Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub VİDEO

Bakı, 19 iyun, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 19-da davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs David Manukyana növbəti suallar verib. O, əvvəlcə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mina basdırılması ilə bağlı sualları cavablandırıb.

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, müxtəlif vəzifələr tutmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Azərbaycanın vaxtilə işğaldakı ərazilərində keçmiş qondarma rejimin “ordusu”nda (Ermənistan silahlı qüvvələrinin ən böyük silahlı birləşməsində - red.) “komandanın birinci müavini” olmuş Ermənistan vətəndaşı David Manukyan Birinci Qarabağ müharibəsində mina basdırılması və təmizlənməsi ilə məşğul olmadığını bildirib. Təqsirləndirilən şəxs daha sonra deyib: “Şərti dinc dövrlərdə hərbi hissədə komandir olduğum zaman o qədər çox olmasa da, minalarla bağlı hadisələr (mina basdırılmasını nəzərdə tutur – red.) baş verib. Formulyarların və xəritələrin saxlanması ilə bağlı çox aydın şəkildə təlimatlar verilib. Hər bir minalanma işindən əvvəl yuxarı komandanlıq tərəfindən əmr verilirdi”.

Onun sözlərinə görə, əmrdə mina formulyarlarının, xəritələrinin, sxemlərinin neçə nüsxədə hazırlanmalı olduğu aydın şəkildə yazılıb. D.Manukyan daha sonra bildirib: “Orada ünvanlar qeyd olunur ki, hansı ünvana nə göndərilsin. Biz də əmrdə qeyd olunan maddələrə əsasən fəaliyyət göstərmişik”.

O deyib ki, mina ən yüksək dairədə saxlanılır, aşağılara yuxarıdan paylanır. Hərbi hissəyə nə qədər mina lazımdırsa, o qədər verilirdi. Çünki bunun üçün konkret çıxış nöqtələri müəyyənləşdirilməlidir.

Təqsirləndirilən şəxs prokurorun “Bəs sizdən aşağıda olan diviziya komandirləri sizə məruzə etmədən, korpus rəhbərliyinə məlumat vermədən, öz təşəbbüsləri ilə əraziləri minalaya bilərdilərmi? Bu hüquqları olubmu?” sualına isə “xeyr” cavabını verib.

Təqsirləndirilən şəxs muzdlu hərbçilərlə bağlı sualı da cavablandıraraq qeyd edib ki, Xankəndidə yaşadığı evdə aşkarlanmış “Cəsurlar dəstəsi” Ermənistanın Müdafiə Nazirliyi tərəfindən formalaşdırılıb. Deyib ki, bu, dəstə deyil, bölükdür, Müdafiə Nazirliyi tərəfindən yaradılıb. Dövlət qurumları tərəfindən formalaşdırılıb və müdafiə strukturuna göndərilib.

D.Manukyan xarici vətəndaşların döyüşlərə cəlb olunmalarının hansı əsasla aparılması barədə suala isə belə cavab verib: “Mən onların kimliyini yoxlamırdım. Bu, mənim vəzifə borcum deyil. Mən onlara nəzarət etmək, onların hansı ölkədən gəldiyini müəyyənləşdirmək səlahiyyətində deyildim”.

O, əsir və girovların qul kimi işlədilməsi, onlara işgəncə verilməsi hallarının şahidi olmadığını deyib. Bildirib ki, bu məsələ hər kəsin vicdanı üzərindədir – kim onlarla necə rəftar edibsə, o, öz vicdanına görə cavabdehdir. “Mən belə deyim: bu günə qədər mənə qarşı heç bir fiziki zorakılıq olmayıb”, - deyə o əlavə edib.

D.Manukyan işğal dövründə Azərbaycanın ekologiyasına ziyan vurulması, yanğınlar törədilməsi barədə suala isə “Tutduğum vəzifənin o məsələlərlə əlaqəsi olmayıb” cavabını verib.

O, 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Ermənistanda, 2020-ci ilin iyulundakı Tovuz döyüşləri vaxtı isə Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində olduğunu bildirib.

2019-cu il dekabrın 26-da imzalanmış əmrlə qondarma qurumun “ordu komandanının birinci müavini” təyin edilmiş D.Manukyan həmin təyinatla bağlı xidmətə 2020-ci il fevralın əvvəlində başladığını bildirib. O, bu təyinatla bağlı namizədliyinin Ermənistan prezidenti, yaxud silahlı qüvvələrin baş qərargah rəisi tərəfindən irəli sürülməsindən xəbəri olmadığını söyləyib.

Təqsirləndirilən şəxs təyinatı ilə bağlı 2020-ci ilin yanvarında Ermənistan baş nazirinin, general-mayor rütbəsi alması ilə bağlı isə Ermənistan prezidentinin qəbulunda olduğunu söyləyib. Əlavə edib ki, həmin vaxt Ermənistanın müdafiə naziri David Tonoyan idi.

D.Manukyan 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı qondarma “ordu komandanının birinci müavini” “vəzifəsi”ndə olduğunu deyib və əlavə edib: “Müharibə ilə bağlı mənim vəzifə borcum qısa və konkret şəkildə yazılmışdı. Ehtiyat komanda məntəqəsi yaradılır. Əgər əsas komanda məntəqəsi sıradan çıxarsa, bu zaman müəyyən müddət ərzində rabitə sistemi və komanda qərarlarının icrası məsuliyyəti həmin ehtiyat məntəqəsinin üzərinə düşür”.

Təqsirləndirilən şəxs 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən təxribatların törədilməsi barədə isə eşitmədiyini iddia edib.

Bu zaman məhkəmədə Ermənistanın həmin vaxt müdafiə naziri olmuş David Tonoyanın fikirlərinin yer aldığı videomaterial erməni dilində tərcüməçinin iştirakı ilə tədqiq edilib. 2019-cu ilə aid videomaterialda D.Tonoyan bildirir: “Mən bir müdafiə naziri kimi o tezisə qarşıyam ki, sülh müqaviləsi ilə əraziləri vermək olar. Bu tezisə qəti şəkildə qarşıyam. Mən burada bu gün yalnız bir tezis irəli sürürəm: yeni müharibə, yeni ərazilər”.

Videomaterialda diqqətə çatdırılır ki, görüntülər ABŞ-ın Nyu-York şəhərində çəkilib. Qeyd edilir ki, David Tonoyan açıq şəkildə bəyanat verib. O bildirir ki, güzəşt yoxdur, amma kompromis mümkündür. Bundan sonra David Tonoyan hücum tipli hərbi birləşmələr haqqında da məlumat verib: “Biz müdafiə mövqeyindən çıxmalıyıq, çıxacağıq. Səngərlərdən çıxacaq və bu hücum birləşmələri sayəsində hərbi əməliyyatları rəqibin (Azərbaycanın işğal olunmamış ərazilərini nəzərdə tutur – red.) ərazisində keçirəcəyik”.

Nyu-Yorkda BMT-də mülki geyimdə, axşam isə Ermənistan icması nümayəndələri ilə görüşdə hərbi formada çıxış edən David Tonoyan Ermənistan ordusunda həyata keçirilən və keçiriləcək işlər barədə danışıb, bu işdə diasporun rolundan bəhs edib və deyib: “Mən özüm və Ermənistan silahlı qüvvələri - biz ianə məsələlərindən çox da məmnun deyilik”.

Məhkəmədə qondarma rejimin “ordusunun qərargah rəisinin müavini” Kamo Vardanyanın imzaladığı məxfi sənəd də tədqiq edilib. 2020-ci il sentyabrın 25-də imzalanmış 0671 saylı sənəd “Rəqibin yaşayış məntəqələrinin atəşlə məhv edilməsinin qəbul olunması haqqında” əmr adlanır. Sənədə əsasən, birləşmələrin və hərbi hissələrin komandirlərinə 2020-ci il sentyabrın 28-dək ona əlavə olunmuş siyahıda göstərilən yaşayış məntəqələrinin atəşlə məhv edilməyə qəbul olunmasının təmin edilməsi barədə əmr verilib. Əmr edilir ki, atəş üçün mövqelər hesablansın və döyüş tətbiqinə dair sənədlər tam şəkildə tərtib olunub doldurulsun. Sənədlə əmr olunur ki, artilleriya hərbi hissələrində 40 kilometr məsafədə vura bilən raketlərlə atəş açmaq üçün konkret M-21 stansiyası ayrılsın. Bu stansiya üçün nəzərdə tutulmuş 80 raketdən 40-ı daimi döyüş vəziyyətində maşınlarda saxlanılsın. Qalan 40 raket isə döyüş mövqeyinə çıxmazdan əvvəl yüklənsin.

Əmrin icrasına nəzarət “ordunun artilleriya üzrə komandirinin müavini”nə tapşırılıb.

Əmrə “atəşlə məhv edilməyə məruz qalacaq yaşayış məntəqələrinin siyahısı” da əlavə olunub. Siyahıda Azərbaycanın 70-dək yaşayış məntəqəsinin, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərinin, Beyləqan, Ağcabədi, Yevlax, Bərdə rayonlarının və kəndlərinin adları yer alıb.

D.Manukyan həmin əmrlə ilk dəfə ibtidai istintaq zamanı tanış olduğunu, İkinci Qarabağ müharibəsində bir sıra təşkilatçılıq məsələləri istisna olmaqla, döyüş əməliyyatlarının planlaşdırılmasında iştirak etmədiyini iddia edib. Əlavə edib ki, 44 günlük müharibə zamanı Ağdərənin şimal ərazisində, Hadrutun bir sıra yaşayış məntəqələrində və digər ərazilərində olub.

Təqsirləndirilən şəxs səfərbərlik məsələləri ilə bağlı təşkilati işlərlə məşğul olduğunu bildirib. Deyib ki, səfərbərliklə döyüşə qoşulanların qeydiyyatı kənd məktəbində aparılıb və orada onlara silah paylanılıb.

O, qondarma qurumun “ordusu” üçün hərbi təyinatların Ermənistandan gəldiyini etiraf edib və söyləyib: “Ehtiyat qurtaranda təminat qeyd etdiyim kimi, bu cür həll olunurdu. Bu, bütün təminat növlərinə, həm texnikaya, həm də canlı qüvvəyə aid idi”.

D.Manukyan Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərində mülki infrastrukturun, yaşayış məntəqələrinin “İsgəndər M”, “Toçka U” və digər raketlərlə vurulması barədə əmrin kim tərəfindən verilməsi ilə bağlı məlumatsız olduğunu deyib. Əlavə edib ki, qondarma rejimin “ordusu”nun ştat strukturunda belə silahlar olmayıb.

Məhkəmə prosesi iyunun 20-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki infrastrukturuna ziyan vurması ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konfutsinin vətənində sivilizasiyalar forumu keçirilir

Avropa Mərkəzi Bankı: İqlim böhranları avrozonada ÜDM-in 5 faizi həcmində ziyan vuracaq

Az miqdarda qəbul edildikdə belə, emal olunmuş qidalar xroniki xəstəlik riskini artırır - ARAŞDIRMA

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə yeni rəhbər təyin edilib

Vyanada OPEC Beynəlxalq Seminarı çərçivəsində rəsmi ziyafət verilib

Klublararası dünya çempionatı: PSJ finalda "Çelsi" ilə qarşılaşacaq

Muxtar Babayev: OPEC ölkələrinin dekarbonizasiya və yaşıl enerji yanaşmaları maraq doğurur

Avropa Komissiyası: Çexiyada korrupsiya cinayətlərinin araşdırılmasındakı problemlər hələ də aradan qaldırılmayıb

UEFA Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri qarşılaşıb

Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalını qadağan edib

”UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb

2025-ci ilin ilk yarısında Türkiyədə 18 mindən çox zəlzələ olub

Gürcüstanda İkinci Qarabağ müharibəsindən bəhs edən “İstiqamət Şuşadır” kitabı təqdim edilib

Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib

“Zirə” yoxlama matçında Türkiyə klubuna qalib gəlib

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Azərbaycana yola salınıb

Babək Quliyevə UEFA-dan növbəti təyinat

Çindən Orta Dəhliz vasitəsilə Avropaya daha bir qatar marşrutu açılıb

Qazaxda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib VİDEO

Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO

Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib VİDEO

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir VİDEO

Pərviz Şahbazov: Azərbaycan ilk gündən OPEC+ formatında fəal iştirak edir VİDEO

Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır VİDEO

Baş katib: Azərbaycan effektiv, loyal və etibarlı tərəfdaşdır VİDEO

Volodimir Zelenski Romada italiyalı həmkarı və Papa Leo ilə görüşüb

OPEC-in Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm VİDEO

OPEC-in Baş katibi: AZƏRTAC xəbər agentliyinə media tərəfdaşlığına görə təşəkkür edirəm VİDEO

Almaniya müdafiə xərclərini bir neçə il ərzində iki dəfədən çox artıracaq

Rəşad Nəbiyev “WSIS+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində nazirlərin dəyirmi masasında iştirak edib

“DOST Müfəttiş” layihəsi çərçivəsində ATİB üzvü olan şirkətlərlə görüş keçirilib

Albert Riera: "Sabah" klubuna hörmət edirik

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Pərviz Şahbazov Vyanada OPEC, GECF-in Baş katibləri və misirli həmkarı ilə görüşlər keçirib

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Azərbaycanda plastik boru kəmərləri sahəsində yeni dövlət standartları qəbul edilib

Almaniyanın Silahlı Qüvvələrin büdcəsi 86 milyard avroya yüksəlib

Sosial xidmət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq assosiasiyaya üzv qəbul edilib

Saatlıda “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib

DMA-nın həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri ÜƏMT-nin Baş Assambleyasında onlayn rejimdə çıxış edib

NİİM moped, motosiklet və skuter sürücülərinə müraciət edib

“Lion”un Fransa Liqa 1-də qalacağı dəqiqləşib

Abşeron rayonunda “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olub

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub VİDEO

“Araz-Naxçıvan”ın baş məşqçisi: Yoxlama oyunlarında nəticə önəmli deyil

BƏƏ kapitallı şirkətə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib

“Roma”nın futbolçusu İstanbul klubuna keçib

AZSTAND nümayəndəsi Çex Respublikasının Texniki Komitənin iclasında iştirak edib

Azərbaycan ilə Tacikistan arasında tekstil sektorunda Anlaşma Memorandumu imzalanıb

Fransada ifrat sağçı Milli Birlik partiyasının mənzil-qərargahında axtarış aparılıb

BMMT-yə üzv ölkələrin müvafiq qurumları arasında əlaqələrin perspektivləri müzakirə edilib

Vətəndaşlar Qarabağda beş gün qala biləcəklər VİDEO

Vətəndaşlar Qarabağda beş gün qala biləcəklər VİDEO

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

AYB katibi: Ədəbi tənqid yaradıcı prosesi tamamlayan əsas halqadır

Polşanın milli müdafiə naziri: Baltik dənizi NATO-nun daxili dənizidir

“Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları”nın və “Daşınmaz abidələrin pasportunun nümunəvi forması”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başlayıb

Avropa Liqası: Sloveniya klubu “Sabah”la oyun üçün Bakıya gəlib

Ukraynada «Neptun» raket kompleksi barədə gizli sənədləri oğurlamağa cəhd edən casuslar həbs edilib

Rəşad Məcid: “Ədəbi proses” müşavirələri ədəbi hərəkata çevrilib

AMEA-da “Ədəbi proses – 2024” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib

“İki sahil” qəzeti 34 yaşını qeyd edir

Polis motosiklet, velosiped və skuter sürücüləri ilə profilaktik tədbirləri davam etdirir

“Araz-Naxçıvan” Türkiyə klubuna darmadağınla qalib gəlib

İspaniyalı futbolçu ikinci dəfə xərçəng xəstəliyinə qalib gəlib

Yay mövsümündə Mərakeşin sahilyanı kəndləri böyük turizm mərkəzlərinə çevrilir

DİM-in iyun ayında keçirdiyi imtahanlarda 51 mindən çox şəxs iştirak edib

“Azərreyl” serbiyalı voleybolçunu transfer edib

Tələbələrin köçürülməsi prosesinə start verilir

“Qarabağ”ın bir neçə futbolçusu İspaniya klubunun düşərgəsinə yollanacaq

Hər il dünyada 12 milyona yaxın qız erkən nikaha məcbur edilir

İntellektual qabiliyyətli bölmələrdən tərxis edilən gənclərlə görüş olub

Akademik İsa Həbibbəyli: “Ədəbi proses” müşavirələri 2020-ci ildən “Zəfər diskursu dövrü” kimi mühüm əhəmiyyət daşıyır

UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir

Ermənilərin “Gorus” toponimini öz mənşəylərinə uyğunlaşdırmaq istəyi tam mənasız bir təbliğatdır – Araşdırma

Azad olunmuş ərazilərə giriş prosedurlarının sadələşdirilməsi vətəndaşların təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir ŞƏRH

Suriyada meşə yanğınlarının söndürülməsinə dəstək üçün “Copernicus” proqramı aktivləşdirilib

Cəbrayıla köçürülən 686 sakin məşğulluq tədbirlərinə cəlb olunub

ADPU ilə Türkiyənin Çağ Universiteti əməkdaşlığa başlayıb

Azərbaycan klubu futbolçusu ilə yollarını ayırıb

Düzayaqlılıq, onun səbəbləri və aradan qaldırılması yolları

Azərbaycan və Çin arasında dəmiryol sahəsində anlaşma memorandumu imzalanıb

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna dair kommentariyanın təqdimatı keçirilib

QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ gecəsi” xeyriyyə konserti təşkil olunub

Şəki-Oğuz yolunda qəza baş verib, ana və övladı xəsarət alıb

Bu ilin birinci yarısında büdcəyə Dövlət Vergi Xidmətindən daxil olan vəsaitin həcmi açıqlanıb

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı açıqlanıb

Nizami rayonunda oğurluq edən şəxs saxlanılıb

Çin dünyada yüksəksürətli qatarların inkişafına mühüm töhfə verəcək

Sumqayıtda fiziki zor tətbiq edərək qadının 6 min manatını götürən şəxs saxlanılıb

Qusarda biçin kampaniyasına 70-ə yaxın kombayn cəlb olunub VİDEO

Qusarda biçin kampaniyasına 70-ə yaxın kombayn cəlb olunub VİDEO

Energetika naziri: Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil

“Qalatasaray” Kuba millisinin voleybolçusunu transfer edib

Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar

İşğaldan azad edilmiş ərazilərə səfərin müddətinin uzadılması vətəndaşlara yeni imkanlar yaradır-ŞƏRH

Çexiyada Karl körpüsünün ildönümü teatrlaşdırılmış şəkildə qeyd olunub

“Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” layihəsi gənclərə Vətən sevgisi aşılayır

Seroloji monitorinq keçiriləcək

Avropa Liqası: “Sabah”–“Selye” oyununa 5 min bilet satılıb

Gürcüstanın ümumi xarici borcu 25,5 milyard dollara çatıb

Azərbaycanı Universiadada 13 cüdoçu təmsil edəcək