Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər türkdilli dövlətlərin qarşılıqlı fəaliyyətinin əsasıdır

Vüqar Rəhimzadə: Ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər türkdilli dövlətlərin qarşılıqlı fəaliyyətinin əsasıdır

Bakı, 25 aprel, AZƏRTAC

Böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlığın inkişafını prioritet istiqamət kimi diqqətdə saxlayır. Xalqlarımızı birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı səmərəli fəaliyyətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev daim türk dünyasının birliyi istiqamətində biri-birindən mühüm addımlar atmış, “Gücümüz birliyimizdədir!” çağırışını etmişdir. Dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bir çox məqamları özündə ehtiva etməklə yanaşı, türkdilli dövlətlərin postmünaqişə dövründə birliyi məsələsini daha da aktuallaşdırdı. Vətən müharibəsi dövründə dünyanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərini gücləndirdiyi zamanlarda da Azərbaycan türk dünyasının birliyini diqqətdən kənarda saxlamadı. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının Zirvə Görüşü keçirildi. Azərbaycanın bu səpkili təşəbbüslərini xeyli sayda sadalamaq olar. Ölkəmizin son iki ildə Türk Şurasına sədrliyi dövründə bu birliyin daha da möhkəmləndirilməsinə xidmət edən uğurlu nəticələr əldə olunub. Məlumdur ki, ötən ilin noyabr ayında İstanbulda Türk Dövlətləri Təşkilatının tarixi iclası keçirildi. Türk dövlətlərinin dövlət başçılarının iştirak etdikləri həmin tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan liderləri tərəfindən imzalanmış Qərara əsasən, dövlətimizin başçısı İlham Əliyev bu Ali Ordenə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə, eyni zamanda, Türk dünyasının birliyinə verdiyi töhfələrə görə layiq görülmüşdür. Bir mühüm məqamı da qeyd edək ki, bu ilin mart ayının 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi barədə qərar qəbul edilmişdi. Bu faktın özü türkdilli dövlətlərin postmünaqişə dövrünün reallıqlarının təqdimatında birliyinin, həmrəyliyinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu gün türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə addımlaması reallıqdır. Bu reallığın formalaşdırılması üçün əməli addımlar atılır, nəticələr əldə olunur, qazanılmış hər nailiyyət növbəti uğurlarla möhkəmləndirilərək daha da inkişaf etdirilir. Qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz türk dünyasının birliyinin və həmrəyliyinin daha da gücləndirilməsində mühüm rol oynayır. Bu gün yeni reallıqlara uyğun olaraq regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında əməkdaşlığa öz töhfəsini verməkdədir. Yeni reallıqlar, Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da möhkəmləndirəcək, əməkdaşlığa yeni nəfəs gətirəcək. Türk dünyası üçün möhtəşəm bir gələcək başlanır. Azərbaycan bu gələcəyin əsas müəlliflərindəndir.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu günlərdə Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri, səfər çərçivəsində müzakirə olunan məsələlər, imzalanan sənədlər, eyni zamanda, birgə bəyanatda səsləndirilən fikirlər hazırkı dövrdə türkdilli dövlətlərin birliyinin zəruriliyinə bir daha işıq saldı. Qırğızıstan Prezidentinin qeyd etdiyi kimi, dünyada baş verən dərin dəyişikliklər yeni tipli münasibətlər qurmaq, onları daha humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir. Türk məkanında artıq uğurla oturuşmaqda olan bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmağa layiqdir. Dövlətimizin başçısı İlham Əliyevin Türk dünyasının birliyi yönümündə yeni baxışları dəstəkləməsindən məmnunluğunu ifadə edən Sadır Japarov bu məqamı da xüsusi vurğuladı ki, mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur. Ölkələrini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Bu baxımdan da Prezident İlham Əliyevin Azərbaycan dövlətinin, xalqının bu günü və gələcəyi üçün gördüyü işlər, xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün tükənməz enerjisi təqdir olunaraq belə bir əminlik ifadə edilmişdir ki, bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə bütün çətinlikləri aradan qaldıracaq, daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik.

Vüqar Rəhimzadə Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatdığını bildirərək deyib: “Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Məlum olduğu kimi, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində hər iki ölkə həmişə eyni mövqedən çıxış edir”.

“Birgə bəyanatda bu mühüm məqamlar öz əksini tapıb ki, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır. Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialından istifadəyə çox ehtiyac var. Kənd təsərrüfatı sahəsi perspektiv əməkdaşlıq istiqamətlərindən biri kimi qeyd olunub”, - deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin “Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq” fikirlərini Azərbaycan-Qırğızıstan, ümumilikdə türk dünyasının birliyinin, həmrəyliyinin ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan səfiri İtaliya qəzetinə müsahibəsində Xocalı həqiqətlərindən danışıb

Sakit okeanda güclü zəlzələ baş verib

Almaniyanın 50-yə yaxın şirkətinin nümayəndələrindən ibarət heyətin Azərbaycana səfəri planlaşdırılır

Avropanın ən yaxşı iki çimərliyi Türkiyədə yerləşir

Monqolustanda sərt keçən qış 1,5 milyon ev heyvanının qırılmasına səbəb olub

İsveçrədə qəddar üsulla əldə edilən xəz məhsullarının idxalına qadağa qoyula bilər

Türkiyədə ilk dəfə turistlər üçün yaşı 5 min il olan yeraltı şəhər istifadəyə veriləcək

Amerika və Avropa aviaşirkətləri bu il də biletlərin qiymətini artırmağa çalışacaqlar

Tahir Gözel: “Qarabağ”ın qələbəsi bütün xalq üçün ilham oldu

Ermənistan KTMT-də iştirakını dayandırıb

Yassin Benzia: "Braqa"ya qarşı matçda emosional hisslər yaşadıq

“Qarabağ”ın qapıçısı: Sevinirəm ki, nəticə bizim xeyrimizə oldu

Avropa Liqasında 1/8 finalın bütün iştirakçıları bəlli olub, “Qalatasaray” mübarizəni dayandırıb

“Qarabağ”ın legioneri: Şadam ki, bu tarixi qələbədə mənim də rolum oldu

Konfrans Liqası: 1/8 finala son vəsiqə qazanan komandalar müəyyənləşib

Qurban Qurbanov: Əldə etdiyimiz qalibiyyət sanki Qarabağda görülən işlərin nəticəsidir

Müasir həyatda müəyyən səbəblərdən yaranan stress və narahatlıq xroniki xəstəlikləri artırır

“Braqa”nın baş məşqçisi: “Qarabağ”ın vurduğu ikinci qol oyunun taleyini həll etdi

Nuland: Rusiyaya qarşı yeni sanksiyalar paketinə çoxlu sayda məhdudiyyətlər daxil ediləcək

“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü çərçivəsində konsert proqramı təşkil olunub

Avropa Liqası: “Qarabağ” tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb YENİLƏNİB-7

Husilər Yəmən yaxınlığında gəmilərə hücumları gücləndirəcəklərini vəd ediblər

Ərdoğan: Türkiyə Hərbi Hava Qüvvələrinə ilk yerli beşinci nəsil döyüş təyyarələri 2028-ci ildə veriləcək

Basketbol üzrə Azərbaycan millisi İsveçrəyə məğlub olub

İsveçin bəzi nazirləri öz tərcümeyi-hallarını “bəzəyiblər”

Bakıda Vladimir Vısotskinin mahnı və şeirlərindən ibarət konsert təşkil edilib

Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin 155 illiyi qeyd olunub

ADY Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarın gecikmə səbəbini açıqlayıb

"YAŞAT" Fondu antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanın yeni doğulan övladının zəruri xərclərini qarşılayıb

İsmayıllıda avtomobil qəzasında bir nəfər ölüb YENİLƏNİB VİDEO

Bişkekdə “Planetlə dialoq” sənədli filminin nümayişi olub

Rusiya və Türkiyə xarici işlər nazirləri Rio-de-Janeyroda görüşüblər

Səlahiyyətli nümayəndə “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrin suallarını cavablandırıb

YAP Veteranlar Şurası Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirib

Sahibə Qafarova: Azərbaycan və İraq arasında münasibətlər xalqlarımızın ortaq dini və mədəni dəyərlərinə söykənir

Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə tədbir keçirilib

Avropa Liqası: “Qarabağ” və “Braqa”nın start heyətləri açıqlanıb

Biləsuvarda əkin sahəsindən "Kalaşnikov" avtomatı aşkarlanıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi muzeydə qeyd edilib

Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarların yubileyləri qeyd olunub

Yasamal rayonunda restoranda baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasının ilk gününə yekun vurulub

Dövlət Məşğulluq Agentliyi Qazaxıstanın Əmək Resurslarının İnkişafı Mərkəzi ilə əməkdaşlıq edəcək

Ersin Tatar: Prezident İlham Əliyevin məni TDT-nin Zirvə toplantısına dəvət etməsindən çox məmnun oldum

Konsaltinq şirkətlərinin nümayəndələri ilə məlumatlandırma görüşü keçirilib

Stirlinq Fondunun prezidenti: Azərbaycana hər səfərimdən mənəvi zövq alıram

Professor Lalə Allahverdiyeva: Qlobal istiləşmə ilə bağlı bütün dünyada artıq epidemiya baş verir

Vüqar Rəhimzadə: Faciələrimizi unutmamalı, nəsildən-nəslə çatdırmalıyıq

Ukrayna Azərbaycana yeni səfir təyin edib

Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb

Hesablama Palatasının sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirib

Keniya telekanalında Azərbaycan reallıqlarından danışılıb VİDEO

Azad Qarabağ Türk dünyasının birliyini, həmrəyliyini dünyaya çatdıracaq ŞƏRH

Azərbaycan parabadmintonçusu dünya çempionatında növbəti mərhələyə vəsiqə qazanıb

Daxili işlər naziri Saatlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib VİDEO

Pakistan Mədəniyyəti Mərkəzində Xocalı faciəsinin 32-ci ildönümü qeyd olunub

Respublika Uşaq Klinik Xəstəxanasına 14 yaşlı pasiyent üzərində bağırsaq keçməzliyi ilə bağlı əməliyyat uğurla keçirilib

Sloveniyada Xocalı qurbanlarının xatirəsi yad edilib

Lerikdə məktəblilərə narkomaniya haqqında məlumat verilib

Vətən Müharibəsi Qəhrəmanı: Azərbaycan dünyaya istehsal etdiyi silahların gücünü və dəqiqliyini göstərdi

QMİ sədri beynəlxalq forumda medianın ictimai rəyə təsirlərindən danışıb

Meksika COP29 üçün “Gənc iqlim səfirləri” proqramına başlayıb

Qarabağ Dirçəliş Fondu “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinə start verir

Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı layihə regionlarda uğurla icra olunur

Sabirabadda külli miqdarda pul vəsaitinin mənimsənilməsi ilə əlaqədar cinayət işi başlanıb

Cəlil Məmmədquluzadənin xatirəsi Nehrəm qəsəbəsindəki xatirə muzeyində anılıb

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası işini komitə iclasları ilə davam etdirib YENİLƏNİB

Azərbaycan Premyer Liqası: XXIV turun hakimləri açıqlanıb

Binalar üçün enerji səmərəliliyi bazarının qiymətləndirilməsinin ilkin nəticələri ilə bağlı seminar keçirilib

Şəkidə fermerlərə aqrar sığorta ödənişi verilib

® Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı

Fransa Azərbaycana qarşı yürütdüyü çirkin siyasətə son qoymalıdır –deputat

Baş Prokurorluq Ağdam rayon sakininin itkin düşməsi faktı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib

Cəlilabadda daşınmaz əmlakla bağlı vətəndaşlarla görüş keçirilib

Əcnəbilər Ukraynanın Milli Qvardiyasında xidmət edə bilər

“Doha Ekspo 2023”də Azərbaycanın Milli Günü təşkil olunub

Muxtar Babayevlə Qazaxıstanın Azərbaycandakı səfiri COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparıblar

Asiya Parlament Assambleyasının cari il üçün büdcəsi təsdiq edilib

Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi açılıb

“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının təqdimatı olub

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancıdan

Xarici işlər naziri Ceyhun Bayramov Toivo Klaarla Azərbaycan-Aİ əlaqələrinin cari vəziyyətini müzakirə edib

“Azərbaycan şərqşünaslıq elminin akademik Həmid Araslı mərhələsi” - elmi sessiya

İqtisadiyyat naziri COP26 prezidenti ilə görüşüb

Əhməd Əhmədovun Psixiatriya xəstəxanasına yerləşdirilməsi barədə yayılan xəbərlərlə bağlı Baş Prokurorluqdan açıqlama

Azərbaycan millisinin məşqçisi: Heyətdə sürpriz adlar ola bilər

Türkiyənin Müdafiə Nazirliyi: Həftə ərzində regionda 60 terrorçu zərərsizləşdirilib

Qədir Xəlilov: Ölkədə istehsal olunan silahlarla tanışlıq gənclərdə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayır

Süni intellektin yeni modeli sözlü işarələri videoya çevirəcək

İstiqlal Muzeyində Xocalı soyqırımının qurbanları yad olunub

Asiya Parlament Assambleyasının komitə iclasında müzakirə olunan 7 qərar layihəsi təsdiqlənib 

Malayziyanın Baş naziri Ənvər İbrahimdən

Startapçı: Qürurla qeyd edə bilərik ki, Azərbaycanda kibertəhlükəsizlik üçün yerli həll mövcuddur – MÜSAHİBƏ

® Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “OBA” marketlər şəbəkəsini mükafatlandırdı!

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Vadim Vorobyovdan

Ötən il korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub

Audiovizual Şura “MTV”nin yayımının 8 saatlıq dayandırılması haqqında qərar qəbul edib

® Estoniyanın innovativ erkən təhsili: Gənc ağılların tərbiyəsi

Müdafiə Sənayesi Nazirliyi gənclər üçün infotur təşkil edib