İQTİSADİYYAT
www.enterpriseazerbaijan.com portalı Rumıniyada təqdim olunub
Bakı, 11 dekabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.enterpriseazerbaijan.com portalı Rumıniyada təqdim olunub.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, portalın meneceri Aytən Məmmədova Rumıniyanın Buxarest İqtisadi Tədqiqatlar Universitetində gənc startapçılar ilə görüşüb, www.enterpriseazerbaijan.com portalı barədə ətraflı məlumatlar verib. Bildirib ki, portal həm inkubator, həm də akseleretator olaraq bütün mərhələlərdə startapçılarla birgə addımlayır, onların işinin asanlaşdırılması üçün sərmayə yatıracaq investorlar cəlb edir. Müxtəlif ölkələrin vətəndaşı olan tələbələr portalla əməkdaşlıqda maraqlı olduqlarını bildirib, belə bir imkan təqdim etdiyi üçün www.enterpriseazerbaijan.com portalına təşəkkür ediblər.
Qeyd edək ki, təqdimatın ardınca www.enterpriseazerbaijan.com portalı və Rumıniyanın Buxarest İqtisadi Tədqiqatlar Universiteti arasında əməkdaşlıq, o cümlədən bilik və təcrübə mübadiləsi sahəsində qarşılıqlı razılıq əldə edilib.