Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Vüqar Rəhimzadə: Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir

Vüqar Rəhimzadə: Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir

Azərbaycan Dəmir Yolları fəaliyyətini müasir dövrün tələbləri əsasında quraraq sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması və əlavə dəyər yaratmaq məqsədilə yeniliklərə imza atır

Bakı, 27 sentyabr, AZƏRTAC

Dövlət başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən bu fikri xüsusi qeyd edir ki, bu məqsədlərə nail olmaq üçün ilk növbədə iqtisadiyyat inkişaf etməlidir. Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə də Prezident İlham Əliyev bu mühüm reallığı xüsusi qeyd etdi ki, artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Biz öz resurslarımıza arxalanaraq güclü, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq bizə beynəlxalq müstəvidə böyük imkanlar qazandırır ki, Azərbaycan uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xarici siyasət apara bilsin. Necə ki, aparmışıq və aparacağıq.

Bu, bir reallıqdır ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana iqtisadi, həmçinin siyasi müstəqillik qazandırdı. Eyni zamanda, Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu imkanlar ölkələr, xalqlar arasında körpü rolunu oynamasına əsas verir. Ölkə iqtisadiyyatının inkişafında vacib amillərdən biri nəqliyyat sektorunun inkişafıdır. Artıq Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Ölkəmizin təşəbbüsü və bilavasitə liderliyi ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri, eləcə də Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu kimi layihələr yalnız iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir. Onu da qeyd edək ki, bu günlərdə Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı keçirildi. Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan, Çin və Avstriya dəmir yolu administrasiyalarının rəhbər heyətləri və nümayəndələrinin iştirak etdikləri bu tədbirdə Avrasiya Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının təsis edilməsinə dair sənədlər, təşkilatın strukturu, işçi qrupların təşkili və digər mühüm məsələlər müzakirə edildi. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq Orta Dəhlizin inkişafı üçün “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası çərçivəsində islahatlarda fəal iştirak edir. İslahatlar nəticəsində Çindən Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə yük daşımalarının səmərəli təşkili üçün komissiyalar və işçi qrupları yaradıldı. “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” çərçivəsində Azərbaycanın Gürcüstan və Türkiyə ilə uğurlu əməkdaşlığı davam edir. Yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının məqsədi isə Orta Dəhlizin daha da genişləndirilməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycanın təşəbbüsü və aparıcı rolu ilə reallaşan hər bir layihə ölkəmizin dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr həm də digər ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır. Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin fəal üzvü olan Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer alması təbii ki, ölkəmizin coğrafi mövqeyinə, malik olduğu imkanlara əsaslanır. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan mühüm rol oynayır.

Milli Məclisin deputatı onu da əlavə edib ki, bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar həcmində sərmayələr artıq qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Nəqliyyat sektoruna qoyulan sərmayələr uzunmüddətli sərmayədir. Bu vəsaitlər insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün yatırılır. Dövlət başçısı İlham Əliyev bu ilin 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra yeni dövrün hədəflərini özündə ehtiva edən andiçmə mərasimində Azərbaycanın iqtisadi inkişafından geniş bəhs edərək bu çağırışı etdi ki, nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Azərbaycana həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq. O da qeyd edildi ki, üstünlüyümüz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etməyimizdədir.

Vüqar Rəhimzadə Azərbaycanın dəmir yollarının böyük və zəngin tarixə malik olduğunu önə çəkərək bildirib ki, ilk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. Hazırda Azərbaycan Dəmir Yolları (ADY) fəaliyyətini müasir dövrün tələbləri əsasında quraraq sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması və əlavə dəyər yaratmaq məqsədilə yeniliklərə imza atır. ADY sərnişin məmnuniyyətini yüksəltmək üçün bu ilin 23 sentyabr tarixindən loyallıq proqramının tətbiqinə başlayıb. Bu proqrama əsasən, şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradılır. Azərbaycan Dəmir Yolları, həmçinin 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçəcək. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş qabaqcıl texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradılır. ADY-nin təqdim etdiyi yeniliklərdən biri də 23 sentyabrdan etibarən bir sıra vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” şəbəkəsinin qurulmasıdır. Oktyabr ayından etibarən qatarlarda da ödənişsiz “Wi-Fi” şəbəkəsi istifadəyə veriləcək. Bütün bu addımlar vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Bu tədbirlər, eyni zamanda, bir daha sübut edir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin təməlində məhz vətəndaş amili dayanır. Onların sosial müdafiəsinin gücləndirilməsi, rahat həyat şəraitinin təmin edilməsi əsas prioritetlər sırasındadır. Onu da qeyd edək ki, 2024-2025-ci tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzil başına çatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsi məqsədilə zəruri işlər görülüb. Cari ilin avqust ayı üçün göstəricilərə diqqət yetirsək görülən işlərin, vətəndaşların razılığının yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Əldə edilən müsbət nəticələr qarşıya qoyulan hədəflərə doğru daha inamla addımlamağa stimul verir.

Milli Məclisin deputatı vurğulayıb ki, nəqliyyat imkanlarımız getdikcə daha da genişlənir. Regionlarımızda, o cümlədən azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri – yolların, dəmir yolu xətlərinin, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla bütün bölgələrdə iqtisadi inkişafın dayanıqlılığını möhkəmləndirir. İqtisadiyyatın şaxələndirilməsində infrastruktur layihələrinin uğurlu icrası əsas rol oynayır. Dövlət başçısı İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirdi ki, həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Azərbaycanın minifutbol millisi Hindistanı darmadağın edib

Cozef Bayden “Milton” qasırğasına görə xarici səfərlərini təxirə salıb

Prezident İlham Əliyev: Nankorluq ABŞ-ın Azərbaycana qarşı sanksiyaları kontekstində onunla bağlı istifadə olunacaq ən sərt söz deyil

Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik VİDEO

Azərbaycanlı gənclər ATƏT-in tədbirində erməni iddialarını ifşa ediblər

Cəlilabadda avtomobil körpüdən çaya düşüb, xəsarət alanlar var

UNESCO: Azərbaycanın COP29-a sədrliyi çərçivəsində C4C adlı təşəbbüsünə həsr edilmiş konfrans olub

Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçıları dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Ekspert: COP29-un Azərbaycana həvalə edilməsi çox böyük uğurdur VİDEO

Moskvada MDB dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub

Ersin Tatar “TEKNOFEST-2025” festivalının ŞKTC-də keçirilməsi qərarını alqışlayıb

Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər təhlil olunub

İyun-sentyabr aylarında Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

“Azərişıq” Tovuzda sahibkarlarla görüşüb

X Bakı Beynəlxalq Kitab Sərgisinin mükafatlandırma və bağlanış mərasimi keçirilib

Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-4

BDU-da buğda genotiplərinə dair araşdırma aparılır

Biləsuvarda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

Ernesto Ottone: Bakıda keçiriləcək COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir VİDEO

X Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi AZƏRTAC-a iki sertifikat təqdim edib

ABŞ mediasında “Azərbaycan ədalətli sülh istəyir. Dünya buna icazə verəcəkmi?” adlı məqalə dərc olunub

Antonio Abrö: COP29 dünya ictimaiyyətini səfərbər edəcək qərarların verilməsi baxımından həlledici hadisə olacaq VİDEO

Azərbaycan endemik bitkilərin siyahısına yeni növ əlavə edilib

Petre Mamradze: Bəzi Qərb ölkələri Cənubi Qafqazda xaos və qarşıdurma yaratmaq istəyirlər

Peskov Moskvada Zəngəzur dəhlizi məsələsinin müzakirə olunduğunu istisna etməyib

ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir ŞƏRH

Azərbaycanın və Belarusun media subyektləri arasında əməkdaşlıq genişləndirilə bilər

Türkiyənin səhiyyə naziri: Birlikdə hərəkət etdikcə daha güclü olacağıq

İtaliya jurnalı COP29-un əhəmiyyətindən yazıb

Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazanıb

Rusiya-Gürcüstan danışıqlarının 62-ci raundu noyabrın əvvəlinə planlaşdırılıb

® “Unibank”ın “Əjdaha” lotereyasının yeni qaliblərinə hədiyyələr təqdim olunub

Prezident İlham Əliyev: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

İdxal olunan suxarı məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

Azərbaycanın yunan-Roma güləşçisi Qazaxıstanda bürünc medal qazanıb

Aydın Səfixanlı: Azərbaycanlıların Ermənistandan zorla qovulması beynəlxalq konvensiyalara ziddir VİDEO

Nazir Rəşad Nəbiyev Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Prezidenti: Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq

BDU-nun Prezident təqaüdçüləri: Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır

Prezident: 200-ə yaxın ölkənin COP29-un Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlamətidir

Prezident İlham Əliyev: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib

® “AccessBank”dan yüksək gəlirli 12 faizlik əmanət fürsəti!

Berlində Xalq rəssamı Əşrəf Heybətin “Türk dünyası” adlı sərgisi açılıb

“Üç sehrli inci” kitabının və eyniadlı tamaşanın təqdimatı olub

Səbail rayonu ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Sürəyya Ufak: Dahi şəxsiyyətlər barədə məlumatlar uşaqların anlayacağı səviyyədə təqdim olunur

Bakıda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblərin pozulduğu müəyyən edilib

Azərbaycan millisi Estoniya və Slovakiya ilə oyunların hazırlığına başlayıb

Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransının sədri olacaq

Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib

DİM: 5 dövlət orqanında 8 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

ABŞ-da beynəlxalq simpoziumda Azərbaycanın dini tolerantlıq və dialoq mühitindən danışılıb

İspaniya klubu baş məşqçisini istefaya göndərib

® “Misli”dən voleybola böyük dəstək – AVF ilə müqavilə imzalanıb

İngiltərə klubunun futbolçusu kuryoz zədə alıb

Şirvan Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib

Qax Damazlıq İpəkçilik Stansiyası: Növbəti mövsüm üçün 1000 qutu ipəkqurdu toxumu hazırlanacaq

Londonda “COP29: İqlim dəyişmələri, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib

TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında Birgə Bəyannamə qəbul edilib VİDEO

Şəki Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin olunub

Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib

Paralimpiya Oyunlarında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüş olub

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşüb

“Məktəblər üçün PISA” tədqiqatı təşkil olunacaq

“Elçin və kino” kitabının təqdimatı olub

Gəncə Apellyasiya Məhkəməsinin yeni hakimləri bəlli olub

Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin olunub

Ali Məhkəmənin hakimləri təyin edilib – QƏRAR

MMC direktorunun qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib

Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

“Milan”ın futbolçusu iki oyunluq diskvalifikasiya edilib

Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib

Sentyabr ayı ərzində Bakıda qanunsuz yaşayan 40 əcnəbi saxlanılıb VİDEO

Bakı Beynəlxalq Kitab Sərgisində “Zəfər sədası” kitabı təqdim edilib

Naxçıvanda xarici tədqiqatçıların iştirakı ilə arxeoloji kəşfiyyat işləri aparılır

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Şuşaya həsr olunan sərgilərin təqdimatı keçirilib

Beynəlxalq sərgidə UNEC dosentinin kitabı təqdim edilib

Astanada keçirilən beynəlxalq tədbirdə Azərbaycanın tolerantlıq modeli təqdim olunur

COP29 iştirakçıları üçün iaşə portalı istifadəyə verilib

“ASAN xidmət”in təcrübəsi Rumıniyada tətbiq olunacaq

Bu il istehlakçılara 130,6 milyon manat ƏDV qaytarılıb

“Türktransplant” sisteminin yaradılmasında məqsəd TDT ölkələri vətəndaşlarının müəyyən tibbi xidmətlərə əlçatanlığının artırılmasıdır VİDEO

Məktəblilərin Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyası təşkil edilib

Təhsilin İnkişafı Forumu keçirilib YENİLƏNİB VİDEO

RF Prezidentinin köməkçisi: Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmur

® “Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə yeni üzv təyin olunub

Sosial sığorta haqları üzrə daxilolmalar 10 faizdən çox artıb

Azərbaycanın ən ağır çəkidə çıxış edən cüdoçusu dünya reytinqində liderliyi ələ keçirib

Hidayət Türkoğlu yenidən Türkiyə Basketbol Federasiyasının prezidenti seçilib

Rusiya Prezidenti Bakıda keçiriləcək COP29-a gələ bilər

Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib  YENİLƏNİB VİDEO