Vladimir Putin: Türkiyə ilə əlaqələr strateji səviyyəyə yüksəlib
Bakı, 3 iyul, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, artıq Moskva ilə Ankara arasında əlaqələr strateji səviyyəyə yüksəlib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Rusiyaya yeni təyin olunmuş səfiri Məhmət Samsarın etimadnaməsini qəbul edən Rusiyanın dövlət başçısı deyib ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mütəmadi əlaqə saxlayır. Vladimir Putin əlavə edib: “Qonşumuz Türkiyə ilə tərəfdaşlığımız strateji səviyyəyə yüksəlib. Mən Prezident Rəcəb Tayyib Ərdoğanla mütəmadi əlaqə saxlayıram. Apreldə Moskvada keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası da uğurlu oldu”.
Vladimir Putin Akkuyu atom elektrik stansiyası və “Türk axını” təbii qaz layihələrinin həyata keçirilməsini hər iki tərəf üçün böyük və əhəmiyyətli iqtisadi addımlar adlandırıb. “Bizim bir çox maraqlı layihələrimiz və birgə təşəbbüslərimiz mövcuddur. Rusiya və Türkiyənin Suriyada vəziyyətin normallaşması və sülh prosesinin başlanması istiqamətində əlaqələndirilmiş səyləri beynəlxalq sabitliyin mühüm amilidir”, -deyə Rusiyanın dövlət başçısı vurğulayıb.
2020-ci ildə Rusiya və Türkiyə arasında diplomatik əlaqələrin 100 illiyi tamam olur. Bu münasibətlə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]