XAÇMAZ RAYONUNDA MƏSKUNLAŞMIŞ MƏCBURİ KÖÇKÜNLƏRƏ BAYRAM SOVQATI VERİLMİŞDİR
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun kollektivi Xaçmaz rayonunda məskunlaşmış 150 məcburi köçkün ailəsinə 28 May - Respublika günü və 15 İyun - Milli Qurtuluş günü münasibətilə un, qənd, düyü, çay və bitki yağından ibarət 6,5 min manatlıq bayram sovqatı göndərmişdir.