Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Vergi Xidməti–25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib YENİLƏNİB

Bakı, 13 fevral, AZƏRTAC

İqtisadiyyat Nazirliyində “Vergi Xidməti–25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman), sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər, iş adamları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən forumun iştirakçılarına məktubunu oxuyub.

Sonra forumda Azərbaycanın vergi orqanlarının 25 illik fəaliyyəti barədə film nümayiş olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək vergi işçilərini xidmətin 25 illiyi və peşə bayramı münasibətilə təbrik edib. Diqqətə çatdırılıb ki, vergi siyasəti iqtisadiyyatın səmərəliliyinə böyük təsir göstərir. Qeyd edilib ki, vergi xidməti təkcə fiskal orqan deyil, həm də biznes mühitinin inkişafını dəstəkləyən, şəffaflığa töhfə verən, sahibkarlarla səmərəli tərəfdaşlıq münasibətlərinə malik qurumdur. Son illərdə qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayının artması və onların ümumi iqtisadiyyatda xüsusi çəkisinin yüksəlməsi bunun əyani göstəricisidir.

Bildirilib ki, iqtisadi gündəliyin əsas prioritetlərindən biri dayanıqlı inkişaf və özəl sektorun gücləndirilməsidir. Özəl sektorun inkişafı ilə yanaşı, son illər aparılan islahatlar nəticəsində dövlət müəssisələrinin rentabelliyinin artdığı qeyd olunub. Həmin müəssisələr risklərdən biri kimi qiymətləndirilən borc yükünü və dövlət büdcəsindən asılılığı azaldıb. Bununla yanaşı, dayanıqlı iqtisadi artımı və fiskal sabitliyi təmin etmək üçün ixracyönümlü sahə və xidmətlərin təşviqinin önəmi bildirilib.

2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Vergi qanunvericiliyində təşviqlər sayəsində rəsmi əmək müqavilələrinin sayında əhəmiyyətli artım əldə edilib.

Forumda 2018-2024-cü illərdə ölkəmizin makroiqtisadi artımı, eləcə də qeyri-neft sektorunun böyüməsi, vergi daxilolmalarının qeyri-neft ÜDM-də xüsusi çəkisinin yüksəlməsi, əmək müqavilələrinin sayının artması və digər göstəricilər barədə təqdimat nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva vergi ödəyicilərinin hüquqları və vergi orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın əhəmiyyəti barədə danışıb. O, vergi siyasətinin iqtisadi sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynadığını və hüquqi dövlətin, demokratik cəmiyyətin əsas komponentlərindən biri olduğunu qeyd edib. Müvəkkil dövlət müstəqilliyimizin bərpasından sonra vergi sisteminin təkmilləşdirilməsi və dayanıqlı inkişaf etdirilməsi istiqamətində kompleks islahatların həyata keçirildiyini bildirərək, bu islahatların insan hüquq və azadlıqlarının daha səmərəli təmininə xidmət etdiyini diqqətə çatdırıb. Ombudsman vergi ödəyicilərinin, habelə vergi münasibətlərinin digər iştirakçılarının hüquqlarının daha səmərəli müdafiəsi və pozulmuş hüquqların bərpası, vergi sahəsində şəffaflığın artırılması və azad sahibkarlıq hüququnun təmini istiqamətində Ombudsman Aparatı ilə Dövlət Vergi Xidməti arasında əməkdaşlığın mövcud olduğunu bildirib.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Dövlət Gömrük Komitəsi ilə Dövlət Vergi Xidməti arasında səmərəli əməkdaşlığı vurğulayıb. Bu istiqamətdə vahid risk platforması çərçivəsində tərəfdaşlığın önəmi qeyd edilib. O, diqqətə çatdırıb ki, Azərbaycan dövlətinin qurucusu və onun inkişaf strategiyasının memarı Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun olaraq formalaşdırılmış vergi xidməti illər ərzində vergi idarəçiliyi və iqtisadiyyatın dayanıqlı inkişafının əsas tutumlarından birini təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli və düşünülmüş siyasət əsasında ölkə iqtisadiyyatı inkişaf edir, dövlətin maliyyə təminatı artır, ölkəmizin beynəlxalq ticarət liderliyi güclənir. Bu fundamental işlərin həyata keçirilməsində vergi xidmətinin qarşısında müəyyən edilmiş vəzifələr layiqincə icra olunur. Beynəlxalq təcrübə əsasında hazırlanmış müasir xidmətlər və proqramlar, sahibkarlara dəstək tədbirləri fonunda həyata keçirilən rəqəmsallaşma prosesi, eləcə də şəffaflıq prinsipləri əsasında tətbiq edilən fəaliyyət modelinin dövlət büdcəsinin formalaşmasında, vergi gəlirlərinin artırılmasında, sahibkarlığın inkişafı və investisiya mühitinin yaxşılaşmasında əhəmiyyətli səmərə göstərir. Vergilərdən yayınma hallarına qarşı mübarizə, beynəlxalq vergitutma tədbirlərinin təkmilləşdirilməsi sahəsində aparılan islahatlar, Azərbaycanda vergi sisteminin müasirləşdirilməsi, qlobal iqtisadiyyata inteqrasiyası və beynəlxalq ticarətin təşviqini stimullaşdırır.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev vergi orqanlarının ölkə iqtisadiyyatının inkişafına və sahibkarların fəaliyyətinin asanlaşdırılmasına verdiyi töhfələrdən danışıb. O bildirib ki, bu gün ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur və bu, sahibkarların iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrildiyini göstərir. Sahibkarların ən çox təmasda olduğu xidmətlərdən biri vergidir. Ona görə də vergi sistemində ötən 25 ildə baş verən dəyişikliklər ilk növbədə sahibkarların fəaliyyətinə müsbət təsir edib. Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Dövlət Vergi Xidməti arasında formalaşan əməkdaşlıq ölkəmizdə dövlət-özəl sektor dialoqunun ən uğurlu nümunələrindən biridir. Bu qarşılıqlı əlaqə sahibkarlığın inkişafına, vergi sisteminin təkmilləşdirilməsinə və biznes mühitinin daha əlverişli olmasına böyük töhfə verib: “Vergi sistemində tətbiq edilən rəqəmsallaşma, innovativ yanaşmalar, dövlət-özəl dialoqunda nümayiş etdirdiyi səmimi və açıq münasibət, iş adamlarının qaldırdığı məsələlərə həssas yanaşması bu müsbət imicin formalaşmasında müstəsna rol oynayır. Vergi siyasətinin liberallaşdırılması və biznesin inkişafına yaradılan şərait nəticəsində sahibkarlıq subyektlərinin sayı ilbəil artır, iqtisadi aktivlik yüksəlir. Qarabağın iqtisadi inkişafı üçün atılan addımlar, orada yerləşən xüsusi iqtisadi zonalar üçün nəzərdə tutulan vergi güzəştləri özəl investisiyalar üçün cəlbediciliyi artırır. Xüsusən də strateji sahə kimi kənd təsərrüfatı sektorunun vergidən azad olması bu sahədə sahibkarlıq subyektlərinin sayının artmasında özünü bilavasitə göstərir”.

Tədbirdə Dövlət Vergi Xidmətinin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələrinin - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibinin müavini Fabrisiya Lapekorella, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi Aliks Perrinyon və Vergi Məqsədləri üzrə Şəffaflıq və Məlumat Mübadiləsinə dair Qlobal Forumun Katibliyinin rəhbəri Zayda Manattanın videotəbrikləri səsləndirilib.

Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli çıxış edib. Xidmət rəisi 25 illik tarixə nəzər salaraq vergi sistemində reallaşdırılan islahatlar barədə danışıb, bu sahədə son illər əldə edilən nəticələr, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”, gələcək vergi siyasətinin istiqamətləri və s. barədə məlumat verib. Bildirilib ki, 25 illik tarixə malik vergi sistemi hazırda “kölgə iqtisadiyyatı” ilə mübarizə, iqtisadiyyatda şəffaflığın artırılması, haqlı rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə fərqli münasibət göstərilməsi, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi kimi yeni yanaşmalarla fəaliyyət göstərir. 2024-cü ildə vergi daxilolmalarının həcminin15,8 milyard manatı keçdiyi, vergi gəlirlərinin 2019-cu ilin əvvəli ilə müqayisədə 2,1 dəfədən çox artdığı, Dövlət Vergi Xidmətinin xətti ilə toplanan fiskal yığımların 22,8 milyard manat təşkil etdiyi, xidmətin bütün fiskal yığımların 77 faizindən çoxunu təmin edən orqan olduğu diqqətə çatdırılıb. Aktiv vergi ödəyicilərinin sayı isə 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq 2024-cü ildə 806,9 min təşkil edib.

Vurğulanıb ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”u ölkəmizi şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirilməsi çərçivəsində ən yüksək reytinqlə dəyərləndirib. Ölkəmizin bu reytinqə yüksəlməsi vergi sistemində aparılan islahatların beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.

Forumun işi sessiyalarla davam edib. Moderatoru Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov olan “Müasir vergi sistemi: strateji hədəflər və perspektivlər” mövzusuna həsr olunmuş sessiyada iqtisadiyyat nazirinin müşaviri Elvin Camalov, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və “McKinsey” şirkətinin partnyoru Simay Erdoğan çıxış ediblər.

Moderatoru “Deloitte Azerbaijan” şirkətinin vergi üzrə partnyoru Nərmin Aslanova olan “Vergi inzibatçılığında rəqəmsal transformasiya: yeni yanaşmalar və müasir trendlər” mövzusuna həsr olunmuş ikinci sessiyada Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev, Azərbaycan Beynəlxalq Bankının Agile ofisinin rəhbəri Həsən Eminov, “Carlsberg” Azərbaycan şirkətinin Korporativ əlaqələr üzrə rəhbəri Lalə Əfəndi çıxış ediblər.

Moderatoru ADA Universitetinin prorektorunun müşaviri Aygün Hacıyeva olan “Yeni iqtisadi inkişaf modelində dövlət – biznes tərəfdaşlığının əhəmiyyəti” mövzusunda sessiyada isə bp-nin vergi məsələləri üzrə meneceri Ceyhun Məmmədov, Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov, PwC şirkətinin vergi direktoru Günel Sadiyeva çıxış ediblər.

Sessiyalarda müzakirələr aparılıb, suallar cavablandırılıb. Çıxışlarda ölkədə yaranmış yeni iqtisadi şəraitdə biznes mühitinin dəstəklənməsi, iqtisadi idarəetmənin yeni çağırışlara uyğun həyata keçirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət qiymətləndirilib, islahatlara dair təkliflər səsləndirilib.

Forum çərçivəsində “Yaşıl enerji üzrə ən böyük investor”, “İşğaldan azad olunmuş ərazilər üzrə investor”, “Dövlət sektoru üzrə fəal ixracatçı”, “Özəl sektor üzrə fəal ixracatçı”, “Bank və sığorta sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Nəqliyyat sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Sənaye sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Xidmət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Qeyri-neft sektoru üzrə vergi rekordçusu”, “Neft sektoru üzrə vergi rekordçusu”, “Regionlar üzrə vergi rekordçusu”, “Kənd təsərrüfatı sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Rabitə sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Tikinti sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən”, “Fəal ianəçi”, “Dost” nominasiyaları üzrə fərqlənən vergi ödəyiciləri sertifikatlarla təltif olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əfsanəvi boksçu 76 yaşında dünyasını dəyişib

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub

Azərbaycan mətbəxi Vyetnamın ilk barbekü festivalında təqdim olunur

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib

NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub

Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib

Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib

Alatavada fərdi ev yanıb, bir nəfər xəsarət alıb

Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

Polis ötən gün 18 avtomat, 3 tapança və 5 tüfəng aşkar edərək götürüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Salyanda yol qəzası olub, piyada ölüb

Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

Yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

Astanada genişmiqyaslı Novruz şənlikləri keçirilib

İraqın İstanbuldakı Baş konsulluğuna silahlı hücum olub

Üzeyir Hacıbəylinin 140 illik yubileyi: “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Türkiyə Müdafiə Nazirliyi: Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır

Xaçmazda qaz xətti zədələnib, 13 kəndin mavi yanacaqla təminatında fasilə yaranıb

Görmə məhdudiyyətli uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Türkiyə millisinin heyətində dəyişiklik edilib

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

Hələbdə 3 milyon psixotrop “Captagon” həbi müsadirə edilib

İsveçin “Diplomatic World Sweden” internet nəşrində Novruz bayramı ilə bağlı məqalə dərc olunub

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

Ukrayna millisinin üzvü yaşıl meydanlardan bir ay uzaq qalacaq

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti Aktauda beynəlxalq forumda iştirak edib

Lionel Messi "Barselona"ya qayıda bilər

İsveçdə iki italiyalı turist qar uçqunu nəticəsində həlak olub

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

Haiti millisinin baş məşqçisi: Azərbaycan yığması yaxşı komandadır

Qazax teatrı Novruz bayramına həsr olunan tamaşa təqdim edib

Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin 54-cü yüksək səviyyəli iclası keçirilib

Sudan ordusu paytaxtda bir neçə hökumət binasına nəzarəti ələ alıb

Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Qar uçqununa düşən hərbi qulluqçuların nəşləri tapılıb – Birgə məlumat

Martın 21-i Türkiyədə Baharın və Qardaşlığın Bayramı Günü elan edilib VİDEO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir

“Haber Global”: İrəvan Türkiyə və Azərbaycana qarşı ABŞ və NATO-ya yaxınlaşmağa çalışır

Bəhlul Mustafazadə: Komandada ab-hava yaxşıdır

Fernandu Santuş: Haiti ilə oyunda qalib gəlmək istəyirik

Premyer Liqa: XXVIII turun hakimləri açıqlanıb

Səməd Vurğunun doğum günü münasibətilə Qazaxdakı poeziya evində tədbir keçirilib VİDEO

Gürcüstanın dövlət və hökumət başçıları Marneulidə Novruz şənliyində iştirak ediblər

Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıb

Gürcüstanın Baş naziri azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

® NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Beynəlxalq Meşələr Günündə Azərbaycanda bir gündə 13 mindən artıq ağac əkilib

Hərbi Prokurorluq işçiləri Novruz bayramı ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissələrində olublar

Nəsimi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Vladimir Putin: Əminəm ki, birgə səylərlə gələcəkdə də dost xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələri fəal şəkildə gücləndirəcəyik

Hikmət Babaoğlu: Novruz bayramı milli dəyərlərimizin təntənəsidir VİDEO

Antarktikada dəniz buzunun sahəsi müşahidələr tarixində ən aşağı səviyyəyə çatıb

Şimali Kipr Türk Respublikasının XİN rəhbəri: Lefkoşa Türk dünyasının birliyinə inanır

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

Türkiyə Prezidenti: Ölkələrimiz arasında dərin köklərə malik qardaşlıq tellərinin möhkəmlənməsi bu Novruz bayramında da səmimi arzumuzdur

Hitrou hava limanından bütün uçuşlar ləğv olunub

Müqəddəs Taxt-Tac: Dünyada katoliklərin sayı artır

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Martın 19-20-də paytaxtdan bölgələrə 27800-dən çox sərnişin daşınıb

Naxçıvanda Bahar festivalı keçirilir - reportaj VİDEO

Çexiya Prezidenti Odessaya səfər edib

"Barselona"nın futbolçusunun İspaniya millisindəki əvəzləyicisi məlum olub

Nazirlik: Ötən iki ayda müavinətlər üzrə 183 milyon manat, Prezident təqaüdləri üzrə 116 milyon manat ödənilib

BƏƏ 3200-dən çox məhbusun mübadiləsində Rusiya və Ukraynaya kömək edib

Bu gün Beynəlxalq Meşələr Günüdür