CƏMİYYƏT
Vetimetou Bany: Bakı konfransı qadınlar üçün perspektivlər yaradılması istiqamətində addımların atılmasında önəmli rol oynayacaq

Bakı, 20 noyabr, AZƏRTAC
Davamlı inkişafda qadının rolu danılmazdır. Həyatın hər bir sahəsində qadın inkaredilməz rola malikdir. Qadın həyatın hər bir sahəsində böyük önəm kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Mavritaniyanın Xarici İşlər Nazirliyinin şöbə müdiri Vetimetou Bany Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransında səsləndirib.
Onun sözlərinə görə, gender bərabərliyi hər bir sahədə özünü göstərməlidir. Qadına qarşı zorakılığın yolverilməz və qəbuledilməz olduğunu söyləyən Vetimetou Bany deyib: “Qadınlar üçün perspektivlər yaradılmalıdır. Bu konfrans gələcəkdə bu kimi addımların atılmasında önəmli rol oynayacaq. Davamlı inkişafa nail olmağa kömək edəcək”.