Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Vüqar Rəhimzadə: Şuşa Zirvə görüşü və imzalanan Qarabağ Bəyannaməsi türk dünyasının birliyini daha da gücləndirəcək

Vüqar Rəhimzadə: Şuşa Zirvə görüşü və imzalanan Qarabağ Bəyannaməsi türk dünyasının birliyini daha da gücləndirəcək

Şuşa Zirvə görüşü türk dövlətləri arasında birliyin gücləndirilməsində yeni mərhələ oldu

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərin birləşdirilməsidir. Bunun üçün ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə gördüyü işlərin miqyasına diqqət yetirmək kifayətdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarından biri budur ki, biz birlikdə güclüyük. Bu birliyin, həmrəyliyin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri böyükdür. Belə ki, Ulu Öndər dövlətimizin xarici siyasət strategiyasını formalaşdırarkən türk dövlətləri ilə əlaqələri prioritet hesab etdi və qardaş ölkələrin biri-birinə yaxınlaşmasına mühüm töhfələr verdi. Onun “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı həm də digər türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynadı. Bu gün həmin birliyin daha da möhkəmləndirilməsi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunda prioritet istiqamətdir. Prezident İlham Əliyevin ildə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün keçirilməsi təşəbbüsü də bunun bariz nümunəsidir. Günümüzün əsas çağırışı Türk Dövlətləri Təşkilatının dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsidir. Dövlətimizin başçısı bildirir ki, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, türk dövlətlərinin başçılarının ayrı-ayrı vaxtlarda işğaldan azad edilmiş ərazilərimizə, Qarabağın tacı Şuşaya səfəri olsa da onların bu torpaqda bir araya gəlməsi qürurverici olmaqla yanaşı, özündə mühüm çağırışları ehtiva edir. Bu, türk dövlətləri arasında birliyin, qardaşlığın və dostluğun məhz Şuşadan dünyaya təqdimatıdır. Bu torpaqların sahibi bizik və burada əbədi olacağıq. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngin olur. Bu baxımdan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında yer alan mühüm məqamlar, çağırışlar diqqət mərkəzindədir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin genişləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlara da diqqəti yönəltdi. Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını bildirən dövlət başçısı İlham Əliyev bildirdi ki, buna görə Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon dolları məbləğində vəsait köçürmüşdür. Onu da qeyd edək ki, Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalandı.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev hər bir çıxışında Azərbaycanın iqtisadi imkanlarına xüsusi diqqət yönəldərək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu əsaslı şəkildə qeyd edir. Azərbaycanın coğrafi mövqeyi, tranzit imkanlarının genişliyi qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir. Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi hazırda qarşıda dayanan prioritet məsələlərdən biridir. Bu reallıqlar bir daha tədbir iştirakçılarına çatdırıldı ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükgötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi də iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən addımlar sırasındadır. Belə bir əminlik ifadə edildi ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaq. İqtisadi əlaqələrdə enerji faktorunu nəzərə alsaq bu sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlar xüsusi diqqətdən keçirilir. Azərbaycanın bu ilin noyabrında COP29-a ev sahibliyi ölkəmizin malik olduğu imkanların təqdimatı olacaq.

Vüqar Rəhimzadə bildirib ki, hazırda türk dünyasının birliyi, həmrəyliyi işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. “Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər. Qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzi tikilib, həmçinin bu istiqamətdə tikintilər uğurla davam etdirilir.

YAP Xətai rayon təşkilatının sədri bu mühüm məqamı da xüsusi qeyd edib ki, keçirilən hər bir beynəlxalq tədbir Azərbaycan reallıqlarının, tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin, 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillərin beynəlxalq ictimaiyyətə çatdırılmasında öz sözünü deyir. Prezident İlham Əliyev Zirvə görüşünə ev sahibliyi edən Şuşanın, həmçinin digər ərazilərimizin işğalından, Azərbaycan xalqının heç zaman işğalla barışmamasından, daim bu torpaqlara qayıtmaq arzularından geniş bəhs edərək hazırda işğala son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini, soydaşlarımızın Böyük Qayıdışının uğurla həyata keçirildiyini diqqətə çatdırıldı. Hazırda Füzuli, Laçın, Xocalı, Şuşa şəhərləri, Ağalı, Talış, Zabux və Sus kəndləri sakinlərinə qovuşublar. Bu gün Şuşa iqtisadi, siyasi, humanitar və diplomatik mərkəz kimi dünyanın diqqətindədir.

Vüqar Rəhimzadə bildirib ki, 2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ilin ölkəmizdə “Şuşa İli”, həmçinin TÜRKSOY tərəfindən Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin, türk dövlətlərinin birliyinin, həmrəyliyinin təqdimatı olan Qarabağ Bəyannaməsinin məhz Qarabağın tacı Şuşada imzalanması mədəniyyət beşiyimizin ölkəmiz, eyni zamanda, türk dünyası üçün önəmini nümayiş etdirir. Zirvə görüşündə liderlərin çıxışında da bu məqamlar xüsusi qeyd edildi ki, Şuşa şəhərində görüşməyimizin dərin mənası var. Gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. XX əsrin böyük siyasi və dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək, Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Beləliklə, bu unikal şəhər təkcə Azərbaycan xalqının deyil, bütün türk xalqlarının qəlbində xüsusi ehtiram və qürur, iftixar duyğularını oyadır. Belə bir əminlik də ifadə edildi ki, birgə səylərimizlə bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağ gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcək.

YAP Xətai rayon təşkilatının sədri belə bir qənaəti diqqətə çatdırıb ki, imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti: Şuşa forumu son dərəcə vacib zamanda keçirilən tədbirdir

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri: Respublikada 186 vakant hakim ştatı var

İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində “Böyük Qayıdış: Qarabağ” filminin nümayişi olub

ABŞ mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib

Mərkəzi Asiya mediası Prezident İlham Əliyevin Şuşada mediaforumdakı çıxışını geniş şəkildə işıqlandırıb

Qlobal Media Forumun iştirakçıları Şuşa şəhəri ilə tanış olublar

Antalya hava limanı yeni rekorda imza atıb

Yusuf Özkır: Təlim və birgə layihə işlərini həyata keçirmək ATNA-ya üzv ölkələr üçün faydalı olar

İstanbulda meşə yanğını, Türkiyənin müvafiq qurumları səfərbər edilib

Bekzat Zhusip: Şuşanın bərpa olunduğunu görmək çox xoşdur

ŞKTC mediası Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışına geniş yer ayırıb

Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi yekunlaşıb

Qubada mərhum jurnalist Raşbil Zaxaryayevin 85 illiyinə həsr olunan sərgi açılıb

Bülənt Ovacık: Saxta xəbərlər yayımlanan zaman onların qarşısı operativ şəkildə alınmalıdır

İtaliya mediası Azərbaycan Prezidentinin II Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən yazıb

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

MENA-nın baş redaktoru: Bizim öz baxışımızı aydınlaşdırmaq üçün Şuşa Forumu kimi tədbirlərə ciddi ehtiyacımız var VİDEO

“Reuters” və “Politico” Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışından yazıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Texnologiyalar inkişaf etdikcə feyk xəbər problemi özünü ən asan və sürətli formalarda büruzə verir

Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib

Vüqar Əliyev: Türk Xəbər Agentlikləri Alyansı Türk dünyası xəbərlərinin toplandığı struktur rolunu oynamalıdır

II Şuşa Qlobal Media Forumunda dezinformasiyanın yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb YENİLƏNİB

Avropa Universitet Oyunları: Azərbaycan badmintonçularından ibarət komanda Macarıstana qalib gəlib

İkinci Şuşa Qlobal Media Forumu Rumıniya və Bolqarıstan mediasının diqqət mərkəzindədir

Gürcüstanda 90 yaşdan yuxarı 12 mindən çox pensiyaçı var

Prezident İlham Əliyevin İkinci Şuşa Qlobal Media Forumundakı çıxışı mühüm mesajlarla zəngin oldu - ŞƏRH

Numan Kurtulmuş: NATO qlobal gərginliyin azaldılmasına çalışmalıdır

Ukrayna mediası Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş işıqlandırıb

Əl-Cəzirənin şöbə müdiri: Qərb mətbuatında xəbər başlıqlarının seçimi çox qərəzlidir

Şuşa Forumunda dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmağın yolları müzakirə edilib

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının virtual təqdimatı keçirilib

Şuşa Forumu çərçivəsində “Texnologiya və dezinformasiya” mövzusunda paralel müzakirələr keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

ABŞ-ın MTP klubunun təsisçisi: Qarabağın qısa müddətdə belə inkişaf edə biləcəyini gözləmirdik

Sabahın hava proqnozu açıqlanıb

Bakıda Özbəkistan Kino Günlərinin açılışı olub

BŞDYPİ yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Valeria Giannotta: Şuşa 2021-ci ildə xarabalıq vəziyyətində idi

İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatının diqqət mərkəzindədir  YENİLƏNİB

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib

Montaser Marai: Media olaraq biz narrativlərin mötəbərliyini sorğulamalıyıq VİDEO

Mixail Qusman: İnformasiya müharibələri siyasi rejimdən asılı olmayaraq bütün ölkələrdə rast gəlinən fenomendir VİDEO

AMEA prezidenti Xocalı şəhərində arxeoloji ekspedisiyanın işi ilə tanış olub

“TRT World” kanalının aparıcısı: Bəzi xəbər agentlikləri Azərbaycanı hədəfə almışdılar

Leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

Hikmət Hacıyev: COP29-la bağlı çox güclü dezinformasiya kampaniyası ilə üzləşmişik VİDEO

Prezidentin köməkçisi: Düzgün məlumatın paylaşılması cəmiyyət üçün olduqca vacibdir VİDEO

Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi başa çatdırılıb

Hikmət Hacıyev: Dezinformasiya Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib VİDEO

Şəkidə avtomobil iaşə obyektinə çırpılıb, beş nəfər xəsarət alıb

BDU “Webometrics”də “Şəffaflıq” indikatoru üzrə ölkə birincisidir

Gürcüstan mediası Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışını geniş işıqlandırıb

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

DİN: İtkin düşən Şirvan sakini Bakıda tapılıb

Qvatemalada 6,2 bal gücündə zəlzələ qeydə alınıb

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Forumda iştirak edib  YENİLƏNİB - 2 VİDEO

Livanın cənubunda silsilə partlayışlar baş verib

Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir

Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib

Göbələk depressiyadan qurtulmağa kömək edir

Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb

Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib

Marneulidə Beynəlxalq Şahmat Gününə həsr olunmuş turnir keçirilib

Qırğızıstan informasiya agentliyi Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışından yazıb

Gürcüstan və Avstriya parlamentariləri Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

Naxçıvanda gömrük sahəsində yüksək nailiyyətlər üçün ticarətin asanlaşdırılması imkanları nəzərdən keçirilib

Türkiyə mediası Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş işıqlandırıb

Əməkdar artist Fuad İbrahimov haqqında “Euronews” telekanalında süjet yayımlanıb

“Kazinform”: AQEM-in baş katibi Nyu-Yorkda keçirdiyi görüşlərdə COP29-un əhəmiyyətini qeyd edib

İtaliyada zəncirvari qəza: bir ölü, 17 yaralı var

Fransada parçalanmış parlament koalisiya hökumətinin qurulması prosesinə başlayır

Azərbaycan klubu Qubada keçirilən beynəlxalq basketbol turnirində mübarizəni dayandırıb

MN: “Birləşdik - 2024” təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Şanxayda Qədim Misir eksponatları sərgisinə rekord sayda ziyarətçi gəlib

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Azərbaycan Prezidenti: Biz gözəl bilirik ki, ən çox karbon tullantıları istehsal edən böyük ölkələr hansılardır

Prezident İlham Əliyev: Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun

Prezident: Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var

Prezident İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Prezident: Yaşıl enerji ilə bağlı bir çox məqamlar insanları və qərar qəbul edənləri düşünməyə vadar edir

Prezident: Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim

Prezident İlham Əliyev: Ümid edirəm ki, seçkilərdən sonra ABŞ-da və Avropada Azərbaycan haqqında daha yaxşı anlayış olacaq

BMT Ümumdünya Şahmat Gününü dayanıqlı inkişaf kontekstində qeyd edib

Azərbaycan Prezidenti: Britaniyada bütün liderlər mənə Ermənistan, sülh sazişi haqqında suallar verirdilər

Prezident: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Türkiyədə növbəti aeroportun açılışı olacaq

Bir sıra dövlət qurumlarının və şirkətlərin mətbuat katiblərinin “Neft Daşları”na səfəri təşkil olunub

Azərbaycan Prezidenti: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub

Prezident İlham Əliyev Qlobal Media Forumunda Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb VİDEO

Azərbaycan Prezidenti: Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir VİDEO

Prezident İlham Əliyev: Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq

Bank kartlarına kiberhücumlar edən şəbəkə üzvləri həbs ediliblər VİDEO

Belarus nəşri: Üç onillik ərzində Azərbaycan Cənubi Qafqazda strateji tərəfdaşlığımızın etibarlı dayağına çevrilib

Fərrux Mahmudov: Qubada basketbol turnirinin keçirilməsi bölgələrdə bu idman növünün inkişafına müsbət təsir edəcək

Prezident: Bizim COP heyətimiz çox səmərəli işləyir