İQTİSADİYYAT
Vitali Savelyev Rusiya Prezidentinin “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafı üzrə xüsusi nümayəndəsi təyin edilib
Moskva, 25 noyabr, AZƏRTAC
Vladimir Putin Baş nazirin müavini Vitali Savelyevi Rusiya Prezidentinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə xüsusi nümayəndəsi təyin edib.
AZƏRTAC xəbər verir ki, müvafiq fərman rəsmi Hüquqi İnformasiya Portalında dərc olunub.
“Şimal-Cənub” nəqliyyat dəhlizi Sankt-Peterburq (Rusiya) və Mumbay (Hindistan) şəhərlərini birləşdirir və Azərbaycan da daxil olmaqla 14 ölkəni əhatə edir. Bu ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunları üzrə bildirmişdi ki, “Şimal-Cənub” layihəsi Bakı ilə Moskva arasında dövlətlərarası münasibətlər, eləcə də regional nəqliyyat marşrutları ilə bağlı məsələlər üçün müstəsna əhəmiyyət kəsb edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva