Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı daxilində həm kibercinayətkarlıq və informasiya təhlükəsizliyi üzrə müvafiq departament, həm də antifraud mərkəzi fəaliyyət göstərir. İlin sonunadək müvafiq qaydaların tətbiqi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, Mərkəzi Bankda fırıldaqçılığa qarşı mübarizə gücləndirilir.
“Sektor üzrə limitlərin tətbiqi və riskəsaslı nəzarət çərçivəsində dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır. Digər qurumlarla aparılan effektiv əməkdaşlıq nəticəsində artıq bir sıra mühüm nailiyyətlər əldə olunub. Bu baxımdan əhalinin maarifləndirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bununla bağlı assosiasiyalarla davamlı iş aparılır və məhz bu istiqamət dələduzluğa qarşı mübarizədə ən təsirli alətlərdən biri hesab olunur”, - deyə Vüsal Xəlilov vurğulayıb.