CƏMİYYƏT
Vüqar Qurbanov: Xidmətlər zərfinə daxil olan tibbi xidmətin 80 faizi TƏBİB tabeliyindəki müəssisələrdə icra edilib

Bakı, 28 sentyabr, AZƏRTAC
Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayının artırılmasından öncəki icbari tibbi sığorta təminatına alınmış 2 min 550 sayda tibbi xidmətin 80 faizi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində icra edilib.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib. O qeyd edib ki, həmin tibbi xidmətlərə ambulator, laborator xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, stasionar terapevtik xidmətlər, həmçinin ilkin səhiyyə və təcili təxirəsalınmaz tibbi yardım xidmətləri daxildir. Eyni zamanda, TƏBİB-in tabeliyində icra edilməyən xidmətlər isə vətəndaşlara İcbari Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrinə TƏBİB-in tabeliyində olan tibb müəssisələri tərəfindən göndəriş vərəqəsi verilməklə təmin edilir.