CƏMİYYƏT
Vətən müharibəsi şəhidləri Teymur Rəsulov və Saməddin Fərziyevin xatirəsi anılıb







Bakı, 21 oktyabr, AZƏRTAC
Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Teymur Rəsulov və Saməddin Fərziyevin anım mərasimi keçirilib. Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, şəhidlərin ailə üzvləri, yaxınları, qazilər, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından söz açılıb.
Mərasimdə şəhidlərin yaxınları Vətən uğurunda həlak olanların xatirəsinə göstərilən hörmət və ehtirama görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.