İQTİSADİYYAT
Vergilər Nazirliyi tərəfindən cari ilin 9 ayı ərzində proqnoz tapşırığa tam əməl edilib

Bakı, 4 oktyabr, AZƏRTAC
Vergilər Nazirliyi cari ilin 9 ayı ərzində proqnoz tapşırığa tam olaraq əməl edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri vergilər nazirinin müavini İlkin Vəliyev KİV nümayəndələrinə müsahibəsində bildirib.
Qeyd olunub ki, yanvar-sentyabr aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 4 milyard 926 milyon manat vəsait daxil olub. Daxilolmaların böyük əksəriyyəti qeyri-neft sektorunun payına düşür və bu sektor üzrə proqnoz tapşırıqdan 64 milyon manatdan çox vəsait toplanıb.
Nazir müavini nəzərə çatdırıb ki, cari ilin 9 ayı üzrə qeyri-neft sektorundan daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 365 milyon manat çoxdur.