İQTİSADİYYAT
Vladanka Andreeva: Azərbaycan yuxarı ortagəlirli ölkə kimi digər ölkələrə daha çox yardım edir VİDEO

Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan başqa ölkələrə humanitar və inkişaf yardımı göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva yanvarın 31-də BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində deyib.
“Azərbaycanın beynəlxalq münasibətlərə çoxtərəfli yanaşmaya sadiqliyini qeyd edərdim. Yuxarı ortagəlirli ölkə kimi Azərbaycan digər ölkələrə, o cümlədən BMT sistemi vasitəsilə daha çox humanitar və inkişaf yardımı edir”, - deyə V.Andreeva diqqətə çatdırıb.