Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vyanada fotojurnalist Reza Deqatinin 20 Yanvar faciəsi ilə bağlı fotolarından ibarət sərgi keçirilib VİDEO

Vyana, 19 yanvar, AZƏRTAC

20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə Vyanada məşhur fotojurnalist Reza Deqatinin fotolarından ibarət sərgi və təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin Mədəniyyət Mərkəzində təşkil etdiyi tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, Avstriya ictimaiyyətinin təmsilçiləri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Qanlı Yanvar hadisələrinin Azərbaycanı müstəqilliyə aparan yolda mühüm əhəmiyyət daşıdığını bildirib. Son onilliklərdə Azərbaycan tarixində baş vermiş önəmli hadisələrin canlı şahidi, onları öz obyektivinin gözü ilə tarixə köçürən və Azərbaycan haqqında həqiqətləri dünyaya çatdıran fotojurnalist Reza Deqatinin yaradıcılığı barədə məlumat verib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli müasir Azərbaycan tarixinin ən önəmli səhifələrindən biri olan 20 Yanvar hadisələrinin tarixi-siyasi əhəmiyyəti barədə danışıb. O bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan tarixinin ən qanlı hadisələrindən biri olmaqla yanaşı, eyni zamanda Azərbaycanı müstəqilliyə aparan yolda şanlı və şərəfli səhifələrdən biridir.

Ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan xalqının müstəqillik uğrunda başladığı mübarizə, Azərbaycana qarşı ermənilərin əsassız ərazi iddiaları, soydaşlarımızın Ermənistandan qovulması və sovet hökumətinin biganə və ədalətsiz münasibəti azadlıq ideyalarını daha da gücləndirir və əhalinin küçə və meydanlarda etiraz nümayişlərinə sövq edirdi. Sovet hökuməti Azərbaycan xalqının iradəsini qırmağa çalışsa da, 20 Yanvar hadisələri bir tərəfdən Sovet İttifaqının çöküşünü sürətləndirdi, digər tərəfdən isə Azərbaycan və digər müttəfiq respublikaları müstəqilliyə aparan prosesə təkan verdi. Həmin hadisələrdə rəsmi olaraq 150 nəfər şəhid verən və informasiya blokadasında olan Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəsna rol oynayıb. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirən Heydər Əliyev öz xalqı ilə həmrəy olduğunu ifadə etdi və Azərbaycan xalqına qarşı törətdiyi bu cinayətə görə sovet rəhbərliyini qətiyyətlə pislədi.

Səfir qeyd edib ki, fotojurnalist Reza Deqatinin həmin dövrdə çəkdiyi fotolar, beynəlxalq mediada yayılan müsahibə və materialları Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayıb.

Sonra 20 Yanvar faciəsi haqqında sənədli film, Reza Deqatinin həmin hadisələr barədə “CNN” telekanalına müsahibəsi və telekanal tərəfindən hazırlanmış süjet nümayiş olunub.

Tədbirdə çıxış edən fotojurnalist Reza Deqati 40 ildən artıq dövrü əhatə edən peşə fəaliyyəti və bu fəaliyyət zamanı onun üçün ən önəmli olan məqam və meyarlar barədə danışıb. Qeyd edilib ki, daim həqiqət və ədalət axtarışı ilə dünyanı gəzərkən insan taleləri və hadisələrin mahiyyəti, onların nəql etdiyi hekayətləri fotolarda əks etdirməyə çalışıb. 20 Yanvar faciəsi ilə bağlı ilk dəfə Parisdə UNESCO-da fəaliyyət göstərən azərbaycanlı diplomat Ramiz Abutalıbovdan xəbər tutduğunu və baş vermiş hadisələr barədə məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün dərhal Bakıya getməyə qərar verdiyini söyləyən R.Deqati Bakıya bir çox çətinlik və maneələri dəf edərək çatdığını qeyd edib.

Təqdimat zamanı Bakıda qaldığı üç gün ərzində çəkiliş prosesi və çəkdiyi fotoların hekayəsini danışan R.Deqati Azərbaycan xalqının hüzn və qəzəbinin həmin fotolarda əksini tapdığını bildirib. Fotoların böyük əksəriyyətini gizli çəkməyə məcbur olan, fotolentləri sovet ordusu və hökumət orqanlarından gizli şəkildə ölkədən çıxarmağa müvəffəq olan fotojurnalist Parisə döndükdən sonra Bakıda baş verən qanlı hadisələr barədə Avropada məlumatsızlıq olduğuna şahid olub. Ona görə də Bakıda çəkilmiş foto və videoları agentlik və telekanallara təqdim edən R.Deqati öz müşahidələri barədə də müsahibələr verib, 20 Yanvar hadisələri haqqında həqiqətlərin yayılmasına çalışıb. Beləliklə, Bakı küçə və meydanları, xəstəxanalar, Şəhidlər xiyabanı, matəm içində olan sadə insanların obrazlarını əks etdirən görüntülər həmin hadisələri tarixin yaddaşına köçürən və hər zaman ən yaddaqalan formada təsəvvürlərdə canlandıran fotosənədlərə çevrildilər.

Çıxışlar və təqdimatdan sonra Avstriyada yaşayan azərbaycanlı musiqiçilər Fərid Feyzullayev (skripka) və Jalə Rəsulova (fortepiano) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış ediblər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

Vyanada fotojurnalist Reza Deqatinin 20 Yanvar faciəsi ilə bağlı fotolarından ibarət sərgi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Ulu Öndər Heydər Əliyevin 102 illiyinə həsr olunmuş ciu-citsu üzrə turnir keçirilib

Dünya çempionatı: Portuqaliya Bakıda qələbəyə sevinib

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıb YENİLƏNİB - 2

“Zirə” azarkeşlərinə, “Şamaxı” isə futbolçularına görə cərimələnib

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir?

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən

Prezident: Azərbaycanın 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək

Azərbaycan Prezidenti: Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk

GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasında vəzifəli şəxslər tərəfindən törədilən ekoloji hüquqpozmalar müzakirə edilib

Dünya çempionatı: Türkiyə millisi turnirə heç-heçə ilə başlayıb

Prezident İlham Əliyev: Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir

Prezident: Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur

“Araz-Naxçıvan”ın baş məşqçisi: Avrokuboklarda uğur qazanmaq üçün heyət gücləndirilməlidir – MÜSAHİBƏ

Kiberhücumlar Britaniya şirkətinə 300 milyon funt sterlinq zərər vurub

Prezident İlham Əliyev: Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən

Sədaqət Qəhrəmanova: Gender bərabərliyi və məişət zorakılığına qarşı mübarizədə yerli strukturların rolu artırılmalıdır

Əlilliyi olan 40 mindən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Milli Xalça Muzeyində “Zamanın ilmələri” layihəsi təqdim olunacaq

Rusiyalı iş adamları sənaye zonalarının fəaliyyətləri barədə məlumatlandırılıb

Növbəti tədris ilində məktəblərdə ilk dərs günü “Konstitusiya və Suverenlik İli”nə həsr ediləcək

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb

Britaniyada beyin şişlərini bir neçə saata müəyyən edən yeni test hazırlanıb

Ali məktəb tələbələrinin dövlət xadimləri və tanınmış şəxslərlə görüşləri keçirilir

Formula 1 Azərbaycan Qran-Prisi: tribunalardakı yerlərin sayı 20 mini keçəcək

AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Bu gün Avropa Liqasının qalibi bəlli olacaq

Qəfil daşqınlar Avstraliyanın daxili şəhərlərinin ətraf aləmlə əlaqəsini kəsib

Tropik meşələr rekord sürətlə yoxa çıxır

SAT imtahanının nəticəsi əsasında ADA Universitetinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Sabah hava əsasən yağmursuz olacaq

Atalara ödənişli məzuniyyət verilməsi və gender balansının təşviqi ilə bağlı yeni qanunvericilik təşəbbüsləri irəli sürülüb

Amazon yanğınları ötən il ən böyük qlobal meşə itkisinə səbəb olub

Ötən il ailə və gender məsələləri üzrə institusional tədbirlər gücləndirilib

Xarici bazarlara tərəvəz ixracında 5,8 faiz artım qeydə alınıb

Ötən il Azərbaycanda 130-a yaxın Niderland şirkəti fəaliyyət göstərib

Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb

Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş tamaşa hazırlanır

Qızların təhsildən yayınmasının qarşısının alınması və gender əsaslı təhsil islahatları təklif olunur

“Təhsildə İKT (İnteraktiv proqram vasitələri və ondan istifadə yolları)” kitabı çapdan çıxıb

IV Sumqayıt Kitab Sərgisi keçiriləcək

İşğaldan azad edilmiş ərazilərə 2024-cü ildə köçürülən təsərrüfatların üçdəbiri qadınlara məxsusdur

® “Expressbank” biznes müştəriləri üçün tətbiqini istifadəyə verib

“Müasir marketinqin əsasları” nəşrində “Aztelekom” təcrübəsindən bəhs olunacaq

Komitə sədri: Gender bərabərliyinin möhkəmləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə olunub

Hicran Hüseynova: Azərbaycanda gender bərabərliyi istiqamətində görülən işlər təqdirəlayiqdir

FHN və AZAL hava limanlarında birgə təlim keçiriblər

Prezident: Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülh üçün vacib şərtdir

Ali Məhkəmə əmlakı əlindən alınan şəxsin hüquqlarını qoruyub

Prezident İlham Əliyev: Azərbaycan və Türkiyənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır

Bakıda minifutbol üzrə dünya çempionatı start götürüb

® ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!

BƏT generativ süni intellektin qlobal iş yerlərinə təsiri barədə hesabat hazırlayıb

Ölkə ərazisində küləkli hava şəraiti mayın 22-dək davam edəcək

Milli Kitabxanada tanınmış şair Vaqif Bəhmənlinin 70 illik yubileyi münasibətilə kitab sərgisi açılıb

AzMİU ilə İtaliyanın Azərbaycandakı səfirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Cəlilabad kartofuna xarici bazarlarda yüksək tələbat var REPORTAJ

Azərbaycan “Tel Aviv EAT 2025” qida festivalında təmsil olunur

“Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirilir YENİLƏNİB

Almaniyada sağçı ekstremist terror qrupunun 5 üzvü saxlanılıb

XRİTDX bir sıra informasiya ehtiyatları və dövlət saytlarına qarşı olan kiberhücumlar barədə məlumat yayıb

Dillər Universitetinin Konfutsi İnstitutunda Çin dili səviyyə imtahanı keçirilib

BMT Baş katibi: Bəşəriyyətin rifahı dənizlərdə təhlükəsizliyin təmin edilməsindən asılıdır

İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında anlaşma memorandumu imzalanıb

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

Azərbaycan Universitetində “Dünyada çay mədəniyyəti” mövzusunda tədbir təşkil edilib

Dövlət Dəniz və Liman Agentliyində Neft Dağılmalarına Hazırlıq üzrə Beynəlxalq Təşəbbüs təşkilatının nümayəndələri ilə görüş olub

Naxçıvanda “Kiber suverenlik” konfransı keçirilir

Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür

Ötən gün vətəndaşların bank kartlarından 7 min 500 manata yaxın pul oğurlanıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft bahalaşıb

Kənd təsərrüfatı nazirinin müavini Ucarda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

TƏBİB: İşğaldan azad edilmiş ərazilərdə bu günədək 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub

Türkiyə 300-ə yaxın İŞİD şübhəlisini həbs edib

Politico: Brüssel Aİ-də malların vahid etiketlənməsini qurmaq niyyətindədir

Moldova parlamentinin spikeri: Azərbaycan ikitərəfli və beynəlxalq əməkdaşlıqda mühüm tərəfdaşdır

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

YÖK rəhbəri: 2028-ci ilə qədər ən azı iki türk universiteti dünyanın “TOP 200” universiteti sırasına daxil olacaq

Media: Kanada “Qızıl Qübbə” raketdən müdafiə layihəsinə qoşulmaq üçün ABŞ ilə danışıqlar aparır

Türkiyə ilə ABŞ-ın Suriya baxışı ilə bağlı birgə bəyanatı yayımlanıb

Pentaqon: ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı araşdırma aparılacaq

İstintaq Komitəsinin rəhbəri əmək miqrantlarının ailələrinin Rusiyaya gəlməsinə etiraz edib

İtaliya və ABŞ İkinci Dünya müharibəsi illərində itkin düşmüş hərbçilərlə bağlı əməkdaşlığı möhkəmləndirir

Yeni tədqiqat metabolik mexanizmanı aydınlaşdırır

Avstraliyanı 35 günə qaçaraq keçən britaniyalı idmançı dünya rekordu qırıb

Suriyadakı şiddətli quraqlıq yerli taxıl məhsullarının təxminən 75 faizini məhv edə bilər

Kiçik Robert Kennedi ÜST-ü “ölməkdə olan” təşkilat adlandırıb

Avropa İttifaqı Suriyaya qarşı iqtisadi sanksiyaları tamamilə ləğv edib

“Ümidsiz” dişlərin xilas edilməsi uzunmüddətli faydalar təqdim edir – TƏDQİQAT

Tramp 175 milyard dollarlıq raketdən müdafiə sistemi qurmaq planını açıqlayıb

Mərmərə dənizində zəlzələ olub

Rubio: Suriyada keçid hakimiyyətin dağılmasına həftələr qalıb

Çin növbəti beş il ərzində ÜST-yə əlavə 500 milyon dollar verəcək

Böyük Britaniya İsraillə azad ticarət sazişi üzrə danışıqları dayandırıb

Azərbaycan nümayəndə heyəti beynəlxalq konfransda iştirak etmək üçün Ankarada səfərdədir

Rubio Rusiya-Ukrayna məsələsindəki əsas problemi açıqlayıb