Vətən müharibəsində bölmələrimizin atəş dəstəyinin güclü olması nəticəsində düşmən ordusu ağır itki verib

Bakı, 9 fevral, AZƏRTAC
Vətən müharibəsində, xüsusilə Şuşa əməliyyatı zamanı artilleriya bölmələrimizin şəxsi heyəti dağlıq və meşəlik ərazidə, çətin keçilən yollarla hərəkət etməklə fədakarlıq göstərərək verilən qərara uyğun olaraq vaxtında yerdəyişmə edib, atəş mövqeləri tutub və əks-hücuma keçən ordumuzun atəş dəstəyini təmin edib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov fevralın 9-da jurnalistlərə müsahibəsində deyib.
General-mayor Ağamir Sultanov qeyd edib ki, Vətən müharibəsində düşmən ordusunun işğal altındakı ərazilərimizdə otuz il ərzində qurduğu müdafiə sisteminin, eşelonlaşdırılmış müdafiə mövqelərinin üzərinə əks-hücum edən bölmələrimiz atəş dəstəyinin güclü olması nəticəsində Ermənistan ordusundan az itki verməklə, düşməni ağır tələfata uğradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2025 [16:04]
Azərbaycan Ordusunda psixoloqlar üçün növbəti təlim keçirilib
- 23.06.2025 [15:53]
Rusiyada təhsillərini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib
- 22.06.2025 [11:35]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.06.2025 [17:17]