İQTİSADİYYAT
“WizzAir” Azərbaycana uçuşlarını gələn ilin martından bərpa edəcək

Bakı, 23 oktyabr, Elvin Camalov, AZƏRTAC
“WizzAir” Azərbaycana uçuşlarını gələn ilin martından bərpa edəcək. Oktyabrın 28-i AZAL və Macarıstan şirkəti arasında rəsmi imzalanma mərasimi baş tutacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov jurnalistlərə müsahibəsində məlumat verib. O deyib: “Biz “WizzAir” şirkətinin təkliflərinin 99 faizini qəbul etdik və sonda razılaşdıq. Oktyabrın 27-si “WizzAir”in rəsmiləri Bakıya səfər edəcək və oktyabrın 28-i AZAL və Macarıstan şirkəti arasında müqavilə imzalanacaq. Biz onlara təklif etmişik ki, qış mövsümündə uçuşlar həyata keçirsinlər. Lakin onlar gələn ilin martından etibarən Budapeşt reyslərini bərpa edəcəklər. Özü də onların istədiyi güzəştlər əsasında”.