Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vətən Müharibəsi Qəhrəmanı: Dəlidağ yüksəkliyinin azad edilməsi Xudafərin körpüsünün nəzarətimizə keçməsində mühüm rol oynadı

Vətən Müharibəsi Qəhrəmanı: Dəlidağ yüksəkliyinin azad edilməsi Xudafərin körpüsünün nəzarətimizə keçməsində mühüm rol oynadı

Bakı, 18 oktyabr, Elmir Səftərov, AZƏRTAC

Cəbrayıl rayonunun Əmirvarlı və Soltanlı kəndləri istiqamətlərindəki yüksəkliklərin işğaldan azad olunmasından sonra Xudafərin körpüsü də nəzarətimizə keçdi. Belə ki, Soltanlı istiqamətində səddin götürülməsindən sonra Dövlət Sərhəd Xidmətinin (DSX) əməliyyat planı Arazboyu sərhəd istiqamətində irəliləmək oldu. Ən geniş əməliyyat planlarından biri Dəlidağ silsiləsinin işğaldan azad edilməsi idi. Həmin istiqamətdə silsilə yüksəkliklərin düşməndən təmizlənməsi uğrunda bir neçə əməliyyat planı hazırlandı. Bura qədər biz bir neçə təpəni, yüksəklikləri düşməndən azad etməli olduq.

Bu fikirləri Xudafərin istiqamətində döyüşlərdə iştirak etmiş DSX-nin Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov AZƏRTAC-a müsahibəsində bildirib.

O, qeyd edib ki, əməliyyat planının məqsədi həmin dağ silsilələrinin üzərinə çevik hərəkət qruplarını yerləşdirərək Arazboyu istiqamətindən hərəkət edən düşmənin canlı qüvvəsini və texnikasını məhv etmək idi: “Biz Dəlidağ silsiləsinə bir sutkadan az müddətdə olduq. Məqsədimizə 11 kilometr yarım dərinlikdən düşmən ərazisinə sızma əməliyyatı ilə çatdıq. Bu silsiləni azad etdikdən sonra düşmənin hərbi texnikası və canlı qüvvəsini pusquya saldıq, onları bütünlükdə məhv etdik. Ümumiyyətlə, Xudafərin körpüsünə nəzarət etmək üçün Dəlidağ silsiləsini düşməndən təmizləməli idik. Döyüşçülərimiz o silsiləni azad etdikdən sonra, axtarış qruplarımız həmin ərazilərdə təmizləmə işlərinə başladı. Beləliklə, təmizləmə işləri başa çatandan sonra qədim Xudafərin körpüsü ərazisində bayrağımızı sancaraq Prezident, Müzəffər Ali Baş Komandana məruzə etdik. Bir gün sonra isə təminat işlərini yekunlaşdırdıq. Bundan sonra Xudafərin körpüsündən uzaq məsafədə yerləşən Zəngilan şəhərinin işğaldan azad olunması tapşırığını aldıq. Bu da 44 günlük Vətən müharibəsində ən sürətli əməliyyat kimi yadda qaldı”.

Polkovnikin sözlərinə görə, Xudafərin körpüsünün azad edilməsinin ən böyük üstünlüyü əməliyyatda itki verməməyimiz oldu: “Burada tam heyətlə uğurlu bir əməliyyat həyata keçirdik. Heyətimizdən bir nəfərin belə xəsarət almaması Qələbə sevincimizə sevinc qatmışdı. Düşmən tərəfdən isə xeyli canlı qüvvə itkisi var idi. Bu da əməliyyat planının möhtəşəmliyindən xəbər verirdi. Çox təəssüf ki, bundan sonrakı əməliyyatlar zamanı bir neçə döyüş yoldaşımız şəhid oldu. Bizim üçün çox ağır olsa da, toparlanıb sona qədər getməli idik. Şəhidlərimizin qisasını aldıq, uğrunda canlarını qurban verdikləri torpaqlarımızı azad etdik. Həmin döyüşlərdən iki il ötsə də, buraya ayaq basanda bizimlə birgə Xudafərin Zəfərinə imza atan şəhid silahdaşlarımızla bağlı xatirələrimiz, onların Qələbə sevincləri yadımıza düşür. Şəhidlərimizi dərin ehtiram və hörmətlə anırıq. Hiss edirik ki, onların ruhu azad torpaqlarımızın səmasından bizə qürur və sevinclə boylanır".

Qeyd edək ki, polkovnik Babək Ələkbərov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” medalına layiq görülüb. Bundan başqa, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qvatemalada 6,2 bal gücündə zəlzələ qeydə alınıb

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Forumda iştirak edib  YENİLƏNİB - 2 VİDEO

Livanın cənubunda silsilə partlayışlar baş verib

Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir

Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib

Göbələk depressiyadan qurtulmağa kömək edir

Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb

Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib

Marneulidə Beynəlxalq Şahmat Gününə həsr olunmuş turnir keçirilib

Qırğızıstan informasiya agentliyi Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışını geniş işıqlandırıb

Gürcüstan və Avstriya parlamentariləri Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

Naxçıvanda gömrük sahəsində yüksək nailiyyətlər üçün ticarətin asanlaşdırılması imkanları nəzərdən keçirilib

Türkiyə mediası Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş işıqlandırıb

Əməkdar artist Fuad İbrahimov haqqında “Euronews” telekanalında süjet yayımlanıb

“Kazinform”: AQEM-in baş katibi Nyu-Yorkda keçirdiyi görüşlərdə COP29-un əhəmiyyətini qeyd edib

İtaliyada zəncirvari qəza: bir ölü, 17 yaralı var

Fransada parçalanmış parlament koalisiya hökumətinin qurulması prosesinə başlayır

Azərbaycan klubu Qubada keçirilən beynəlxalq basketbol turnirində mübarizəni dayandırıb

MN: “Birləşdik - 2024” təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Şanxayda Qədim Misir eksponatları sərgisinə rekord sayda ziyarətçi gəlib

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Azərbaycan Prezidenti: Biz gözəl bilirik ki, ən çox karbon tullantıları istehsal edən böyük ölkələr hansılardır

Prezident İlham Əliyev: Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun

Prezident: Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var

Prezident İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Prezident: Yaşıl enerji ilə bağlı bir çox məqamlar insanları və qərar qəbul edənləri düşünməyə vadar edir

Prezident: Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim

Prezident İlham Əliyev: Ümid edirəm ki, seçkilərdən sonra ABŞ-da və Avropada Azərbaycan haqqında daha yaxşı anlayış olacaq

BMT Ümumdünya Şahmat Gününü dayanıqlı inkişaf kontekstində qeyd edib

Azərbaycan Prezidenti: Britaniyada bütün liderlər mənə Ermənistan, sülh sazişi haqqında suallar verirdilər

Prezident: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Türkiyədə növbəti aeroportun açılışı olacaq

Bir sıra dövlət qurumlarının və şirkətlərin mətbuat katiblərinin “Neft Daşları”na səfəri təşkil olunub

Azərbaycan Prezidenti: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub

Prezident İlham Əliyev Qlobal Media Forumunda Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb VİDEO

Azərbaycan Prezidenti: Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir VİDEO

Prezident İlham Əliyev: Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq

Bank kartlarına kiberhücumlar edən şəbəkə üzvləri həbs ediliblər VİDEO

Belarus nəşri: Üç onillik ərzində Azərbaycan Cənubi Qafqazda strateji tərəfdaşlığımızın etibarlı dayağına çevrilib

Fərrux Mahmudov: Qubada basketbol turnirinin keçirilməsi bölgələrdə bu idman növünün inkişafına müsbət təsir edəcək

Prezident: Bizim COP heyətimiz çox səmərəli işləyir

Azərbaycan Prezidenti: Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik

Prezident İlham Əliyev: Region ölkələri ilə sıx əlaqələr bizə imkan verdi ki, iqtisadi problemlərin böyük əksəriyyətini həll edək

Azərbaycanın basketbol klubu beynəlxalq turnirdə ilk oyununu keçirib

Prezident: Biz nə işğalı, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq

Azərbaycan komandası Stokholmda keçirilən beynəlxalq minifutbol turnirinə qələbə ilə başlayıb

The Guardian”: Azərbaycan qazıntı yanacağı istehsalçılarına qlobal istiləşmə ilə mübarizəyə qoşulmağı təklif edir

Plastik və şüşə butulka, işlənmiş batareya əvəzinə ekoçanta

Prezident: Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə dəyirmi masa keçirilib

Özbəkistan dünya əhəmiyyətli ənənəvi kənd təsərrüfatı sistemlərinə qoşulacaq

Azərbaycan Prezidenti: Rusiya ilə ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil

“Nature Communications”: Universal vaksin reallığa çevrilə bilər

“Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimatı keçirilib

Trilyonlara aparan yol: Zəngəzur dəhlizinin qlobal ticarətdə rolu

Prezident İlham Əliyev: Biz uzun illər ərzində faktların manipulyasiyasının, yanlış narrativlərin qurbanı olmuşuq VİDEO

Dərman bazarı liberallaşdırılır: İdxal şaxələndirilir, qeydiyyat asanlaşdırılır, nəzarət gücləndirilir

Prezident İlham Əliyev: Biz Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik

Ərdoğan: Türkiyə ŞKTC-nin tanınmasına nail olmaq əzmindədir

“ARAF” kuboku uğrunda konkur yarışlarının qalibi bəlli olub

“Dərman vasitələrinin təqib və izləmə sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan idmançısına “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak hüququ verilib

İngiltərə Futbol Assosiasiyası yığmanın yeni baş məşqçisi ilə bağlı elan verib

Fövqəladə Hallar Nazirliyi bir neçə mərkəzdə maarifləndirmə tədbiri keçirib

Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə keçiriləcək

Türkiyəli futbolçunun qolu Avropa çempionatının ən yaxşısı seçilib

Çində daşqın səbəbindən 30-dan çox sakin itkin düşüb

Azərbaycan Şahmat Federasiyası ilə FIDE arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

YAP Mərkəzi Aparatında Milli Məclisə seçkilərlə əlaqədar müşavirə keçirilib

UNEC qlobal reytinqdə 684 pillə irəlilədi

“Bank kartının məlumatlarını verməyin, risklidir” – DİN çağırış edir

Abşeron rayonunda 100 min manatlıq elektrik əşyalarını oğurlayan iki nəfər saxlanılıb

“Azərreyl”in voleybolçusu: Hədəfimiz Avropa çempionu olmaqdır

Polis özünü general kimi təqdim edən şəxsi dələduzluğa görə saxladı

II Şuşa Qlobal Media Forumunun iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtına çatıblar

Azərbaycan klubu tanınmış futbolçunun qardaşını transfer edib

Portuqaliya yığmasının baş məşqçisi: Azərbaycan millisi ilə oyuna ciddi hazırlaşacağıq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Arab News”: COP29 ərəfəsində ev sahibi ölkə kimi Azərbaycan yaşıl inkişaf məqsədlərinə nail olmağa çalışır

ANAMA-dan mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış

Çində körpü uçub, 11 nəfər ölüb, 30 nəfər itkin düşüb VİDEO

Qəhrəmanlıq ənənələrinə sədaqət ruhunda

Türkiyə Müdafiə Nazirliyi: Kipr türklərini heç vaxt tək qoymayacağıq

Asim Xudiyev UEFA-dan yeni təyinat alıb

“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilən şəxslər təlimlərə cəlb edilib

Türkiyə dünya ictimaiyyətini ŞKTC-ni tanımağa çağırıb

Qurtuluşun başlanğıc günü

Faktiki hava: Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağıb

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər VİDEO

Türkiyə Prezidenti Lefkoşaya bayram tədbirlərinə gəlib

Banqladeşdə komendant saatı tətbiq edilir

Azərbaycan millisinin kapitanı: Portuqaliya ilə oyunlar bizə təcrübə qazandıracaq

Bu il övladlığa verilmiş uşaqlarla bağlı 342 monitorinq keçirilib

Azərbaycan idmançısı beynəlxalq turnirdə gümüş medal qazanıb

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib