“Vikipediya”da dünya şöhrətli azərbaycanlı pianoçu haqqında məqalə yaradılıb
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Fransada yaşayan azərbaycanlı pianoçu Adilə Əliyeva haqqında məqalə yaradılıb.
Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, məqalə ilə https://az.wikipedia.org/wiki linkində tanış olmaq mümkündür.
MEK-in “Şəms” Tərcümə Xidmətləri Mərkəzi ilə əməkdaşlığı çərçivəsində məqalə fransız dilinə tərcümə olunaraq “Vikipediya”da yerləşdirilib. Məqalədə qeyd olunur ki, Bakıda anadan olan Adilə Əliyevanın ilk çıxışı yeddi yaşında Leo Qinzburqun dirijorluğu ilə keçib. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirəndən sonra təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirən A.Əliyeva oranı qırmızı diplomla bitirib və aspiranturaya daxil olub.
A.Əliyeva 25 ilə yaxındır ki, Fransanın Annamesse şəhərində yaşayır. Onun 50-dən çox ölkədə, Avropanın və ABŞ-ın müxtəlif şəhərlərində, o cümlədən Vatikanda konsertləri təşkil edilib. Dünyanın bir sıra məşhur səsyazma studiyalarında 30-dan çox kompakt diski yazılan tanınmış pianoçu haqqında radio və televiziyalarda 200-dən çox xəbər verilib, veriliş çəkilib. 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru kimi fəaliyyət göstərən pianoçu Azərbaycan musiqisinin dünyada tanınması istiqamətində də böyük işlər görüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]