Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V qurultayı birliyimizi, həmrəyliyimizi bir daha nümayiş etdirəcək

Vüqar Rəhimzadə: Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V qurultayı birliyimizi, həmrəyliyimizi bir daha nümayiş etdirəcək

Bakı, 19 aprel, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, dünyaya həqiqətlərimizin olduğu kimi çatdırılması oldu. Ümummilli Lider müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında duran vəzifələri açıqlayarkən ilk olaraq ölkənin beynəlxalq aləmdə özünü təsdiqini və varlığının təqdimatını mühüm amil kimi qarşıya qoydu. Diasporu hər bir dövlətin xaricdəki varlığı kimi dəyərləndirərək dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı vahid ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə çağıran ulu öndər Heydər Əliyev bu birliyin, həmrəyliyin möhkəmləndirilməsi işinə hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə nail olmuşdur. Belə ki, 1991-ci il dekabrın 16-da Ümummilli Liderin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ulu öndər Heydər Əliyev qərarın tarixi-siyasi əhəmiyyətini vurğulayaraq bildirmişdi ki, Dünya Azərbaycan Türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərarın qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addım oldu. Böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu qərar məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür.

Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi istiqamətində atılmış ilk addım olan həmin bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha da kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır. Həmin tarixdən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur.”

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də uğursuzluqlarının təməlinə ölkəmiz haqqında məlumatsızlıq dayanırdı. Erməni yalanlarının ayaq tutub yeridiyi zamanlarda ölkəmizə qarşı qərəzli təbliğatlar geniş vüsət alır, Azərbaycan bütün dünyaya işğala məruz qalan deyil, işğalçı dövlət kimi təqdim edilirdi. Məhz bu yalan təbliğatın nəticəsi olaraq 1992-ci ildə ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişin əlavə edilməsi ilə bağlı qərar qəbul etmişdir. Bu qərar o ölkələrə tətbiq olunurdu ki, onlar işğalçılıq siyasəti həyata keçirir, digər dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edirdilər. Ermənilərin və erməni diasporunun ölkəmizə qarşı belə bir ədalətsiz qərarın tətbiqinə nail olmaqda məqsədi Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək və asılı vəziyyətə salmaq idi. Amma Azərbaycan bu qərarın tətbiqi şəraitində yaşadığı 10 ilə yaxın dövrdə iqtisadi cəhətdən nəinki zəiflədi, əksinə dayanıqlı inkişafı ilə dünyanın diqqətində oldu. 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktından sonra Birləşmiş Ştatlar hökumətinin xarici siyasətində dəyişikliklərə yol açıldı. Belə ki, ABŞ rəhbərliyi bu qərarın ədalətsiz olduğunu təsdiqləyərək onun fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi. Həmin vaxtdan bu günədək qərarın dondurulması hər il yenidən təsdiqlənsə də onun birdəfəlik ləğvi hələ də həllini gözləyir.

YAP Xətai rayon təşkilatının sədri bu fakta diqqəti yönəldərək vurğulayıb ki, Azərbaycan haqqında məlumatsızlıq fonunda dünyanın ikili standartlara əsaslanan siyasətinin davamlı şəkildə uğursuzluqlara, problemlərə yol açdığı məlum olaylardandır. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanda hakimiyyətə qayıtdığı ilk günlərdən dünya azərbaycanlılarına bu çağırışı etdi ki, Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızın bir amal ətrafında sıx birləşməsi vacibdir. Bütün dünya azərbaycanlılarının bir Vətəni var-Azərbaycan!

“Dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkdi”, - söyləyən Vüqar Rəhimzadə bildirib ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olan ulu öndər Heydər Əliyev onların vahid mərkəzdən idarə olunması üçün Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Ümummilli Liderin 2001-ci il tarixli 23 may Sərəncamına əsasən, 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ulu öndər Heydər Əliyevin Qurultayda proqram xarakterli nitqi dünya azərbaycanlılarının təşkilatlanmasında, onların vahid ideya ətrafında birləşməsində əhəmiyyətli rol oynadı. Ümummilli Liderin Sərəncamı əsasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması da bu istiqamətdə görüləcək işlərin əsası kimi dəyərləndirildi.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, sonrakı illərdə hər beş ildən bir dünya azərbaycanlılarının qurultaylarının ənənəvi olaraq keçirilməsi diaspor quruculuğu sahəsində görülən işlərin təqdimatı və qarşıdakı dövrdə həyata keçiriləcək tədbirlərin anonsu kimi dəyərləndirildi. Belə ki, 2006-cı il martın 16-da ll, 2011-ci il iyulun 5-6-da lll, 2016-cı il iyunun 3-4-də IV qurultayların keçirilməsi də deyilənlərin təsdiqidir. Hər bir qurultayda Azərbaycanın keçdiyi inkişaf yolunun uğurlarından, qarşıda duran vəzifələrdən ətraflı söhbət açan, Azərbaycan həqiqətlərinin, o cümlədən bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının rolundan geniş bəhs edən dövlət başçısı İlham Əliyev bu fikri xüsusi qeyd edirdi ki, günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyidir.

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, dövlətimiz həqiqətlərimizin təbliğində səfirliklərin də üzərinə mühüm vəzifələr düşdüyünü önə çəkərək onların say tərkiblərinin artırılmasına, eyni zamanda, diaspor təşkilatları ilə fəaliyyətlərini əlaqələndirmələrinə xüsusi diqqət göstərir. Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya şurasının, 12 ölkədə 18 Azərbaycan evinin yaradılması təqdirəlayiqdir.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycan həqiqətlərinin təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərindən geniş bəhs edərək bildirib: “Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Mehriban xanım Əliyevanın təşəbbüsü̈ ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ̆” Azərbaycan məktəbləri təsis olunub və bu gün həmin məktəblərdə 250-dən çox azərbaycanlı uşaq ana dilində təhsil alır".

“Azərbaycan diasporunun gücü bu gün dünyada etiraf edilir. Son illərin hadisələrinə diqqət yetirsək açıq-aydın görərik ki, erməni yalanları ayaq tutsa da, dövlətimizin qətiyyətli mövqeyi, düşünülmüş siyasəti, Azərbaycan diasporunun gücü, qüdrəti sayəsində yerimək imkanında deyil. Dünya ermənilərin əsl simasını gördü. Tarixi Zəfərimizdə Azərbaycan Ordusunun misilsiz rəşadət payında möhkəm hüquqi bazanın rolu böyükdür. Onu da xüsusi vurğulamalıyıq ki, Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında müstəsna rolu olan diasporumuz həqiqətlərimizin təbliğinə böyük töhfələr verib. Belə ki, diaspor təşkilatlarımızın Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyəti, Vətən müharibəsi dövründə onların dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmələri, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər ünvanlamaları təqdirəlayiqdir. Tarixi Zəfərimiz dünyanın bütün ölkələrində yüksək səviyyədə qeyd olunaraq ədalətin zəfər çaldığı bir daha beynəlxalq ictimaiyyətə bəyan edildi”, - deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri Dünya Azərbaycanlılarının V qurultayının torpaqlarımızın düşməndən təmizləndiyi dövrə təsadüf etməsini önə çəkərək bu tədbirin Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası olduğunu diqqətə çatdıraraq deyib: “Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti artıq hər birimizin qürur mənbəyi olan bu reallığı mümkün etdi. Qarabağın tacı, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada bir araya gələcək həmvətənlərimiz bu məkandan birliyimizi, həmrəyliyimizi dünyaya bəyan edəcək, tarixi Zəfərimizin rəmzi olan dəmir yumruğun gücümüzün təqdimatı olduğunu bir daha nümayiş etdirəcəklər.

Postmünaqişə dövrünün reallıqlarının təbliğində diasporumuzun da üzərinə böyük məsuliyyət düşür. Onlar bu reallıqların dünyada qəbulu istiqamətində fəaliyyətlərini genişləndirməklə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə öz töhfələrini verməklə Böyük Qayıdışa dəstəklərini ifadə edəcəklər. Artıq Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi ilə bağlı hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğu bildirilir. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Dünya Azərbaycanlılarının V qurultayı diasporumuzun Qarabağın işğaldan azad edilməsindən sonra ilk böyük görüşü olacaq. Sözsüz ki, dövlətimizin başçısı İlham Əliyev qarşıdakı qurultayda özünün proqram xarakterli nitqində dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən diaspor nümayəndələrinə öz tapşırıqlarını verəcək, hədəfləri açıqlayacaq.

Hər bir tədbir mahiyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırkı mərhələdə Azərbaycanla bağlı keçirilən hər bir tədbir, həmçinin ölkəmizin iştirak etdiyi beynəlxalq səviyyəli konfranslar qürurvericidir. Çünki bu tədbirlərə ölkəmiz, dövlət başçısı İlham Əliyev qalib dövlətin və qalib ölkənin qalib Prezidenti kimi qatılır. Dünya Azərbaycanlılarının V qurultayında Müzəffər Ali Baş Komandan, qalib Sərkərdə kimi çıxış edəcək Prezident İlham Əliyev tarixi Zəfərimizdən böyük qürurla danışacaq. Bu gün bir daha qeyd edirik ki, güclü, qüdrətli, eyni zamanda, qalib Azərbaycan harada yaşamasından asılı olmayaraq, hər birimizin qürur mənbəyidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pekində 11-ci Syanşan Forumu keçirilir

Dünyanın ilk göz transplantasiyası resipiyentinin səhhətində ciddi yaxşılaşma müşahidə olunur

İsveçrə qəzetində Azərbaycanda ordu quruculuğundan bəhs edilən məqalə dərc olunub

ATƏT DTİHB-nin müşahidə missiyası Gürcüstanda keçiriləcək parlament seçkilərini izləmək üçün işə başlayıb

Britaniyanın bəzi bölgələrində qütb işıqları müşahidə edilib

Britaniyanın Baş naziri Vaşinqtonda səfərdədir

TƏDQİQAT : Gecə açıq işığa məruz qalmaq Alzheimer riskini artıra bilər

Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmosa çıxıblar

Xəzər dənizinin problemləri Brüsseldə müzakirə olunub

Formula 1 Azərbaycan Qran-Prisi: Sürət həvəskarları pit zolağı gəzintisində

Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar

İstanbulda türkdilli dövlətlərin iqtisadi gücü və ticarət imkanları müzakirə olunub

ABŞ dövlət katibi ilə Ermənistan baş naziri arasında telefon danışığı olub

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 85 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 65 saylı müraciətinə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 sentyabr 2024-cü il tarixli 87 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 sentyabr 2024-cü il tarixli 68 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Pompeydə “Böyük Yeddiliyin” mədəniyyət sammiti təşkil olunacaq

Lando Norris: Oskar özü üçün mübarizə aparır

Şalva Papuaşvili: Gürcüstana istənilən xarici müdaxilənin qarşısı alınacaq

ABŞ Venesuelanın 16 rəsmi şəxsinə sanksiya tətbiq edib

Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində səfərdə olub

Naxçıvanda bir sıra tibb mərkəzləri “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilib

Türk ekspert: Bu gün Rusiya ilə ABŞ arasındakı mübarizədə “piyada” olan bir Ermənistan var

Dünya Köçəri Oyunlarında növbəti medal

Vəzifəli şəxsin qərarına təsir göstərmək adı ilə vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edilib

Azərbaycan ilə Qətər arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər müzakirə olunub

Beynəlxalq konfransda Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina terroru barədə məlumat verilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib  YENİLƏNİB VİDEO

Formula 1 üzrə beynəlxalq dərəcəli hakim: Azərbaycan Formula 1 Qran-Prisinə ev sahibliyi etməklə dünya ölkələri arasında müsbət rəylər alıb

“PAŞA Holding”in sosial tərəfdaşlığı ilə 11600-dən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

Gəncədə “Nizami günləri”nin açılışı olub

Bakıda mənzilə silahlı basqında və polis əməkdaşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxs həbs olunub VİDEO

İmtahanlarda yüksək bal toplayaraq tələbə adı qazanan əslən Qərbi azərbaycanlı gənclərlə görüş keçirilib

Beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüş olub

® “Unibank”ın xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqənizlə istifadə edə bilərsiniz

XİN: Fransanın Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir

AMEA-nın prezidenti kərküklü alimlərlə görüşüb

Bakıda fəaliyyət göstərən marşrut xətlərinə əlavə 170 avtobus cəlb ediləcək

Frankfurtda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib

COP29: Azərbaycan, BƏƏ və Braziliyanın mədəniyyət nazirləri Sankt-Peterburqda görüşüblər

Mətbuat: Almaniya Türkiyənin strateji məqsədlərinə maneələr törədir

Azərbaycan millisi Türkiyə ilə qolsuz heç-heçə edib

Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası”nın ödənişsiz kurslarından yararlanıb

İlk türkiyəli kosmonavt Türkiyə Kosmik Qüvvələri Komandanlığına təyin edilib

Xətai rayonunda saxlanılan 4 narkokuryerdən 16 kiloqram marixuana aşkarlanıb VİDEO

Ramin Nurəliyev: Azərbaycan MDB məkanında ali təhsilin səviyyəsinə görə qabaqcıl ölkələrdəndir

“Qəbələ” nigeriyalı hücumçu ilə müqavilə imzalayıb

“Sonsuz qardaşlıq - III” çoxmillətli təlimi: Xüsusi təyinatlılar praktiki məşqləri yerinə yetirirlər VİDEO

Haaqada pensiya fondları aktivlərinin iqlim layihələrinin maliyyələşdirilməsinə cəlbinin innovativ modelinə dair müzakirələr aparılıb

AQTA sədri Gəncədə vətəndaşları dinləyib

Formula 1: Bakı sürət yarışına hazırdır - REPORTAJ

Bakı da daxil olmaqla, Xəzərin bir neçə limanına Rusiya şirkətinə məxsus gəminin kruiz səfərləri planlaşdırılır

Sinqapurda Papa Fransiskə onun adını daşıyan orxideya təqdim edilib

Azərbaycan ilə Əlcəzair arasında regional və qlobal məsələlər müzakirə olunub

Türkiyə Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Deputatlığa namizədliyi qeydə alınmış Ərzulla Buludlunun müraciəti təmin edilməyib

Azərbaycan bütün dünyada sülh və birgəyaşayışı təşviq edir

33 saylı Xətai birinci seçki dairəsindən namizədliyi qeydə alınmış Natiq Cəfərovun şikayəti təmin edilməyib

Kir Starmer: Britaniya səhiyyəsi kritik vəziyyətdədir

Energetika naziri Xaçmazda vətəndaşlarla görüşüb

Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb

Bu ilin 6 ayı ərzində 12 milyard dollarlıq əmtəə ixracı qeydə alınıb

USAID kimi qurumlar regiondakı reallıqları öz məqsədlərinə uyğun olaraq yenidən formalaşdırmaq istəyir - Politoloq

Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirə aparılıb YENİLƏNİB

“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun iclası keçirilib

BMU-ya qəbul olan I kurs tələbələri ilə tanışlıq görüşləri olub

“Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb VİDEO

Naxçıvanda I siniflərə 3713, məktəbəhazırlıq qruplarına isə 3017 uşaq qəbul olunub

Daniel Rikkardo: Burada yarışmaq heç də asan deyil

Muxtar respublikada dərsliklərin paylanılmasına başlanılıb

“Yeni nəfəs” layihəsi çərçivəsində 1000 ağac əkilib

Lens Stroll Azərbaycan Qran-Prisi ərəfəsində Bakı trasından danışıb

Britaniya Rusiyanın 10 gəmisinə sanksiya qoyub

Premyer Liqa: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Gürcü professor: Qərbin Ermənistanı silahlandırmaq istəyi regionda sabitliyi pozmağa xidmət edir

® “Facility Management Group” şirkəti şəhid və qazi ailələrinin övladlarına məktəb ləvazimatları hədiyyə edib

Fransada yoxsulluq getdikcə artır - Sorğu

® “InMerge İnnovasiya Sammiti”nə 1 ay qaldı!

® “Bakcell” Formula 1 üzrə Azərbaycan Qran-Prisinin tədbir sponsorudur

Naxçıvanda əmlak idarəçiliyi sahəsində elektron xidmətlərdən 4,8 dəfə çox istifadə olunub

Fernando Alonso: Yüksək sürətlə Bakının dar küçələrindən keçmək həyəcanvericidir

“Apofis” asteroidinin Yerlə toqquşma ehtimalı hələ də qalır

Pekində yaşıl enerjinin sosial-iqtisadi tərəqqidə rolu ilə bağlı fikir mübadiləsi aparılıb

Bu il alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə qaytarılan ƏDV-nin həcmi 14 milyon manatı ötüb

“Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda elmi konfrans keçiriləcək

Çinli pilot: Bakı trasında qızğın mübarizə gedəcək

Beyləqanın pambıq tarlalarında defolyasiya işlərinə başlanılıb

ADAU-EGE ikili diplom proqramının tələbələri üçün Türk dili imtahanları keçirilir

Dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə strateji kommunikasiyalar mövzusunda kurs keçirilib

USAID-in Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox artırması təsadüfi deyil ŞƏRH

Ağ Evin İrəvana dəstək kampaniyası ABŞ-Azərbaycan münasibətlərinə kölgə salır - RƏY

® Endokrinoloq: Şəkərli diabet xəstəsinin müalicə prosesində aktiv və bacarıqlı iştirakı mühüm əhəmiyyət kəsb edir

Ağdərənin Talış kəndində səyyar tibbi müayinələr təşkil olunub VİDEO

Xocəsəndə yeni uşaq bağçası istifadəyə verilib

Oliver Berman: Azərbaycan Qran-Prisinin karyeramda xüsusi yeri var

“Qırmızı körpü” gömrük postunda 400 avtomobil gözləmədədir

“SOCAR Türkiyə” və Sabancı Universiteti üçüncü “SOCAR Energy School” sertifikat proqramına başlayır

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun III mərhələsinə start verildi

Türkiyəli müəllim: Uşaqlarda Türk dünyası haqqında təsəvvürlərin erkən yaşlarda formalaşması vacibdir