Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Vüqar Rəhimzadə: Müstəqil, suveren Azərbaycanın uğurları yeni dünya nizamının formalaşmasına əhəmiyyətli töhfə olacaq

Vüqar Rəhimzadə: Müstəqil, suveren Azərbaycanın uğurları yeni dünya nizamının formalaşmasına əhəmiyyətli töhfə olacaq

Bakı, 9 yanvar, AZƏRTAC

Artıq 2025-ci ilin ilk ayının birinci ongünlüyündəyik. Hər yeni il yeni hədəflərin və onların icra mexanizmlərinin müəyyənləşdirilməsi ilə xarakterizə edilir. Tarixi Zəfərimizdən sonrakı dövrün mühüm reallıqlarından biri də hər ilin ilk ayında dövlətimizin başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinin ənənəvi xarakter almasıdır. Həmin müsahibələrin müqayisəli təhlili əsasında bu məqamı böyük əminliklə qeyd edirik ki, ilin əvvəlində açıqlanan hədəflər, gündəmə gətirilən məsələlər artıq ilin sonunda reallığa çevrilməsi ilə yadda qalır. Ötən müsahibələrdə olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də ilk diqqət yönəldilən məsələ hər bir ölkənin inkişafında vacib amil olan iqtisadi tərəqqi oldu. 2025-ci ilin dövlət büdcəsinin fonunda Azərbaycanın iqtisadi və maliyyə imkanlarının aydın mənzərəsi təqdim olundu. Belə ki, büdcə parametrlərinin hər bir ölkənin iqtisadi potensialını əks etdirdiyini önə çəkən Prezident İlham Əliyev bildirdi ki, bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Azərbaycan yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət sayəsində bu nəticələrə nail olub. Hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, müstəqil siyasət apara bilərsən.

İqtisadi inkişaf sosial proqramları daha fəal icra etməyə stimul verir. Artıq icrasına başlanan növbəti sosial paket bunu bir daha təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq bu il yanvarın 1-dən minimum əməkhaqqı 400 manata, minimum pensiya 320 manata çatdırılıb. Prezident İlham Əliyev müsahibəsində bu reallığı xüsusi qeyd etdi ki, bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, siyasətimizin mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. İmkan yarandıqca, sosial sahə diqqətdə saxlanılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Deputat qeyd edib ki, ölkəmizdə aparılan iqtisadi islahatlar, şəffaflıq, xarici sərmayələrin cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişikliyin şahidi oluruq. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki, ölkəmizin beynəlxalq reytinqi indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilib, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın həm iqtisadi inkişafının, həm də beynəlxalq nüfuzunun əsas göstəricilərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 sözügedən müsahibədə əsas diqqət göstərilən məsələlər sırasında oldu. Reallıq budur ki, COP29 böyük bir çağırış idi. “Yaşıl dünya naminə həmrəy olaq!” çağırışını edən Azərbaycan dünyanı Bakıya toplamaqla növbəti uğur hekayəsini yazdı. Azərbaycan hər zaman çoxtərəfliliyin tərəfdarı kimi tanınır. Yeni əməkdaşlıq formatlarının yaradılması, ölkələr arasında əməkdaşlıq körpülərin qurulması Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biridir. Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində onu da vurğuladı ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət ölkəmizə körpülər qurmaqda yardımçı olacaq. Bu reallıq da diqqətə çatdırıldı ki, COP-a ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin Azərbaycan bunun da öhdəsindən gələ bildi. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. “Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu” söyləyən Prezident İlham Əliyev səksən dövlət və hökumət başçısının Bakıya səfərini Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsinin nümayişi kimi qeyd etdi. Bu tədbir Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. Hətta Avropa Komissiyasının təşəbbüsü əsasında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə yaşıl kabel layihəsinə həsr edilmiş xüsusi sessiya da təşkil ediləcəkdi. Bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur. COP29-un Bakı Nailiyyəti kimi dəyərləndirilməsi nəticələr barədə aydın təsəvvür yaradır. Ötən ilin mühüm diplomatik uğurlarından biri kimi Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi də ölkəmizin iqtisadi potensialının, artan siyasi çəkisinin təqdimatı oldu. Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfələri təqdir edildi. Dövlətimizin başçısı bu reallığı da xüsusi qeyd etdi ki, yeni dünya nizamı formalaşdırılır. Biz bu prosesin başlanğıcındayıq.

Milli Məclisin deputatı müsahibədə diqqət göstərilən məsələlərdən biri kimi Ermənistanın silahlandırılmasından da bəhs edib. Bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Azərbaycan sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilməz. Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, Azərbaycan bu imkanları verməyəcək. Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Müqayisə üçün qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcək. Ermənistanın silahlanma yarışı maliyyə resurslarımızı hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistan silahlanma yarışında ölkəmizlə rəqabət apara bilməz.

Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışının, müsahibəsinin mühüm çağırışlarla zəngin olduğunu bildirib. Vurğulayıb ki, ölkə Prezidenti bir daha bu çağırışı etdi ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Azərbaycana qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. Əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq.

Milli Məclisin deputatı Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesinin dörd ildir uzanmasını önə çəkərək bildirib ki, Ermənistanın himayədarlarının göstərişləri ilə hərəkət etməsi prosesə öz mənfi təsirini göstərir. Siyasətində heç zaman müstəqil olmayan, bu və ya digər dövlətlərin maraqlarının müdafiəçisinə çevrilən Ermənistanın artıq ciddi düşünməsi zamanıdır. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi əsas şərtdir. Dövlətimizin başçısı bu çağırışı etdi ki, əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu, imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik: “Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər”.

V.Rəhimzadə hazırkı dövrün reallıqları fonunda Azərbaycanın regionda və dünya siyasətində yerini və rolunu, ümumi mənzərəsini təqdim edib. Bildirib ki, ölkəmiz Cənubi Qafqazda söz sahibidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan regionda aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Ölkəmiz yeni dünya nizamının formalaşması prosesinin fəal iştirakçısı olmalıdır. Yeni nizamı ədalətli nizam kimi görürük. Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək, bütün bunlar xarici siyasət xəttimizdir. Azərbaycan öz siyasəti ilə Cənubi Qafqazda yeni nəqliyyat və energetika xəritəsini yaradıb. Dövlətimizin başçısı İlham Əliyev bu mənzərəni belə təqdim etdi ki, bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir. Ölkəmiz yeni dünya nizamına öz töhfəsini əməlləri ilə verir. Yaxın və orta keçmişə nəzər salsaq görərik ki, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil.

Qeyd edilib ki, sözügedən müsahibədə dövlətimizin başçısı İlham Əliyevin hər bir fikri gələcəyə yönələn çağırışdır. Qlobal problemlərin həllinə öz töhfələri ilə diqqətdə olan Azərbaycanın bu çağırışı da səsləndirildi ki, əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə, nə münaqişə, nə qarşıdurma olacaq. Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın. Bəlkə də belə bir dünya fantastik görünür. Çünki tarixən imperialist qüvvələr “böl və hökm sür” prinsipi ilə yanaşmışlar, müstəmləkələri tamamilə idarə edərək onların bütün sərvətlərini oğurlayıb özləri üçün dövlətlər qurmuşlar. Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır. Ölkələrin suverenliyi toxunulmaz olmalı və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Azərbaycan buna nail ola bilib. Bu baxımdan Azərbaycanın yeni dünya nizamının formalaşmasına töhfəsi əhəmiyyətli olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mədəniyyət naziri AQEM-in baş katibi ilə görüşüb

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Bayden Oval ofisdən xalqa vida müraciəti edib

Hava çirkliliyi beyində ciddi zədələrə səbəb olur - TƏDQİQAT

İrakli Kobaxidze Gürcüstanın sabiq Baş nazirini faşist adlandırıb

İtaliyanın ANSA agentliyinin 80 illiyi ilə bağlı fotosərgi açılıb

Ukrayna daha 25 vətəndaşını Rusiya əsirliyindən geri qaytarıb

İtaliya İsraillə HƏMAS arasında sülh razılaşmasını alqışlayır

Türkiyədən Suriyaya təyyarə səfərləri başlayır

Avro Ukrayna qrivnasının məzənnə valyutası kimi dolları əvəz edəcək

Bundesliqa: “Bavariya” Münxendə “Hoffenhaym”ı darmadağın edib

Fransa Kuboku: "Lion" V liqa komandasına məğlub olaraq mübarizəni dayandırıb

İspaniya Kral Kubokunda iki komanda növbəti mərhələyə yüksəlib

Zelenskinin Trampla görüşü ilə bağlı hazırlıq işləri görülür

Bayden: “HƏMAS-İsrail razılaşması qətiyyətli və zəhmətkeş Amerika diplomatiyasının nəticəsidir”

Juninyo: "Flamenqo"nu ən yaxşı şəkildə təmsil etməyə çalışacağam

Rusiya İstintaq Komitəsi “AZAL”ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertiza təyin edib

Juninyo: "Qarabağ"dan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram

İsraillə HƏMAS arasında sülh razılaşması əldə olunub

XİN: Ermənistanın tarixi saxtalaşdıran təbliğatı sülhə xidmət etmir

"Qarabağ" Juninyonun "Flamenqo"ya keçdiyini açıqlayıb - RƏSMİ

Hakan Fidan: Türkiyənin Hələbdəki Baş konsulluğu yanvarın 20-də fəaliyyətə başlayacaq

Hitrou hava limanının rəhbərliyi: “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması bizi dərindən sarsıtdı

Türkiyə Prezidenti Suriyanın yeni xarici işlər nazirini qəbul edib

Nazir: Noyabrda Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

Kobaxidze: Tbilisidə baş verənlər radikal müxalifətin zəif səyləridir

Sistem nasazlığı səbəbindən Gürcüstanda bəzi elektron xidmətlər dayandırılıb

İsveçdə məktəb işçisi hücuma məruz qalıb

“Paris-2024”də qazanılan 100-dən çox medal keyfiyyətsiz olduğu üçün geri qaytarılıb

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Qarsda birgə qış təlimində iştirak edəcəklər VİDEO

Əməkdar rəssamın Ədəbiyyat Muzeyinin fonduna daxil edilən əsərlərinin təqdimatı keçirilib

Fransada bir sıra partiyalar yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır

® “Azercell”in dəstəklədiyi “FarmHer” layihəsi qadınların aqrobiznes sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verir

® “Unibank” 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə yenidən başlanılıb

Britaniyada iqlim dəyişikliyinə görə bəzi tərəvəzlərin qıtlığı gözlənilir

® “Kapital Bank” 2024-cü il üzrə maliyyə nəticələrini elan edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ADNSU-ya akkreditasiya şəhadətnaməsi təqdim edib

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

TDT-nin Baş katibi: “Fergani Uzay”ın ilk peykinin kosmosa göndərilməsi Türk dünyası üçün böyük bir fəxr qaynağıdır

Özünüməşğulluq proqramının zərflər siyahısına yeni istiqamətlər əlavə edilib

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alınıb

Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli 176 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri haqqında” 12 №-li (İQİ-xidmət) aylıq rəsmi statistika müşahidə forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 6 yanvar tarixli 4/04 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub VİDEO

Fövqəladə hallar naziri Xızıda vətəndaş qəbulu keçirəcək

“Qeyri-qida mallarının qiymətləri haqqında” 12 №-li (İQİ-qeyri-qida) aylıq rəsmi statistika müşahidə forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 6 yanvar tarixli 3/04 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Qida məhsullarının qiymətləri haqqında” 12 №-li (İQİ-qida) aylıq rəsmi statistika müşahidə forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 6 yanvar tarixli 2/04 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Kolumbiya mediası: Azərbaycanın həmrəyliyi və dostluğu sərhəd tanımır

Ötən il Gürcüstana səfər edən turistlərin sayı 5,1 milyonu ötüb

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq müzakirə edilib

Azərbaycanın AQEM-də sədrliyinin prioritet istiqamətləri müzakirə edilib

DGK sədri Qusarda vətəndaşların müraciətlərini dinləyəcək

ADA Universitetinin tələbələri üçün “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsi başlanır

Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək

“Səma xanımı” filmi təqdim olunub

Naxçıvanda istehlakçılara 2,3 milyon manat ƏDV məbləği geri qaytarılıb

® “AccessBank” 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb

Ədliyyə nazirinin Astarada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Fransa Alplarında iki britaniyalı xizəkçinin toqquşması nəticəsində bir nəfər ölüb

Yaradıcı Mərkəzdə “AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub

Hər gün yaşıl çay içməklə demensiyada beyin zədələnməsi riskini azaltmaq olar

AŞPA-nın Monitorinq Komitəsinin üzvləri Gürcüstan parlamentinin sədri ilə görüşüblər

Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb

DİM sədri: Azərbaycan dili üzrə sertifikasiya imtahanı onlayn və oflayn keçiriləcək

Ağdaşın bir hissəsinə qazın verilişində məhdudiyyət olacaq

Dünya Kubokunun qalibi olmuş samboçunun ölüm səbəbi məlum olub

Qazi: Torpaqlarımız azad edilərkən keçirdiyim sevinc və qürur hissini bu gün yenidən yaşadım

Ötən il 33 rayonda aqrar biznes festivalı keçirilib

Qazax Dövlət Dram Teatrında iki yeni tamaşanın premyerası olacaq

Bakı Şəhər Prokurorluğu 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirib

Mütəxəssis: Mövsümi virusların müalicəsində antibiotiklərin istifadəsi yanlış yanaşmadır

“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib

Gürcüstan Baş Prokurorluğu parlament seçkiləri ilə əlaqədar istintaqın ilkin nəticələrini açıqlayıb

Milli Aviasiya Akademiyası “IELTS imtahanına təşviq” layihəsinə qoşulub

Zəlimxan Yaqub haqqında yeni kitab nəşr olunub

Yeliseyin baş katibi Maliyyə Komitəsi tərəfindən dinləniləcək

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc ediləcək

Misirin nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb

Gəncədə Cavad xanın xatirəsi anılıb

Böyükşor-Pirşağı avtomobil yolunda yeni yerüstü piyada keçidləri inşa edilir

Xocalıya köçən şəhid anası: Doğma torpaqlara qayıtmağı hər birimiz arzulamışıq

Almaniya iqtisadiyyatında ardıcıl ikinci il geriləmə qeydə alınıb

Azərbaycan Basketbol Liqasında təxirə salınmış oyun keçirilib

“Ziraat Bank”ın Naxçıvan filialı fəaliyyətə başlayıb

Keçmiş məcburi köçkün: Doğma torpaqlara böyük qürur və sevinclə qayıdırıq

Dünya Etnoidman Konfederasiyasının sədri Nəcməddin Bilal Ərdoğandan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən

Sabah Şamaxının çökmə baş verən yolunda təmir işlərinə başlanılacaq

Dünyada gedən gərgin proseslər fonunda Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub ŞƏRH

İstanbulda 19 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin NİZAMNAMƏSİ

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Paytaxtın daha bir marşrutunun avtobusları yenilənir

“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan və Rusiya Hesablama Palataları əməkdaşlığı gücləndirir