“VOLCANO” CAZ QRUPU ŞƏRQ MELODİYALARI ÜSTÜNDƏ QURULMUŞ KOMPOZİSİYALAR İFA ETMİŞDİR

“Volcano” qrupunun əsasını 2005-ci ildə Nyu-Yorkda türkəsilli gitaraçı Yavuz Ağyazıçı qoymuşdur. Qrupa Co Fonda (bas gitara) və Səlim Səlcuq (zərb alətləri) daxil idi. Ağyazıçı üslubunda caz kompozisiyaları üzərində bir neçə il işlədikdən sonra musiqi yazmağa başlayır, Şərq melodiyalarını Qərb harmoniyası ilə vəhdət halında birləşdirərək onları caz ritmləri dilinə çevirir. Yavuzun kompozisiyalarının məhz bu xüsusiyyəti tez-tez gurultulu alqışlara səbəb olur.
Y.Ağyazıçı 2005-ci ildə Türkiyədə keçirilən incəsənət festivalında ifasına məftun qaldığı Erik Personla tanış olur və elə həmin ildən “Volcano” dünyanın caz səhnələrində dəyişməz kvartet kimi çıxış edir.