VƏTƏNDAŞLARDA NARKOTİK VASİTƏLƏR AŞKAR EDİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsinin sakini İqor Ramazanovdan 2,5 kiloqram marixuana aşkar edilərək götürülmüşdür.
Sabunçu Rayon Polis İdarəsi 12-ci bölməsinin əməkdaşları Balaxanı qəsəbə sakini Bəybala Qarabəyovdan 69 qram tiryək, Nərimanov Rayon Polis İdarəsi 18-ci bölməsinin əməkdaşları Bakı şəhər sakini Uğur Aslanovdan 1,037 qram, Binəqədi Rayon Polis İdarəsi 40-cı bölməsinin əməkdaşları Masallı rayon sakini Mehdi Əhmədovdan 0,043 qram, Bakı şəhər sakinləri İlham Nəzərovdan 0,509 qram, Həbib Məmmədzadədən 1,027 qram, Yasamal Rayon Polis İdarəsi 28-ci bölməsinin əməkdaşları Bakı şəhər sakini Ceyhun Sultanovdan 0,044 qram, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Corat qəsəbə sakini Əli Cavadovdan 0,243 qram, şəhər sakini Taleh Lətifovdan 0,219 qram, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinləri Vüqar Əsədovdan 0,233 qram, Kərəm Məlikovdan 0,230 qram, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Sitalçay kənd sakini, əvvəllər məhkum olunmuş Gülağa İmambaxışovdan 0,274 qram, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Kərimovdan 0,252 qram heroin müsadirə etmişlər.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini İlham Məmmədovdan 0,234 qram, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Elçin Balaşov və qardaşı Elşaddan 0,2 qram heroin və 1 ədəd şpris aşkar edərək götürmüşlər.
Faktlarla bağlı araşdırmalar aparılır.