İDMAN
Voleybol üzrə Bakıda keçirilən turnirdə Bolqarıstan millisi növbəti qələbəsini qazanmışdır
Bakı, 30 may (AZƏRTAC). Mayın 30-da qadın voleybol komandaları arasında Avropa çempionatının ikinci seçmə mərhələsinin növbəti oyunu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunmuş yarışda Bolqarıstan və Yunanıstan yığmaları qarşılaşmışdır.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Bolqarıstan millisi 3:1 hesabı ilə qalib gəlmişdir.
Digər görüş isə Azərbaycan və Portuqaliya yığma komandalarının arasında keçiriləcəkdir.
Turnir cədvəlinə 13 xalla Bolqarıstan yığması liderlik edir. Azərbaycan millisi 9 xalla ikinci, Yunanıstan kollektivi isə 3 xalla üçüncü pillədə qərarlaşmışlar.