Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: 2023-cü ilin də tariximizə uğur səhifəsi kimi yazılacağına böyük əsaslar var

Vüqar Rəhimzadə: 2023-cü ilin də tariximizə uğur səhifəsi kimi yazılacağına böyük əsaslar var

Bakı, 29 dekabr, AZƏRTAC

Geridə qalan hər il keçilən yolun təhlili əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində daim bu arzunu ifadə edir ki, qarşıdakı il daha möhtəşəm uğurlarla tarixə yazılacaq. Bu əminliyə əsas verən təbii ki, Prezident İlham Əliyevin “Əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq” çağırışına uyğun olaraq atılan addımlar və qazanılan nailiyyətlərdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirməklə yanaşı, azərbaycançılıq ideologiyasının təbliğində öz sözünü deyir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını Azərbaycanın dünyaya təqdimatında, varlığını təsdiqləməsində əsas faktor kimi önə çəkdi. Onun “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” tezisi hər bir azərbaycanlı üçün milli qürur rəmzinə çevrilib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə, fəaliyyətinin Naxçıvan mərhələsinə diqqət yetirsək torpaq, Vətən sevgisindən irəli gələn addımlarının uğurlu nəticələrini görərik. Azərbaycançılıq ideologiyasının təbliği bütün dövrlər üçün aktuallığını qoruyur və qoruyacaq. Ümummilli Lider bu çağırışı etmişdir ki, müstəqilliyimizi, suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

O qeyd edib ki, milli həmrəyliyin uğurlu gələcəyini təmin edən tarixi qərar Naxçıvanda qəbul edilib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası bu müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə Qanun qəbul edib və həmin vaxtdan etibarən bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri müəyyənləşdirərkən diasporu bir dövlətin varlığı kimi dəyərləndirərək dünya azərbaycanlılarının birliyinin təmin edilməsini mühüm amil kimi önə çəkdi. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə baxmayaraq həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi. Müxtəlif ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olduqdan sonra Ümummilli Lider onların vahid mərkəzdən idarə edilmələrinin vacibliyini bildirdi və dahi rəhbərin Sərəncamına uyğun olaraq 2001-ci il noyabrın 9-10 tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu mötəbər tədbir soydaşlarımızın birliyi, diaspor təşkilatlarının təşkilatlanması istiqamətində mühüm addım oldu. Artıq beş ildən bir ənənəvi olaraq dünya azərbaycanlılarının qurultayı keçirilir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi yönündə atdığı addımların uğurlu nəticəsi Azərbaycanın diplomatik mübarizədə qələbəsində öz sözünü dedi. Dünya birliyi ikili standartlara əsaslanan siyasəti ucbatından reallıqları görməzdən gəlsə də Azərbaycanın real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatı 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasında oldu”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, son 19 ildə keçirilən Dünya Azərbaycanlılarının II, III, IV qurultayları sırasına bu il Qarabağın tacı Şuşa şəhərində baş tutan V - Zəfər Qurultayı da yazıldı: “Dünyanın 65 ölkəsindən 400-dən çox diaspor nümayəndəsinin və digər qonaqların iştirak etdikləri qurultay postmünaqişə dövrünün reallıqları fonunda qarşıda dayanan vəzifələrin müzakirəsinə həsr olundu. Zəfər Qurultayında dövlətimizin başçısının proqram xarakterli çıxışı diaspor təşkilatlarının gələcək fəaliyyəti üçün yol xəritəsi oldu. Prezident İlham Əliyev işğal dövrü ilə postmünaqişə dövrünün müqayisəli təhlili əsasında bildirdi ki, bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.

Bu il Azərbaycan tarixinə növbəti uğur səhifələrinin yazıldığını bildirən Vüqar Rəhimzadə deyib: “Azərbaycan bütün sahələrdə tarixi Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq yeniləşmə, təkmilləşmə dövrünü yaşayır. Ölkəmizin iqtisadi, siyasi, diplomatik, hərbi uğurları davamlılığı ilə diqqətdə oldu. Enerji sektorunda qazandığımız uğurlar göz qabağındadır. Bu gün Azərbaycan neft, qaz, eyni zamanda, elektrik enerjisi ixracatçısı kimi çıxış edir. Günümüzün əsas hədəflərindən biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. İşğaldan azad edilmiş ərazilərimiz bu resurslarla zəngindir. Cari ildə imzalanan sənədlərin əsasında məhz bu sahədə əməkdaşlığın prioritetliyi özünü aydın şəkildə büruzə verir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə xidmət edən davamlı addımlara yol açır. 2022-ci il ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsində mühüm uğurlarla yadda qaldı. Bunu əsaslandırmaq üçün təkcə son aylarda dövlət başçısı İlham Əliyevin qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında, onun ardınca Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında, Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə Toplantısında Fəxri qonaq statusunda iştirakı deyilənlərin təsdiqidir. Həmçinin bu il Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi. Ölkəmizin şəhərsalma təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir. Dövlətimizin başçısı İlham Əliyev cari ildə Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxışı bu sahədə uğurlarımızın əyani təqdimatı oldu. Bütün bunlar Azərbaycanın postmünaqişə dövründə siyasi mövqeyinin daha da möhkəmlənməsini təsdiqləyir”.

YAP Xətai rayon təşkilatının sədri xarici siyasət sahəsində uğurlarımız sırasında Azərbaycanın Türk dünyasının birliyinə verdiyi davamlı töhfələri xüsusi qeyd edib: “Prezident İlham Əliyev bu il Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə türk dünyasının böyük bir ailə olduğunu bildirdi. Bu il dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında bir daha ümumilikdə türk dünyasının birliyinin şahidi oldu. Azərbaycan-Türkiyə-Türkmənistan Zirvə Görüşünün keçirilməsi də 2022-ci ildə Türk dünyasının birliyinə verilən töhfələr sırasındadır. Bu birlik istər ikitərəfli, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafına öz dəstəyini göstərə bilər. Təhlillər əsasında bu fikir xüsusi qeyd edilir ki, tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə davamlı səfərlərinə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunun keçirilməsi də bu qəbildəndir”.

Uğurlarımızı bir yazıda əhatə etməyin mümkünsüzlüyünü qeyd edən Vüqar Rəhimzadə deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün hədəflərindən bəhs edərkən ordu quruculuğu sahəsində addımların davam etdiriləcəyini diqqətə çatdırdı. Ordumuzun gücünün, qüdrətinin daha da artması “Dəmir yumruğ”un davamı olan “Qisas”, “Qətiyyətli cavab” əməliyyatlarında öz təsdiqini tapdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi Zəfərimizin ilk günündən bu bəyanatı səsləndirdi ki, Ermənistanda revanşist qüvvələr yaddan çıxarmasınlar ki, dəmir yumruq yerindədir”.

YAP Xətai rayon təşkilatının sədri bu ilin mühüm hadisələri sırasında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin avqustun 26-da xalqa çatdırdığı növbəti müjdəni qeyd edib: “Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində Laçınla bağlı bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabr ayında Laçın rayonuna səfər edərək Laçın şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaltdı”.

Vüqar Rəhimzadə “Şuşa İli” çərçivəsində dünyaya təqdim etdiyimiz təkmil dirçəliş modelindən də bəhs edib: “İşğaldan azad edilmiş bütün ərazilərimizdə ölçüyəgəlməz bərpa-quruculuq işləri həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərimizə hər səfəri Böyük Qayıdışın sürətlənməsinə xidmət edən addımlarla zəngindir. 2022-ci ildə Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura səfərləri ilə yanaşı, bu torpaqların bərpası, malik olduqları resurslardan səmərəli istifadənin təmin edilməsi ilə bağlı fərman və sərəncamları da davamlılığı ilə diqqətdə oldu. Artıq təsdiqlənən Böyük Qayıdış Proqramından irəli gələn vəzifələrin icrasına başlanılıb. Cari ildə həm də Şərqi Zəngəzur hava qapısını dünyaya açdı. Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi. İlk “ağıllı kənd” olan Ağalı kəndi sakinlərini qarşılamaqla Böyük Qayıdışın birinci addımı kimi diqqətdə oldu”.

YAP Xətai rayon təşkilatının sədri böyük qürur hissi ilə nailiyyətlərimizi sadalamaqla 2023-cü ilin də tariximizə uğur səhifəsi kimi yazılacağına əminliyini inamla bildirib: “2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi. Bu, dahi şəxsiyyətin bu günümüzə və gələcəyimizə xidmət edən siyasətinin təntənəsi olan hər bir uğurumuzun təqdimatıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev, eyni zamanda, qarşıya bu hədəfi qoydu: Biz Qərbi Azərbaycana qayıdacağıq. Tarixi həqiqətlər, real faktlar, ədalət və beynəlxalq hüquq hər bir hədəfimizə zamanında nail olmağa əsas verir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz hər zaman həqiqəti deyirik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Barəsində hökm çıxarılan Türkiyənin Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Somali işğal dövründə də İƏT çərçivəsində Azərbaycanı hər zaman dəstəkləyib - ŞƏRH

Şahbuz rayonunda humanitar tibbi aksiya keçirilib

Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

İqdır liseylərində Xocalı soyqırımı mövzusunda müsabiqə elan olunub

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyi görüş keçirib

Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib

BMT: Hər il 400 minə yaxın uşaq və yeniyetmə xərçəng xəstəliyinə tutulur

“Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Yol polisi dağlıq rayonlarda yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət edib

9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR

Sabah hava yağmursuz keçəcək - Proqnoz

Yevlaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb

“Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu” keçirilib

Müdafiə Nazirliyi: Gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə vətəndaşlardan andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Əliağa Vahid-130” adlı kitab sərgisi açılıb

Serbiyada milli bayram – Dövlətçilik Günü qeyd olunur

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

DİN: Ötən gün 78 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Bu gün Azərbaycanın ən güclü şahmatçıları bəlli olacaq

Azərbaycan nefti ucuzlaşıb

Misli Premyer Liqası: XXIII tura Sumqayıtda start veriləcək

SOCAR-la Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Lerikdə qarın hündürlüyü 24 sm-ə çatıb – FAKTİKİ HAVA

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşların müraciətlərini dinləyib

İtaliyada “Amazon” şirkətinin fəaliyyəti yoxlanılır

Bəzi yanğından mühafizə müəssisələrinin lisenziyaları ləğv olunub

Yaşlılarda yıxılma riskinin proqnozlaşdırılması üçün sadə test tövsiyə olunur

Albaniyada Azərbaycanda yenidənqurma və bərpa işləri barədə kitab işıq üzü görüb

Kişi və qadınların stres reaksiyalarındakı fərqlərin səbəbi araşdırılıb - TƏDQİQAT

Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

Britaniya jurnalı Azərbaycan kəlağayısına həsr olunmuş məqalə dərc edib

Macarıstanın logistika mərkəzinə çevrilməsi planlaşdırılır

Üzeyir Hacıbəylinin 140 illik yubileyi Türkiyənin Dövlət Opera və Balet Teatrında qeyd ediləcək

Riçard Almeyda Braziliya klubuna keçib

Malidə nazirin kortejinə hücum zamanı 4 polis yaralanıb

Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir

“Beynəlxalq Kitab Bağışlama Günü”ndə məktəblərə kitab hədiyyə edilib

Hakan Fidan və Marko Rubio Cənubi Qafqazda davamlı sülh üçün birgə səyləri müzakirə ediblər

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyə ilə bağlı MƏLUMAT

29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinin SİYAHISI

Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər etibarsız hesab edilmiş bələdiyyələrin SİYAHISI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

29 yanvar 2025-ci il Səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının PROTOKOLU

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub

Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib

Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib  YENİLƏNİB

Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq

Sabah Afrika İttifaqının dövlət və hökumət başçılarının sammiti işə başlayacaq

HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub

Yuxarı Mil kanalından 158 min kubmetrdən çox lil təmizlənib

61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb

Kayum Nasırinin 200 illiyinə həsr edilən beynəlxalq elmi-praktik seminar keçirilib

Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 67 minə yaxın müraciət olub

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub VİDEO

Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB

Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Zati-aliləri cənab Əhməd əl-Şaraaya

Qazaxıstan və Çin nəqliyyat-logistika sahəsində əməkdaşlığı genişləndirirlər

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Elm və Təhsil Nazirliyi ilə AİB arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Ukraynalı ekspert: Donald Trampın Ukrayna və Rusiya prezidentləri ilə danışması sülh üçün müsbət mesajdır

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə universitetləri ilə ortaq dəyərlərimizin təbliği istiqamətində əməkdaşlığa başlayır

“Müasir cəmiyyətdə və elmdə qadının rolu” mövzusunda elmi konfrans keçirilib

“İşıq” Gənclərin Karyera Planlaması düşərgəsi başa çatır

AQTİ-nin İdarə Heyətinin sədri: Ölkəmizdə heyvan xəstəliklərinə qarşı aparılan irimiqyaslı tədbirlər öz bəhrəsini verir

Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib

Daha 7 regionda ulduz kateqoriyalarını düzgün qeyd etməyən hotellərin reklamları söküləcək

Afaq Şıxlı: Süni intellekt köməkçi alət ola bilər, lakin yaradıcılıq və dərin məna həmişə insan qəlbindən süzülüb gələcək - MÜSAHİBƏ

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı

Mədəniyyət Nazirliyi musiqi və incəsənət məktəblərində daha 3 ixtisas üzrə tədris proqramlarını yeniləyib

Beş gündə meşə fondu torpaqlarında 181 mindən çox ağac əkilib

Türk professor: Azərbaycan həm milli maraqlarını qoruyur, həm də dünyada sülhün bərqərar olmasına töhfə verir

“Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində qaliblər mükafatlandırılıb

Xaçmazda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanları olan şadlıq sarayının fəaliyyəti dayandırılıb

Balkan çempionatından iştirak edəcək Azərbaycan atletləri müəyyənləşib

® “Expressbank”ın əməkdaşları Uşaq Onkologiya Mərkəzini ziyarət ediblər

Bakıda “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçirilib

Mina qurbanlarına həsr olunan elektron fotokitab hazırlanıb

Çin və Rusiyadan idxal edilmiş kürülərin “Azerbaijan Caviar” adı ilə satışa çıxarıldığı aşkarlandı

BDU-da Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə aksiya keçirilib

UNEC-də “Enerji üzrə Azərbaycan-Alman Elm, Təhsil və Tədqiqat Mərkəzi” yaradılacaq

“Bir elin manifesti” adlı birinci ümumrespublika hekayə müsabiqəsi ilə əlaqədar mətbuat konfransı keçirilib

Hazırda 329 ahıl cütlüyə evdə sosial-məişət xidməti göstərilir

Gürcüstanın xarici ticarət dövriyyəsi 39 faiz artıb

BMU-da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb