XAÇMAZ RAYONUNUN MÜŞFİQ KƏNDİNƏ TƏBİİ QAZIN VERİLMƏSI BƏRPA OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ərəfəsində Xaçmaz rayonunun Müşfiq kəndinə təbii qazın verilməsi bərpa olunmuşdur.
16 illik fasilədən sonra Müşfiq kəndinə mavi yanacağın verilməsi ilə əlaqədar tənətənəli tədbir keçiririlmişdir. Tədbirdə çıxış mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirmişdir ki, son bir ildə Xaçmazın 25 kəndinə təbii qaz verilişi bərpa olunmuşdur.
Xaçmaz rayon qaz istismarı idarəsinin rəisi Azad Yaqubov “Azəriqaz” QSC-nin vəsaiti hesabına Müşfiq kəndində 94 abonentin sayğacla təmin olunduğunu bildirmişdir. İdarə rəisi ilin sonuna qədər rayonda bütün yaşayış mənətəqələrinin təbii qazla təmin olunacağını demişdir.