaq

İstanbulda Novruz bayramı qeyd olunub

Lənkəranın Vilvan kəndində elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB

Vyetnamda Novruz şənliyi təşkil olunub VİDEO

Volodimir Zelenski ABŞ Prezidenti ilə telefon danışığının ilkin nəticələrini açıqlayıb

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində iftar mərasimi təşkil olunub

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə paylaşım edib

Türkiyəli ekspert: İrəvanın mövqeyindəki ziddiyyətlər regional münasibətlərin normallaşmasını ləngidir

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub VİDEO

Serbiya parlamenti hökumətin istefasını təsdiqləyib

ABŞ və Ukrayna prezidentləri telefonla danışıblar

İtaliya sahillərində miqrantların olduğu qayıq batıb

Naxçıvan Hərbi Kollecində Novruz bayramı qeyd olunub

“Azərpoçt” poçtdaşıma mərkəzində robotları sınaqdan keçirib

Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edib

Bratislavada Novruz bayramı qeyd olunub

Bir qrup mədəniyyət xadimi Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Yeni gün” adlı bayram tədbiri keçirilib VİDEO

Azərbaycan və Niderlandın xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyənin ədliyyə naziri: İstintaq bütün aspektləri ilə diqqətlə və həssaslıqla aparılır

OECD-in nümayəndələri: Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir