Vladimir Vısotskinin obrazı filmdə neyroşəbəkə vasitəsilə yaradılacaq
Bakı, 7 avqust, AZƏRTAC
Aktyor Aleksandr Şpaqin “Volodya” filmində Vladimir Vısotski obrazını canlandıracaq, ekranda müğənninin üzü neyroşəbəkə vasitəsilə yaradılacaq.
Bu barədə AZƏRTAC “TASS” agentliyinə istinadla xəbər verir.
Kinolentin rejissoru və prodüseri Aleksandr Jiqalkin deyib ki, bu tammetrajlı filmdir, burada kino tarixində ilk dəfə neyroşəbəkə vasitəsilə 100 faizlik oxşarlıqla real tarixi personaj yenidən yaradılacaq.
Quruluşçunun sözlərinə görə, filmdə Vladimir Vısotskinin ifasında müəllif mahnıları səsləndiriləcək, personaj müğənninin oğlu - Nikita Vısotskinin səsi ilə danışacaq.
Filmdə “Vertikal” filminin ekrana çıxmasından sonra baş verən hadisələr barədə bəhs olunacaq.
Kinolentdə söhbət, həmçinin artistin üç əsas məhəbbət hekayəsindən gedəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]