Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaxtında korreksiya olunmayanda selektiv mutizm yetkin yaşlarda da davam edir

Bakı, 8 yanvar, AZƏRTAC

Mutizm latınca “mutis”- “lal” sözündən götürülüb və ağır psixoloji pozuntudur. Selektiv mutizm zamanı xəstə bəzi sosial toplumlarda, məsələn, məktəbdə və ya qonaqlıqda danışmaqdan imtina edir, daha düzgün ifadə etsək, danışa bilmir. Ailədə və dostlarının əhatəsində isə rahat ünsiyyətə girir. Həmin patologiyaya daha çox uşaq yaşlarında rast gəlinir və onların danışıq aparatında heç bir qüsur olmur. Vacib olan odur ki, xəstə sadəcə danışmaqdan imtina etmir, əksinə danışmaq istəsə də, bunu bacarmır və sözlərin qırtlaqda “donub qaldığını” hiss edir. Zaman keçdikcə mutizmli uşaqlar həmin situasiyanın yaranmasına səbəb olan halları əvvəlcədən hiss edir və ondan qaçmağa çalışır.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin uşaq psixoloqu Kamal Camalov AZƏRTAC-a verdiyi müsahibədə deyib: “Selektiv mutizm təxminən hər 150 uşaqdan birində təsadüf edilən psixoloji haldır və əksər ibtidai məktəblərdə ən azı bir mutizmli uşaq olur. Tədqiqatçıların araşdırmalarına görə, qızlar arasında etnik qrupların uşaqlarında və ya başqa ölkədən gələnlərdə mutizmə daha çox rast gəlinir.

Mutizm adətən erkən uşaqlıqdan inkişaf etsə də, onun ilk əlamətləri uşağın ailədənkənar ünsiyyətləri yarananda, daha çox uşaq bağçasına və ya məktəbə getdiyi dövrdə üzə çıxır. Adətən uşaq bir neçə ayda vəziyyətdən çıxır, lakin korreksiya olunmayanda yetkin yaşlarda da davam edir.

Selektiv mutizmli uşaqların müxtəlif qorxuları və sosial sıxıntıları olur. Onlar həmsöhbətinin gözlərinə baxmaqda çətinlik çəkir, ətrafdakıların nəzərində əsəbi, hədsiz utancaq və qorxaq, çox ciddi, tərs və isterik, bəzən də tormozlanmış təəssüratı yaradır.

Mutizmli uşaqlar daha çox jestlərlə ünsiyyət saxlayır, hər hansı suala cavab verərkən başını və ya çiyinlərini tərpədir, bəzən bir-iki qırıq kəlmə ilə reaksiya verir, səsini dəyişdirərək və ya pıçıltı ilə danışır. Psixoloqlar bəzi xəstələrin ictimai ayaqyolundan istifadə etməkdən qorxmasını sidik ifrazı zamanı yaranan səsin başqaları tərəfindən eşidilməsindən çəkinmələri ilə izah edirlər”.

Selektiv mutizmin səbəbləri barədə psixoloq deyib: “Onu heç də həmişə aydınlaşdırmaq olmur, lakin narahatlıq və həyəcan halı çox vaxt irsən ailə üzvlərindən keçir. Bəzi uşaqlarda inteqrasiyanın sensor disfunksiyası adlanan hal aşkar olunur və onlar güclü küy və gurultu kimi bəzi səsləri qəbul etməkdə çətinlik çəkirlər. Elə həmin səbəbdən də onlar səs-küylü yerdə gərginlik keçirir və danışa bilmirlər. Uşaqlara qarşı sərt davranış və psixoloji travmaların mutizmin yaranmasında birbaşa rolu sübut olunmayıb, lakin bəzi uşaqlarda xəstəlik məhz həmin hallardan sonra meydana çıxır. Mutizm haqqında ən geniş yayılan yanlışlıq uşaqlarda danışıq istəyinin olmamasını autizmlə əlaqələndirilməsidir. Mutizm və autizm tamamilə müxtəlif təbiətli xəstəliklərdir, lakin eyni uşaqda həmin psixi patologiyaların hər ikisinə rast gəlinməsi də mümkündür”.

Onun dediyinə görə, selektiv mutizmin müalicə olunmaması özünəinam hissinin aşağı olmasına, sosial həyatda sıxıntıların yaranmasına və xəstənin yeniyetməlik və yetkin vaxtında da həmin halların davam etməsinə səbəb olur. Xəstəlik nə qədər erkən yaşda aşkar olunsa, onun müalicəsi o qədər asan gedir və uşaq psixikasında olan “dağınıqlıq” qısa zamanda aradan qalxır. Mutizm ailə, məktəb və həkimlərin birgə səyi nəticəsində uğurla müalicə oluna bilər.

Psixoloq daha sonra deyib: “Mutizmə diaqnoz qoymaq üçün bir neçə kriteriyə diqqət yetirmək lazımdır. Uşaq konkret situasiyalar zamanı, məsələn, dərsdə və cəmiyyət içində və özünü rahat hiss etdiyi şəraitdə - evdə, boş sinifdə sərbəst danışırsa, danışa bilməsi cəmiyyət içində özünü aparmasına mənfi təsir edirsə, danışa bilməməsi iki aydan artıq davam edirsə, nitqin pozulması başqa hərəki, psixi və koqnitiv patologiya ilə izah olunmursa, selektiv mutizm diaqnozu qoyulur.

Müalicə xəstəlik üzərində dayanmaqla deyil, uşağın cəmiyyətlə ünsiyyət zamanı hiss etdiyi həyəcanı aradan qaldırmaqla aparılmalıdır. Müalicənin gedişində bir neçə nüans diqqətdə saxlanılmalıdır. İlk növbədə uşağın vəziyyətinə görə qayğılı və həyəcanlı olduğunu ona hiss etdirməmək, özünü hazır hiss edəndə danışacağına inandırmaq, hər xırda sevincdən zövq almağı ona öyrətmək, bütün səylərinə görə tərifləmək və ya qrup oyunlarına qoşulmağa təhrik etmək, əvvəlcə danışıb sonra susanda təəccüblənməmək lazımdır.

Müalicədə ən səmərəli koqnitiv-davranış terapiyası üsulu arzu olunan davranışın möhkəmləndirilməsinə və arzu olunmayanın kənarlaşdırılmasına yönəldilir. Bu müalicə mutizmli xəstələrə özləri, ətrafdakılar və həyat haqqında nə düşündükləri və həmin düşüncələrin onların fikir və hisslərinin təsiri üzərində dayanmağa yardım edir.

Müalicəni sürətləndirmək və həyəcanlı halı aradan qaldırmaq üçün antidepressant təsirli dərman və bitkilərdən istifadə olunur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yadddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

® Qızıl kreditini bu banka gətirənlərə endirim var

Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb - YENİLƏNİB

Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər

Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb

Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanları genişləndiriləcək

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO

Beynəlxalq Enerji Agentliyi: Qlobal elektrik enerjisi istehlakının üçdə ikisi qazıntı yanacaqlarından asılıdır

Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb

Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb

Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub

Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək

Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib

Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir

Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər

Ülviyyə Bəbirli: Mahnı Teatrı böyük sənətkar Rəşid Behbudovun irsini davam etdirir

Kamil Şahverdiyev: Rəşid Behbudovun zəngin yaradıcılığı və bənzərsiz səsi bu gün də yaşayır

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də

Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir

Siyasi etimad və strateji tərəfdaşlıq enerji və nəqliyyat layihələrinin davamlılığını təmin edən əsas amildir ŞƏRH

Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb

Zərdabda barama təhvilinə başlanılıb - tədarük həcminin bu il də yüksək olacağı gözlənilir

Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

BMT ekspertləri Avropa Şurasının miqrasiya bəyannaməsi ilə bağlı narahatlıq ifadə ediblər

Rəşid Behbudovun anım günündə xatirə otağı yeni eksponatlarla zənginləşdirilib

EPIC son illər Azərbaycanda əmək qanunvericiliyi ilə bağlı aparılan islahatlara dair məlumat dərc edib

Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb

Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib

Azərbaycan ali təhsilində ilk: UNEC-də APTIS əsaslı ingilis dili imtahanları təşkil olunub

2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub

Türkiyənin ixtisaslaşmış texnologiya şirkətinin nümayəndəsi MEK-in qonağı olub

Azərbaycan və Türkiyə Şərq-Qərb dəhlizinin inkişafında həlledici rol oynayır ŞƏRH

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub

Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib

Londonda təhsil alan azərbaycanlı tələbə: Mənim üçün ən böyük uğur ölkəmə fayda verə bilməkdir - MÜSAHİBƏ

Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması prioritet məsələdir ŞƏRH

Pakistan mənbələri: ABŞ-İran müharibəsinin iki-üç gün ərzində başa çatması ehtimalı çox azdır

Böyük Britaniyaya getmək istəyən 300-dən çox miqrant Liviyada girov götürülüb

Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol

Almaniya və Niderlandda kokain qaçaqmalçılığı şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat təşkil olunub

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim təşkil olunub

İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO

Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir

İKTA və ICANN internet idarəçiliyinin gücləndirilməsi sahəsində anlaşma memorandumu imzalayıb

Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir

Deputat: Türk dünyası bizim ailəmizdir

Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb

Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək

Ufuk Turganer: Türk dünyasına mənsub ölkələrin mədəniyyəti ilə tanış olmaq xoş təəssürat yaratdı

Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb

Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb

BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir

Qadın güləşi üzrə milli komandanın üzvləri yeni antidopinq qaydaları ilə tanış olublar

Səfir: Birlik və qardaşlıq ruhunun yeni nəslə aşılanması böyük əhəmiyyət daşıyır