Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır

Vüqar Rəhimzadə: Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsi Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır

Bakı, 13 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi bir daha ötən ildə Azərbaycanın sosial, iqtisadi, siyasi, diplomatik və hərbi sahədə qazandığı uğurlara və onların fonunda qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir baxış kimi dəyərləndirilir. Prezident İlham Əliyev hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqidən bəhs edərək Azərbaycanın iqtisadiyyatını düzgün qurması nəticəsində əldə etdiyi nəticələri statistik rəqəmlər əsasında diqqətə çatdıraraq bildirib ki, iqtisadi və sosial siyasətimiz biri-birini tamamlayır. İqtisadi islahatların davamlılığı ölkənin dayanıqlı inkişafının əsasıdır. Dövlətin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır. Dövlətimizin başçısı daim bu fikri vurğulayır ki, sosial-iqtisadi inkişaf yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Müharibədən yeni çıxan, eyni zamanda, iki ildən artıqdır ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirən ölkənin əldə etdiyi nəticələr münbit iqtisadi şəraitin mövcudluğundan xəbər verir. Dövlət başçısının ötən ildə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri ilə yaxından tanış olmaq üçün bu torpaqlara səfərləri ilə yanaşı, digər regionların da sosial-iqtisadi inkişafı diqqətdən kənarda qalmadı. Əsas məqsəd hər bir bölgənin malik olduğu potensial imkanlardan maksimum istifadə edərək qeyri-neft sektorunun inkişafını sürətləndirmək, bununla da Azərbaycanın hərtərəfli inkişafını təmin etməkdir. Ötən ilin uğurlarına söykənərək formalaşdırılan 2022-ci ilin dövlət büdcəsi də cari ildə görüləcək işlərin aydın mənzərəsini yaradır. Dövlətimizin başçısının müsahibəsində diqqət yönəltdiyi məsələlərdən biri də məhz bu idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin bütün çıxışlarının, müsahibələrinin mahiyyətində dayanan əsas məsələlərdən biri şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə əldə olunan nəticələrdir. Dövlətimizin başçısı müsahibəsində bu çağırışları bir daha diqqətə çatdırıb ki, bu il də bu sahədə mübarizə davam etdiriləcək. Son illər göstərilən qətiyyət və sözlə əməl arasında vəhdət hər kəs üçün dərs olmalıdır. Korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalı və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Heç kim məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir. Heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Hər bir ölkənin bütün sahələr üzrə inkişafında məmur-vətəndaş münasibətləri böyük rol oynayır. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm ölkəmizin dayanıqlı inkişafının təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir. Ölkə Prezidenti vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təmin olunmasını məmurlar qarşısında ən vacib vəzifələr kimi müəyyənləşdirib. Yeniliyə, təkmilləşməyə daha çox meyilli olan ölkəmizdə kadr islahatlarının, Azərbaycan brendi kimi nüfuz qazanan “ASAN xidmət”, DOST layihələrinin həyata keçirilməsində də şəffaflığın qorunması, vətəndaş məmnunluğunun artırılması əsas hədəflərdəndir.

“Dövlətimizin başçısı yerli televiziyalara müsahibəsi vasitəsilə bir daha aidiyyəti qurumlar qarşısında bu tələbi qoydu ki, bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. “ASAN xidmət”in əhali tərəfindən bəyənilmə əmsalı 98 faizdir”, - deyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyev üçün vətəndaş məmnunluğu son dərəcə vacib məsələdir. İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi qələbəsi bir daha bu reallığı təsdiqlədi ki, dövlətini, xalqını sevən, hər an onun gələcəyi barədə düşünən Prezident İlham Əliyev kimi Lideri olan xalq xoşbəxtdir, məğlubedilməzdir. Məhz Vətən müharibəsində Qələbəmiz Prezident İlham Əliyevin adını tarixə qalib, Müzəffər Sərkərdə, Azərbaycan xalqını məğlubedilməz, qürurlu xalq, ordumuzu rəşadətli, qalib ordu kimi yazdı. Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq bütün vətəndaşların dövlət başçımız İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi Prezident-xalq sevgisini, həmrəyliyini nümayiş etdirdi. Dövlət başçısının sözügedən müsahibəsi bir çox məqamlara işıq salınmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinin insanların rahatlığını tam təmin edəcək şəkildə həyata keçirilməsi ilə bağlı səsləndirilən fikirlər Prezidentimizin hər bir ölkə vətəndaşının yanında olmaqla yanaşı, müstəqil Azərbaycanımızı daha güclü, qüdrətli dünyaya təqdim etməkdir. Azərbaycan Prezidenti bildirib ki, işğaldan azad edilmiş ərazilərə qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il dövlətin qayğısı ilə əhatə olunsalar da, həmişə öz torpaqlarının həsrəti ilə yaşamışlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalı, bütün inşaat işləri şəffaf aparılmalıdır. Maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir.

YAP Xətai rayon təşkilatının sədri müsahibədə yer alan postmünaqişə dövrünün reallıqlarından, dünyanın əksər dövlətlərinin bu reallıqları hansı səviyyədə qəbul etmələrindən, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşduğu üçün ATƏT-in Minsk qrupunun fəaliyyətinə ehtiyacın olmamasından, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında dünya güclərinin marağından, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzundan və siyasi çəkisindən, Avropa İttifaqı-Azərbaycan əlaqələrindən geniş bəhs edərək əsas diqqəti hazırkı dövrdə sülh müqaviləsinin zəruriliyi məsələsinə yönəldərək deyib: “Dövlətimizin başçısı bir daha bildirdi ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. Bu müqavilə imzalansa da, imzalanmasa da Azərbaycan öz hərbi gücünü, qüdrətini daim artıracaq və artırmalıdır. Hazırkı durumda Ermənistanın tərəddüdü diqqətdən kənarda qalmır. Bütün hallarda Ermənistan hakimiyyətinin öz havadarlının fikrindən asılılığı özünü aydın şəkildə göstərir. Xatırlasaq, Ermənistanın baş naziri açıqlamalarında sülh müqaviləsinin imzalanması ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən təklif gözlədiklərini bildirmişdir. Amma unudur ki, məhz 30 ilə yaxın dövrdə həmin təklifləri gözləməklə hazırkı vəziyyətin yaranmasına gəlib çıxıblar. Azərbaycan istər müharibə, istərsə də postmünaqişə dövründə uğurlu siyasəti ilə daim inkişaf yolunda olub. Həyata keçirdiyi siyasətində müstəqil olan dövlətin iqtisadi tərəqqisi qaçılmazdır və bu da öz növbəsində siyasi müstəqilliyə əsas yaradır. Sülh müqaviləsinin imzalanmasına gəldikdə isə burada əsas müddəalardan biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistanın bu addımı atmaqda tərəddüd etməsi də hər zaman olduğu kimi, bu gün də dünyanın bəzi güclərinin əlində oyuncağa çevrilməsi ilə bağlıdır. “Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 1918-ci il mayın 29-da Ermənistana verildi” söyləyən dövlətimizin başçısı Ermənistana bu mesajı da ünvanladı: “Elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Biz heç nə itirməyəcəyik. Amma itirən tərəf Ermənistan olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq edilib

Dağıstanda silahlı hücumlar: Bir din xadimi və polis əməkdaşları öldürülüb YENİLƏNİB

Bakı Slavyan Universitetinin məzun günü keçirilib

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə uğurla çıxış ediblər

Netanyahu: ABŞ-dan silah tədarükü məsələsi həll edilməlidir

Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib

Ferstappen Formula 1 üzrə İspaniya Qran-Prisinin qalibi olub

Azərbaycanlı xeyriyyəçi türkiyəli şəhidin vəsiyyətini yerinə yetirib

Aİ Tokio və Seul ilə hərbi tərəfdaşlıq qurmaq niyyətindədir

Sloveniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq

NBC: Tramp vitse-prezident postuna kimin namizəd olacağına qərar verib

Bəzi dağlıq ərazilərdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Stolüstü tennisçilər növbəti beynəlxalq yarışda iştirak edəcəklər

Göyçayda kafe yanıb

Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub

Honkonq və Sinqapur əcnəbilərin yaşamaları üçün ən bahalı şəhərlərdir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Çində torpaq sürüşməsi nəticəsində 8 nəfər itkin düşüb

Naxçıvan Qızlar Liseyinə ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada qəbul imtahanı keçirilib

Azərbaycan badmintonçuları Serbiyada dörd medal qazanıblar

DİM-in rəhbəri: Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin olunması məqsədilə çoxşaxəli tədbirlər müəyyən edilib

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan veriblər

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

Məleykə Abbaszadə: Situasiya mühakimə testləri üzrə tapşırıqların hazırlanmasını intensivləşdirmək üçün DİM prosesə mütəxəssisləri cəlb edib

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək

Xalq təbabətinin unudulmuş reseptlərinə dair kitabın təqdimatı olub

Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

Azərbaycan çaylarında faktiki vəziyyət açıqlanıb

Odessada “Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş keçirilib

Abşeron rayonunda sursat aşkar edilib VİDEO

Azərbaycanın dəmir yolu stansiyalarında memarlıq irsi

“Avro 2024”: Bu gün III tura start veriləcək

“Sabah” braziliyalı futbolçu ilə yollarını ayırıb

Aleksey Borisov: COP29-un uğurlu təşkili dünya arenasında mövqeyini möhkəmləndirməkdə Azərbaycana kömək edəcək

Amerika Kuboku: Venesuela və Meksika yığmaları qalib gəlib

Ağstafada toyda kütləvi zəhərlənmə olub VİDEO

Xəzərdən sahilə, qurudan dənizə onlardan xəbərsiz meh də əsə bilməz... FOTOLAR VİDEO

Faktiki hava: bölgələrdə qeyri-sabit hava şəraiti davam edib

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları mühakimə üçün Fransaya aparılacaq

Bacısı oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Güclü külək və dolu 2 rayonda fəsadlar törədib

Fəallar Kembric Universitetinin binasını qırmızı rəngə boyayıb

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Yaponiya imperatoru və xanımı Britaniyada səfərdədir

Türkiyə millisinin baş məşqçisi: İlk 20 dəqiqə daha yaxşı oynadıq

Fransada leysan: Arıçılar narazıdır

Türkiyədə taksi sürücüləri üçün təhlükə xəbərdarlığı düyməsi tətbiq edilir

DİM aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirir

Bu gün 1300-dən çox namizəd rezidenturaya ikinci cəhd qəbul imtahanı verir

Özbəkistanda təbii qazın hasilatı azalıb

Türkiyədə son üç həftədə 399 meşə yanğını baş verib

Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib

Azərbaycan özünün yaşıl gündəliyi ilə qlobal səylərə mühüm töhfə verməkdədir ŞƏRH

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir

Avro-2024: Belçika millisi ilk qələbəsini qazanıb

Qaxa leysanla müşayiət olunan dolu düşüb

Azərbaycanın bir qrup şəhid ailəsi Türkiyəyə səfər edib

Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Bakı-Quba yolunda qəza nəticəsində 2 nəfər xəsarət alıb VİDEO

QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar

Akademik: Zəngəzur dəhlizinin astanasında bu tədbirin böyük ictimai-siyasi əhəmiyyəti var

Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6

İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə QHT forumu keçiriləcək

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin plenar iclasları keçirilib

Gürcüstanda 4,2 maqnitudalı zəlzələ olub

Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş keçirilib

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu işə başlayıb

Avro-2024: Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Çexiya millisi debütantla bacarmayıb

Naxçıvanda yabanı halda bitən 74 tona yaxın çətənə bitkisi məhv edilib

Dənizkənarı Bulvarda “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib - YENİLƏNİB

Beynəlxalq ekspert: Türkiyə və Azərbaycan kimi qardaş ölkələr TDT-nin verdiyi imkanlardan bəhrələnirlər – MÜSAHİBƏ

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub VİDEO

Bakının 550 küçəsi yuyulub

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

Bəxtiyar Əliyev: Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir

Azərbaycan neftçilərinin böyük əməyi olan “Vietsovpetro” şirkəti 250 milyon ton neft hasil edib

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib

Azərbaycan Dəmir Yollarının yaşıl enerjiyə keçidi

Abşeron rayonunda şəhid ailələri ilə görüş keçirilib

Astanada çoxmərtəbəli binada yanğın baş verib VİDEO

QHGT-nin İqlim Fəaliyyəti Forumunda gənclər iqlim dəyişikliyinin onların gündəlik həyatına təsirlərini təhlil ediblər

Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib

Mbappe Avropa çempionatı zamanı yoxlama oyununda iştirak edə bilər

Yaponiyanın məşhur avtomobil brendi elektromobil alışının artmasına görə Çindəki istehsalını azaldır

Tailand əcnəbi turistlər üçün pulsuz sığortanın müddətini uzadıb

Kitab karvanı ilə nağıllar dünyasına səyahət - Respublika Uşaq Kitabxanasından REPORTAJ

Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər

Corc Vaşinqton Universitetinin məzunu: Azərbaycan təhsilində yaradılmış texnoloji həlləri qlobal bazara çıxarmağı planlaşdırırıq - MÜSAHİBƏ

Qəbələdə FHN-in Şimal-qərb Regional Mərkəzi yanğınlar zamanı davranış qaydaları ilə bağlı təlim keçirib 

® Nurlana Miabi: Kosmetologiyada 2024-cü ilin trendi təbii gözəllikdir

Avro-2024: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

Özbəkistanda qızlar üçün texnologiya proqramının növbəti mərhələsi keçirilib

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər VİDEO

Qazaxıstanda deltaplan qəzaya uğrayıb, bir nəfər həlak olub

Fransanın dənizaşırı departamenti Mayottada vəba xəstələrinin sayı 200-ə yaxınlaşıb