Xaçmaz rayonunda yeni avtomobil körpüsü inşa edilib




Bakı, 10 noyabr, AZƏRTAC
Xaçmaz rayonunda sel nəticəsində tamamilə sıradan çıxmış avtomobil körpüsü sökülərək yenisi ilə əvəzlənib. Yeni körpü rayonun Qaraçay-cek və Aşağı Zeyid kəndləri arasında Qaraçay üzərində inşa edilib.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən açıqlama verilib.
Məlumata əsasən, yeni avtomobil körpüsü 1 aşırımlı olmaqla 14 metr uzunluğunda və 5.5 metr enindədir. Dəmir-beton konstruksiyalı körpü 60 ton ağırlığa hesablanıb.
Qeyd olunub ki, bu ilin sentyabr ayında yağan intensiv yağışlardan sonra Qaraçayda yaranan sel suları bundan öncəki körpünün orta dayağını yuyaraq dağıdıb. Nəticədə 12 metr uzunluğunda və 4.5 metr enində olan körpü iki hissəyə bölünüb.
Tikinti işləri qısa müddətdə (22 gün) və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2025 [22:40]
Tovuzda 15 iyun- Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilib
- 15.06.2025 [22:35]
Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir
- 15.06.2025 [20:22]
Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram
- 15.06.2025 [18:20]
Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var
- 15.06.2025 [18:05]
Sabirabadda klinikada baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 15.06.2025 [17:52]
Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb
Təbiət və gözəllik şairi
- [12:07]
Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib
- 14.06.2025 [23:41]
Azərbaycanın paytaxtında “IV Bakı Piano Festivalı” başlayıb
- 14.06.2025 [23:30]
Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər
- 14.06.2025 [22:05]